ABŞ İsrail münasibətlərində İran düyünü

ABŞ İsrail münasibətlərində İran düyünüVaşinqtonun İranla nüvə danışıqları siyasəti Təl-Əviviqıcıqlandırır, Netanyahu Ağ evə təsir göstərməyə çalışır

İran və ABŞ rəsmiləri arasında nüvə danışıqlarının ikinci mərhələsi İsveçrənin Montrö şəhərində başlayıb. Martın 2-də dövlət katibi ConKerri və xarici işlər naziri Cavad Zərif arasında başlayan görüş 3-də də davam edib. Hazırda İran və ABŞ hökumətləri nüvə məsələsində yekun sazişin imzalanması istiqamətində intensiv diplomatiya aparır. Yanvarda Kerri və Zərif 6 saat davam edən danışıqlar aparmışdı.

Qeyd edək ki, ABŞ İranın nüvə silahı istehsalından tam şəkildə imtina etməsi müqabilində sanksiyaları qaldırmağı vəd edir. Danışıqların birinci mərhələsi baş tutub və ötən il İrana qarşı bir sıra sanksiyalar ləğv olunub. Lakin yekun danışıqların nəticə verməsi hələlik mümkün deyil, iyun ayına qədər tərəflərin yekun nəticə əldə etməlidir. Yeri gəlmişkən, bir qədər İran ali dini lideri Ayətullah Seyid Əli Xameneyi bəyan edib ki, razılaşma kompleks olmalıdır və mərhələli prosesə razı deyillər. İran nüfuzlu ruhanisi Ayətullah Cənnəti bir daha bəyan edib ki, nüvə silahı haramdır və İslam respublikasının bununla bağlı planı yoxdur.

Qeyd edək ki, İran mövzusu ABŞ-ın ən yaxın müttəfiqi İsraillə münasibətlərini soyuqlaşdırıb. Hazırda Vaşinqtonda olan İsrail baş naziri İran mövzusunda Vaşinqtona təsir etmək üçün intensiv diplomatiya aparır. İsrail baş naziri Vaşinqtonun İranla yaxınlaşmasından narazıdır.

ABŞ prezidenti Barak Obama isə İranla nüvə sahəsində anlaşmanın əldə olunması üçün ilk növbədə Tehranın nüvə enerjisi proqramını ən azı 10 il müddətinə dondurmalıdır. "Reuters" Agentliyinə müsahibəsində Obama bildirib ki, hazırda onlar "İranın nüvə silahı əldə etməsi çalışmalarından 1 il əvvəldən xəbər tutmaq imkanlarına sahibdirlər".

Eyni zamanda ABŞ prezidenti İranla martda müqavilə imzalana bilməsi üçün İranın addım atması lazım gəldiyini bildirib. Eyni zamanda Obama İsrail hökuməti ilə yaranmış soyuqluğa da münasibət bildirib. Obama deyib ki, Netanyahunun Ağ evə bilgi vermədən Konqresə gedərək İranla nüvə danışıqlarını tənqid etməsi iki ölkə münasibətlərə mənfi təsir edə bilər, ancaq uzunmüddətli münasibətlərə zərər vurmayacaq. Obama deyib ki, həm ABŞ, həm də İsrailin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır, sadəcə bu hədəfə çatmaq üsulları ilə bağlı kəskin fikir ayrılıqları var.

Qeyd edək ki, İsrail baş naziri BenyaminNetanyahu nüvə danışıqlarının nəticəsiz qalacağını və İranın nüvə silahı əldə etmə çalışmalarını davam etdirəcəyini bildirir. Netanyahu İrana qarşı daha sərt tədbirlərin, hərbi müdaxiləni dəstəkləyir. Vaşinqton isə danışıqlarda maraqlıdır və yeni müharibə tərəfdarı deyil. Məhz bu səbəbdən hazırda Vaşinqtonda olan Netanyahu Ağ evə qarşı lobbi siyasəti aparır. Məhz bu səbəbdən onun bu hərəkəti kəskin reaksiya doğurub və Obama Netanyahuya görüş üçün vaxt ayırmayıb. Ancaq Obama bəyan edib ki, martın 17-də keçiriləcək seçkilərdə qələbə qazanarsa Netanyahu ilə məmnuniyyətlə görüşəcək. Yeri gəlmişkən, Vaşinqton Netanyahuya görüş verilməməsini seçkilərə iki həftə qalmış heç bir ölkə lideri ilə görüşün olmaması ilə izah edib.

Qeyd edək ki, qəribə də olsa İran mövzusu hər 3 ölkədə mühafizəkarlarla yumşaq xətt tərəfdarlarını bölüb. ABŞ və İranda mühafizəkar dairələr nüvə müzakirələrinə qarşıdırlar. Ötən həftə Obama İrana qarşı sanksiyalar tətbiqini nəzərdə tutan daha bir qanun layihəsinə veto qoyub. Konqresdəki mühafizəkar siyasətçilərə İrana qarşı sərt siyasi xəttin yürüdülməsini təklif edirlər. Eyni zamanda İranda da hökumətdəki islahatçılardan fərqli olaraq mühafizəkar dairələr danışıqlara qarşıdırlar və mühafizəkar media, o cümlədən İran rəsmi dövlət telekanalı davamlı olaraq nüvə danışıqlarını "vurur".

İsrail isə ümumiyyətlə, İranla nüvə müzakirələrinə ehtiyac görmür və İranın nüvə obyektlərinin vurulmasını tələb edir. Netanyahu Konqresdə çıxışında bildirib ki, İran İsraili məhv etmək gücündədir və buna qarşı təcili tədbirlər görülməlidir.

apa.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 774   Tarix: 06 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18:01 136
.

Türkiyədə güclü zəlzələ oldu - FOTO

Türkiyənin Tokat vilayətinin Sulusaray rayonunda zəlzələ baş verib. Bu barədə Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyindən (AFAD) məlumat verilib. Məlumata görə, yeraltı təkanların gücü 5,6 bal olub. Zəlzələnin ocağı 6 km dərinlikdə yerləşib

20:30 0
.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 747
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 1714
.

"Günah onda deyil"

"Aparıcı Aytən Səfərovanın düşdüyü qəzanın görüntülərinə baxdım. Günah onda deyil". OLAY yazır ki, bu sözləri nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O, Səfərovanın düşdüyü qəzanı şərh edib:. "Sadəcə ərazidə qarışıq bir durum var. Ona da istintaq orqanları rəy verəcək. Ölən sərnişin

11:04 1564
.

Rusiya estoniyalı diplomatı deportasiya etmək qərarına gəlib

Rusiya Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipinə uyğun olaraq estoniyalı diplomatın deportasiya edilməsinə qərar verildiyini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamaya görə Estoniyanın Moskvadakı səfirliyinin müvəqqəti işlər vəkili Jana Vanamolder nazirliyə çağırılıb. Açıqlamad

17.04.2024 263
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

20:48 0
.

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq. Axşam.az "Xəzərxəbər.az"a istinadən xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib. Onun sözlərinə görə, bununla bağlı ilin sonuna kimi qanunvericiliyə dəyişikliklər ediləcək. Nazir qey

10:19 774
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

20:45 0