"Eşitdik və itaət etdik" deyənlərə müjdə!

"Eşitdik və itaət etdik" deyənlərə müjdə!Mənbə: http://zikr.az

İslam sözü boyun əymə, tabe olma deməkdir. Allahın təkliyini qəbul edib yalnız Allaha ibadət edən, həmçinin, Muhəmməd peyğəmbərin Allahın elçisi olduğunu və ona nazil edilən Quranın haqq olduğunu qəbul edən şəxs müsəlman sayılır. Kim Allaha və Onun elçisinə iman gətirər, Allahın öz elçisinə nazil etdiyi əmrləri qəbul edər və bacardığı qədər əməl edərsə, Uca Allah onun üçün dini asanlaşdırar. Rəvayət edilir ki, Əbu Hureyra demişdir: Uca Allah: "Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istə­diyinə də əzab verər. Allah hər şeyə qa­dirdir" (əl-Bəqərə, 284) ayəsini Peyğəmbərə nazil etdik­dən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Pey­ğəmbərin yanına gəlib diz üstə oturdular və dedilər: "Ey Allahın elçisi! Biz bacardığımızı – sədəqə vermək, cihad etmək, oruc tutmaq və na­maz qılmaq kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır.
Peyğəm­bər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - onlara dedi: "Sizdən əvvəlki Ki­tab əhli kimi: "Eşitdik və asi olduq"– demək istəyirsiniz? Xeyr, deyin: "Eşitdik və itaət etdik. Ey Rəbbimiz! Səndən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!"
On­lar: "Eşitdik və itaət etdik. Ey Rəbbimiz! Səndən bağış­lanma dilə­yirik, dönüş də yal­nız Sənədir!"– deyəndən sonra Uca Allah bu ayəni nazil etdi:
"Peyğəmbər öz Rəb­bin­dən ona nazil edilənə iman gətirdi, mö­minlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitabla­rına və elçilərinə iman gətir­dilər. On­lar dedilər: "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik. Ey Rəbbimiz! Sən­dən bağış­lanma diləyirik, dönüş də yalnız Sənədir!" (əl-Bəqərə, 285).
Onlar Peyğəmbərin əmrini yerinə yetirdilər və Uca Allah bu ayəni nazil etdi:
"Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazan­dığı xeyir yalnız onun özünə, qazandığı şər də yalnız öz əleyhinədir". "Ey Rəbbimiz, unut­saq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əv­vəlkilərə yüklədi­yin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücü­müz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımız­san! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 286).
Möminlər bu ayəni oxuduqda, hər dəfə: "Ey Rəbbimiz!..."– deyə dua edib Allaha xitab etdikdə, O: "İstədiyinizi sizə ver­dim!"– deyə cavab verir." (Səhih Muslim).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 3282   Tarix: 10 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

Android telefonları üçün mobil proqram - Dua və Zikr (Müsəlmanın Qalası)

Dua və Zikr (Müsəlmanın Qalası) - YÜKLƏ. Əziz müsəlmanlar, sizə təqdim etdiyimiz bu proqram "Müsəlmanın Qalası" kitabçasının əsasında qurulmuşdur. Bu kitab özündə hər bir müsəlmanın gündəlik ehtiyac duyduğu dua və zikrləri əhatə edir. Sizləri daima dua və zikr etməyə həvəsləndirmək üçün kitabçanı

12.04.2020 5175
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732