Allahın "əl-Bəri" və "əl-Musavvir" adlarının mənası

Allahın "əl-Bəri" və "əl-Musavvir" adlarının mənasıMənbə: http://zikr.az

əl-Bəri sözü var edən, xəlq edən deməkdir. əl-Bəri hər şeyi icad edən, hər şeyi xəlq edəndir. əl-Bəri olan Allah, məxluqlarını fərqli yaradan və onları bir-birinə uyğun olaraq qurandır. Uca Allah buyurur:
"Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli Allahın yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb göyə diqqət yetir, heç onda bir çat görürsənmi?" (əl-Mülk, 3).
Allahın əl-Bəri adı Qurani-Kərimdə üç dəfə zikr edilir. Uca Allah buyurur: "O, Xaliq, yoxdan Yaradan (əl-Bəri), Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir" (əl-Həşr, 24).
Həmçinin buyurur: "O zaman Musa öz qövmünə dedi: "Ey qövmüm! Siz buzovu ilah qəbul etməklə özünüzə zülm etdiniz. Odur ki, Yaradanınıza tövbə edin və özünüzü (sizlərdən özlərinə zülm edənləri) öldürün. Bu, Yaradanınızın yanında sizin üçün xeyirlidir. O, sizin tövbənizi qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir" (əl-Bəqərə, 54).
əl-Musavvir sözü isə surət verən deməkdir. əl-Musavvir məxluqlarını istədiyi şəklə salaraq yaradandır. Uca Allah buyurur: "Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı" (əl-İnfitar, 6-8).
Allahın əl-Musavvir adı Qurani-Kərimdə bir dəfə zikr edilir. Uca Allah buyurur: "O, Xaliq, yoxdan Yaradan, Surətverən (əl-Musavvir) Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir" (əl-Həşr, 24).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 4967   Tarix: 03 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramazan bayramı neçə gün qeyd olunmalıdır? - İlahiyyatçıdan CAVAB

İslam dünyasının müqəddəs bayramlarından sayılan Ramazan bayramı müxtəlif ölkələrdə müxtəlif cür qeyd edilir. Belə ki, bir sıra müsəlman ölkələrində bu bayram üç gün, digərlərində isə hətta 10 gün ərzində qeyd edilir. Azərbaycanda isə Ramazan bayramı cəmi iki gün keçirilir. Belə olduqda ortaya maraql

02.05.2022 5180
.

Bu gecə ehtimal edilən üçüncü Qədr gecəsidir - FOTO

Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir. Ramazanın iyrimi ikinci günü üçüncü Qədr gecəsinə, yəni aprelin 23-dən 24-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. Quran İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükd

23.04.2022 5170
.

"Dinimiz insanın özünə xəsarət yetirməsini, qan çıxarmasını qadağan edir" - Hacı Şahin

Dinimiz ümumiyyətlə insanın özünə xəsarət yetirməsini qadağan edir. Xüsusilə də bunu Kərbəla hadisəsi ilə əlaqələndirmək Kərbəla hadisəsinin mahiyyətini kölgəyə salır. Bunu Trend-ə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.Həsənli bildirib ki, Aşura günündə insanları

08.08.2022 4640
.

Əl-Əqsa məscidində bayram namazı qılınıb - VİDEO

Minlərlə müsəlman Şərqi Qüdsün İçəri şəhər bölgəsində yerləşən Əl-Əqsa məscidində bayram namazı qılıb. Qüds İslam Vəqfləri İdarəsindən verilən məlumata görə, bayram namazında təxminən 120 min insan iştirak edib. Bayram namazından sonra dualar oxunub, ehtiyaclı müsəlmanlara zəkat paylanılıb. ( )

21.04.2023 3309
.

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər? - CAVAB inanılmaz

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir

18.06.2022 6254
.

Ramazan ayının üçüncü gününün imsak, iftar və namaz vaxtları - FOTO

Sabah Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də imsak vaxtı saat 04:53-də, iftar vaxtı isə 19:22-dir. Aprelin 4-ü üçün namaz vaxtları:. Sübh azanı 04:58. Zöhr azanı 12:44. Əsr azanı 17:16. Məğrib azanı 19:22. İşa azanı 20:25. Üçünc

03.04.2022 6030
.

Dünyanın ən böyük məscidlərindən birinin açılışı oldu - VİDEO

Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Mərkəzi Asiyanın ən böyük məscidinin açılışı olub. Məscidin tikintisi üç il davam edib. Yeni məscidin açılışında iştirak edən Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev bildirib ki, dünyanın 10 ən böyük məscidi sırasına daxil olan tikilinin açılış

12.08.2022 4981
.

Şəhid evində İFTAR

Ramazan ayını yaşayırıq. Oruc tutanlar bilir ki, ən gözəl iftar ailə ilə birlikdə, bir süfrə başında toplaşmaqdır. Adətən ailənin başçıları uşaqları süfrə başına toplayaraq, onlara "siz də iftar açın" deyərək ülvi hisslər oyandırmağa çalışırlar. Amma. Elə ailələr də var ki, bu gün onların başçılar

07.04.2022 6479
.

Namaz hansı dildə qılınmalıdır? - Hacı Şahindən MARAQLI AÇIQLAMA

Namazın Azərbaycanca qılınması yenidən gündəmə daşınır. Bəzi insanlar belə hesab edir ki, hər bir müsəlman namazı öz ana dilində qılmalı, "Qurani-Kərimi" öz ana dilində oxumalıdır. İlk baxışdan haqlı görünə biləcək bir təklifdir. Amma bir məsələni unutmayaq ki, islam qardaşlıq, sülh və birli

17.08.2022 5538