Azərbaycanda evdən qovulan qadınların problemləri

Azərbaycanda evdən qovulan qadınların problemləriQurbanam, hara sığınım?

Uşaqkən analığı, sonra həyat yoldaşı tərəfindən zorakılığa məruz qalan Pərvanə hazırda paytaxtdakı sığınacaqlardan birində yaşayır. Onun getməyə yeri yoxdur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü problemi aktual sayır və Məlumat Bankı yaradılacağını deyir.

Vətəndaş cəmiyyətinin üzvləri isə qadınlara qarşı zorakılıq hallarından narahatdır və deyirlər ki, dövlət qadınlar üçün sığınacaqlar yaratmalıdır.

Məcburən ərə verilən qadın

"Anam mən körpə ikən rəhmətə gedib. Atam ikinci dəfə evləndi. Analığımız bacımla mənə qarşı psixi və fiziki zorakılıq edirdi. Bədənim hələ də uşaqlıq illərimdə çəkdiyim əzabların sübutları ilə doludur. Amma zaman keçdi. İndi bacım həyat yoldaşı və övladı ilə xoşbəxt yaşayır. Mən isə övladlarımın üzünə həsrətəm", Pərvanə deyir.

13 yaşında analığı tərəfindən olan zorakılığa dözməyən Pərvanə bibisinin yanına qaçır. 6 il sonra isə bibisi onu məcbur ərə vermək qərarına gəlir. "Oğlanı tanıyırdım. İçki içirdi. Bibimə nə qədər yalvarsam da dinləmədi. Toy günü bibim dedi ki, ər evindən yalnız meyidim çıxmalıdır".

Gözlədiyi kimi Pərvanə, ailəsində xoşbəxt ola bilmədi. Həyat yoldaşı ona qarşı fiziki əzablar verməyə başladı. Səbəb isə elə içki idi.

"İçəndə özündə olmurdu. Bəzən səhər durub üzümün şişinə, bədənimdəki yaralara baxıb, özü etdiyni inkar edirdi. Qızım dünyaya gəldikdən sonra da dəyişmədi. 6 aylıq uşağa qarşı belə zorakılıq edirdi", deyir 34 yaşlı Pərvanə.

Küçə həyatına məhkum edilmə

Körpə qızı 6 aylıq olarkən Pərvanə yenə möhkəm döyülür. Bu zaman qayınanası oğlunun cinayətə belə qadir olacağını deyərək, onu atası evinə yollayır. Amma bu, əzabın sonu deyildi. Analığı bir uşaqla qapısında dayanmış Pərvanəni ölümlə hədələyir. Beləliklə qucağı uşaqlı ana küçə həyatına məruz qalır.

"Qış vaxtı idi. Rəsulzadə qəsəbəsindəki parkın oturacaqlarından birində gecələməyə başladım. Düz bir həftə orda qaldım. Körpə də ac idi, mən də. Amma çarəsiz idim, getməyə yerim yox idi".

Pərvanə zorakılıqdan qaçıb sığınmaq üçün yeri olmayan yüzlərlə qadından biridir.

Sosial İşçi Sara Ağayeva deyir ki, işlədiyi 5 qadından 4-ü keçmişdə və ya hal-hazırda zorakılığın müxtəlif növlərinə məruz qalanlardır.

Onun sözlərinə görə, şiddətin əsas səbəbi qadınların öz hüquqlarını bilməmələri, iqtisadi cəhətdən kişilərdən asılı olmalarıdır.

"Bir çox qadınlar hər gün zorakılığa məruz qalsalar da həyat yoldaşlarından ayrlmaq istəmirlər. Çünki heç bir peşəyə sahib deyillər. Ayrılsalar, uşaqlarına baxa bilməyəcəklərini düşünürlər. Həm də ailə basqısı çoxdur. Cəmiyyətin boşanmış qadınlara qarşı tolerant olmamasından qorxurlar".

"Vəziyyət düzəlmir, dərinləşir"

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova deyir ki, məişət zorakılığı ilə bağlı mübarizə kompleks şəkildə aparılmalıdır.

"Zorakılığa uğramış qadınlara təkcə psixoloji və ya hüquqi yardım ilə kömək etmək mümkünsüzdür. Həmçinin qanunvericilik bazası mükəmməl olmalıdır", o deyir.

Onun fikrincə, ən pis hal odur ki, qadına qarşı zorakılıq törətmiş tərəf məhkəmədən yalnız cərimə cəzası ilə canını qurtara bilir.

"Çünki bu işə cinayət işi kimi yox, inzibati iş kimi baxılır. Və bu haldan sonra ailə daxilində vasitəçilər olmasa, bu ailələr ilə işlər aparılmasa, zorakılıq faktları daha da artır. Evdən çıxmış qadın çox vaxt qohumlar tərəfindən həyat yoldaşının yanına geri dönməyə məcbur edilir. Bu zaman zorakılıq halları daha da çoxalır".

Mətanət Əzizovanın sözlərinə görə, problem illərlə daha da dərinləşir.

