Bərəkət nədir?

Bərəkət nədir?Mənbə: http://zikr.az

Bərəkət sözü çoxalma və artma deməkdir. Bərəkət bəndəyə verilən nemətin xeyirli olması və artırılmasıdır. Nemətləri yaradan, onları bəndələrinə bəxş edən və bərəkətli edən yalnız Allahdır. Uca Allah xeyir-bərəkəti öz peyğəmbərlərinə və mömin bəndələrinə bəxş edir. Uca Allah Qurani-Kərimi bərəkətli Kitab adlandıraraq belə buyurur:
"Bu mübarək Kitabı, insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik" (Sad, 29).
Qurani-Kərim bütün xeyiri özündə cəm etdiyi üçün mübarək adlandırılmışdır. Dünya və axirətdə xeyir əldə etməyin, xoşbəxt olmağın yeganə yolu Qurana iman gətirmək və onu oxuyub əməl etməkdir. 

Peyğəmbərin Allahdan xeyir-bərəkət diləməsi

Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - öz ümməti üçün Allahdan xeyir-bərəkət diləyib demişdir: "Allahım, ümmətimin hər gününün əvvəlinə bərəkət ver!" (Sunən Əbu Davud 2606). Digər hədisdə isə belə demişdir: "Ümmətimin hər gününün əvvəlinə bərəkət verilmişdir!" (Səhih əl-Cami, 2841).
Peyğəmbər Mədinə şəhəri üçün Allahdan bərəkət diləyərək belə dua etmişdir: "Allahım, Məkkəyə nazil et­di­yin bərəkətin iki qatını Mədinəyə nazil et!" (əl-Buxari, 1885).
Həmçinin, o, bəzi səhabələri üçün Allahdan xeyir-bərəkət diləmişdir. Rəvayət edilir ki, Ənəs ibn Malik demişdir: "Peyğəmbər Ummu Suleymin yanına gəldi və o, Peyğəmbərin qabağına xurma və yağ qoydu. Peyğəmbər bu­yur­du: "Yağınızı tuluğa, xurmalarınızı da zənbilə boşaldın, mən oruc tut­mu­şam." Peyğəmbər qalxıb evin bir tərəfində nafilə namazı qıldı və Ummu Su­leym və onun ailəsi üçün dua etdi. Onda Ummu Suleym dedi: "Ya Rəsulul­lah, mənim ayrıca bir xahişim var." Peyğəmbər soruşdu: "Nədir o?" Ummu Su­leym dedi: "Xidmətçin Ənəs üçün dua et!" Peyğəmbər dünya və axirətə aid xeyirli nə varsa, hamısını mənim üçün dua etdi və belə dedi: "Allahım, ona mal-dövlət və övlad bəxş et və ona xeyir-bərəkət ver!"
Həqiqətən də, bu gün mən ənsarın ən varlı adamlarındanam. Qızım Umey­nə mənə xəbər vermişdir ki, Həccacın Bəsrədə hakimiyyətə gəldiyi dövrə­dək mənim nəslimdən yüz iyirmidən çox adam dəfn edilmişdir." (əl-Buxari, 1982). Ummu Suleym Ənəsin anasıdır. Ənəs ibn Malik hic­rətin 93-cü ilində yüz üç yaşında vəfat etmişdir. Ənəsin yaşıdlarının əksəriyyəti bu dünyadan kö­çüb getmişdi deyə, sonrakı nəsildən olan azyaşlıların arasında qalmaq ona ağır gəlirdi.

Xoşuna gələn bir şey gördükdə onu gözə gətirməkdən necə qorumaq olar?

Peyğəmbər demişdir: «Biriniz müsəlman qardaşında yaxud özündə, ya­xud da malında xoşuna gələn bir şey görsə, onun üçün ("Bərakallah", yəni "Allah bərəkət versin!" deyib) Allahdan bərəkət diləsin! Çünki gözdəymə həqiqətdir!»


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2218   Tarix: 06 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

İslam - Yolxucu xəstəlikdən qorunmağın 10 yolu

Uca Allah buyurur: "İnsanların öz əlləri ilə et­diyi əməllərinin nəticəsi ola­raq qu­ru­da və də­nizdə fə­sad törə­yir ki, Allah onlara, etdik­lə­ri­nin bir qis­mi­ni daddırsın. Bəl­kə, onlar haqqa qayıdalar. De: "Yer üzünü gəzib do­laşın və əvvəlkilərin aqibəti­nin ne­cə ol­duğuna baxın. On­ları

26.03.2020 5917
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182