Uşaqlar niyə intihar edir?

Uşaqlar niyə intihar edir?Artıq son dövrlərdə suisidial aktivliyin yaş hədləri fərqləndirilir. Suisid - bir insanın özünü qəsdən həyatdan məhrum etməsidir. İlk növbədə məktəbəqədər yaşlı uşaqlarda suisidial davranışa meyliliyə nəzər yetirək.

Bu yaşda uşaqlarda suisidin əsas amili kimi ailədəki münasibətlər götürülür. Uşaqlarda suisidial davranışa nəzər yetirərkən diqqət etmək lazımdır ki, onlarda bir qayda olaraq hələ ölüm haqqında fikirlər tam formalaşmayıb. Beləliklə, uşaq və böyüklərdə suisid tamamilə fərqlənir.

3 yaşına qədər uşaqlar canlı ilə cansızı ayıracaq qabiliyyətə malik olmurlar. Məktəbəqədər yaşlı uşaqların suisidlərinin 92%-i səbəbi uğursuz ailə situasiyasıdır. Məktəbəqədər yaşlı uşaqlarda isə artıq ölüm haqqında bəzi təsəvvürlər formalaşmağa başlayır. Onlar belə fikirləşir ki, ölüm yalnızca yaşlı insanların başına gələ bilər.

Məktəbəqədər yaşlı uşaqların ölümün "son" olduğu haqqında təsəvvürləri olmur, ölümün bu dünya ilə vida olduğunu dərk etmirlər. 7-10 yaşlı uşaqlarda susidin əsas səbəbi isə yaxın insanının, heyvanının ölümü, valideynlərinin boşanması və narko asılılıqdır. Bu zaman ilk növbədə uşaqlarda dezadaptasiya, tənhalıq hissi yaranır. 7-10 yaşlı uşaqlarda həyatın dəyəri olmur, elə bu səbəbdən onlarda ölüm qorxusu olmur.

Bəs onlar intihar edərkən nə fikirləşir? – hamı onun üçün ağlayacaq; ona yazığı gələcək; hər şey onun istədiyi kimi olacaq; hamının diqqəti üzərində olacaq və s. Lakin başa düşmürlər ki, artıq bu, onlar üçün lazımsız olacaq.

Uşaqlarda suisidin səbəbini yalnız uğursuz ailədə görsək yanılmış olarıq. Uşaqlarda suisidə səbəb olan amillərdən biri də onun mənsub olduğu kiçik qruplardır. Məsələn, sinif yoldaşları, həyətdəki əhatəsi və s.

Uşaqlarda suisidial meylliliyi müəyyən edən böhranlı amillər aşağıdakılardır:

- Cinsi yetişkənlik zamanı baş verən hormonal dəyişikliklər və bununla əlaqəli olaraq əhval-ruhiyyənin qeyri-sabitliyi, orqanizmdə baş verən dəyişikliklərlə bağlı narahatçılıq hissi;

- Alkaqola spesifik yaş reaksiyası;

- Onlarda nəzərə çarpacaq hər hansı bir xəstəliyin olması (xüsusilə bu, həmyaşıdları ilə ünsiyyət qurmağa mane olursa)

- Düzgün olmayan tərbiyə, çox yüksək ("ideal") əxlaq, hansı ki, reala həyata ziddir. Ətrafına, özünə qarşı olan belə tələblər ödənilmirsə, bu, depressiyanın yaranmasına, insanlara inamın itməsinə, özünü günahlandırmaya gətirib çıxara bilər.

Bunu da qeyd etmək istəyirəm ki, statistikaya görə, 80% uşaq intihara cəhd etməmişdən qabaq bunu ətrafındakılara çatdırır. Xəbərdarlıq pərdələnmiş şəkildə ola bilər və bunu anlamaq çox əhəmiyyətlidir. Çox vaxt suisident (suisid aktını gerçəkləşdirməyə hazırlaşan insan) ölüm haqqında söhbətlər açır, çarəsizliyi, rastlaşdığı ölüm haqqında söhbətlər açır, bir növ xəbərdarlıq siqnalları verir. Biz bu siqnalları bir növ kömək üçün çağırış adlandıra bilərik. Bəzən bir söz, bir ümid suisidenti fikrindən çəkindirə bilər.

Sonda belə nəticəyə gəlmək olar ki, uşaqlar üçün intihar – valideynlərini, ətrafındakıları cəzalandırmaq məqsədi daşıyır. Uşağın suisidial davranışının əsas motivi intiqam və inciklik hissi olur. Uşaqlıq dövründə tənhalıq hissi uşaq üçün dözülməz hissdir. Və bu yaşda tənhalıq yaranarsa, uşaq bu vəziyyətdən çıxa bilməyərək, intiharı ən yaxşı çıxış yolu kimi görəcək.

Bəs biz uşaq suisidinin qarşısını necə ala bilərik?

- İlk növbədə uşağa hər bir problemin həllinə ondan qaçaraq yox, mübarəzə apararaq çata biləcəyini, yaşamaq səbəbini düzgün aşılamaq və ölüm haqqında uşaqda yanlış təsəvvürlərin yaradılmamasına diqqət yetirmək.

- Müasir dövrümüzdə psixoterapiya və tibbi psixologiyada intiharın qarşısını almaq üçün birbaşa müalicə yoxdur. Lakin intihar hallarının qarşısını almaq üçün kompleks profilaktik tədbirlər həyata keçirilir. Müəyyən profilaktik tədbirlər üzrə ixtisaslaşmış psixoterapevtik klinikalar və mərkəzlər fəaliyyət göstərir.

Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin III kurs tələbəsi Elnarə Əhmədli

pcc.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1070   Tarix: 15 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Nərimanov rayon Montin qəsəbəsində tam təmirli mənzil satılır!

TƏCİLİ ŞƏXSİ ƏMLAKIMI SATIRAM !Nərimanov rayonu Montin qəsəbəsi, Murtuza Nağıyev küçəsində yeni tikili 16 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşir. Tikili sahəsi 52 kv.m olan mənzil yataq otağı, zal+studio mətbəx, sanitar qovşaq, dəhliz və iki eyvandan ibarətdir. Qaz, su, işıq daimidir. İstilik sistem

15.09.2021 1181
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660