"Öldürülən qadınlar, cinsi zorakığıla məruz qalan azyaşlılar, küçəyə atılan qocalar ailə zorakılığı ilə aparılan mübarizənin qənaətbəxş olmadığının göstəricisidir".

O deyir ki, sivil ölkələrdə polis qurbana çevrilmiş insanların müdafiəçisidir. "Bizdə isə əksinədir, bir çox polis işçisi də patriarxal cəmiyyətin bir üzvü kimi davranaraq müraciət edən qadınlara şikayət etməyin doğru olmadığını deyirlər".

Problem var

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elgün Səfərov, qanunvericilikdə aparılan islahatlara və maarifləndirmə işlərinə baxmayaraq, Azərbaycanda bu sahədə vəziyyət "ideal deyil", deyir.

2014-cü ilin statistikasına görə, qadınlara qarşı 1813 fakt cinayət işi kimi qeydə alınıb və qərar verilib. 2013-cü ildə isə bu rəqəm 2114 olub.

"Bu statistika gerçəyi əks etdirmir, çünki qurbanların çoxu müraciət etmir", cənab Səfərov bildirir. Müraciət etmirsə, o faktların tam qeydiyyata alınması mümkün deyil. Amma dövlət tərəfindən yeni qanunlar hazırlanır. Məlumat bankı yaradılacaq. Onun struktur hissəsi hazırdır, texniki avadanlığın alınması da növbədədir".

Pərvanə hekayəsi belə davam edir: "Bir həftədən sonra o parkda işləyən bir adam mənə kömək etdi. Yemək verdi. Uşağımın qarnı doydu. Sonra mənə "arvadım ol" dedi. Razılaşdım. 10 il xoşbəxt yaşadıq. Üç övladım dünyaya gəldi. İlk evliliyimdən olan balamı da özününkülərdən ayırmadı, amma..."

Naməlum gələcək

Pərvanənin günəmuzd fəhlə işləyən həyat yoldaşı oğurluq üstündə 12 il cəzaya məhkum edilib. Uşaqlarına baxa bilmədiyini deyən ana üç qızını da körpələr evinə yerləşdirib, dörd yaşlı oğlu ilə hazırda sığınacaqda yaşayır.

"Heç bir peşəyə yeyələnməmişəm, məşğul ola biləcəyim iş yoxdur. Uşaqlarımı gətirə biləcəyim bir otaqlı da olsa evim yoxdur. Dörd aydır ki, burdayam. Gələcəyimiz necə olacaq bilmirəm", deyir Pərvanə.

Həm zorakılıq, həm də potensial insan alveri qurbanı olan Pərvanənin yaşadığı bu hal başqa bir məsələyə diqqət yönəldir. Qurbanın gedəcək yeri yoxdursa, nə etməlidir?

Mətanət Əzizova sığınacaqların yaradılmasını mütləq olduğunu deyir. "Sığınacağın məqsədi təhlükəsizlikdir. Bu, ailələrdə ölümlərin sayını azaldacaq. Sığınacaq reabilitasiyadır. Psixoloji, tibbi və hüququi yardım deməkdir. Sığınacaq insan alveri qurbanlarının azalması deməkdir".

Sığınacaqlara ehtiyac

Komitənin sözçüsü Elgün Səfərov dövlət tərəfindən sığınacaqların yaradılmasına ehtiyac olduğunu deyir. "Hazırda Azərbaycanda yeddi QHT-də sığınacaq var".

Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə isə qadınlara sığınacaq verən üç QHT-nin fəaliyyət göstərdiyini deyir. Onun təşkilatının sığınacağı uşaqlar üçün nəzərdə tutulsa da o deyir ki, hazırda üç qadın burada yerləşdirilib.

Qadınlar üçün ilk sığınacaq Təmiz Dünya İctimai Birliyində 2002-ci ildə fəaliyyətə başlayıb. Hazırda sığınacaqda dörd qadın var.

Qurumun rəhbəri Mehriban Zeynalova belə sığınacaqların dövlət tərəfindən uzunmüddətli maliyyələşməsinə böyük ehtiyacın olduğunu deyir. Çünki sığınacaqlar qısa müddətli maliyyələşmə ilə "fəaliyyətlərini davam etdirə bilmir". Bu da öz növbəsində reabilitasiya prosesinin effektivliyini azaldır.

Gəncədə fəaliyyət göstərən "Təmas" regional inkişaf ictimai birliyinin sədri Kubra Ələkbərova sığınacaqlarında eyni anda səkkiz böyük, iki ortayaşlı, iki körpə uşağın yerləşdirilməsi üçün avadanlığın olduğunu bildirir.

Amma hazırda sığınacaqda üç qadına yardım göstərilir. "Bir xanımın iki azyaşlı körpəsi var idi. Bizim maliyyəmiz az olduğundan o uşaqları SOS uşaq kəndlərinə yerləşdirmişik", Ələkbərova deyir.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1204   Tarix: 27 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189