Xarabalıqdan çıxmış milyonçunun müsahibəsi - FOTO

"Oskar" qazanmış "Xarabalıqdan çıxmış milyonçu" filminin qəhrəmanı Dev Patel woman.ru saytına müsahibə verib.

Hindəsilli britaniyalı aktyor çəkildiyi "Çappi adlı robot" filminin qalasında saytın əməkdaşının suallarını cavablandırıb:

- Sonuncu filminizdə kompüter vunderkindi kimi kamera önünə çıxmısınız. Real həyatda necə, yeni texnologiyalarla aranız yaxşıdır?

- Nə internetlə, nə də yeni texnologiyalarla o qədər də aram yoxdur. Mən heç bir sosial şəbəkədə yoxam. Xoşum gəlmir ki, yad insanlar mənim şəxsi həyatımı müzakirə etsinlər. Bəzi məhrəm şeylər var ki, onu kənardakılar bilməməlidir. Mən ulduz yox, sadəcə aktyor olmaq istəyirəm.

- Obrazını canlandırdığınız Dion Çappi adlı robotun atası olmaq istəyir. Bəs siz ata olmaq istəməzdiniz?

- Hazırda yox. Ola bilər, nə vaxtsa bu barədə fikirləşərəm. Ancaq mənim hələ 24 yaşım var. Bir az da ayaqlarım üstündə durmalıyam. Daimi gəlirim olmalıdır. Ailə qurmaq haqda hələ düşünmürəm. Fikrimi karyerama vermişəm.

- İdeal ailə necə olmalıdır?

- Ailə hər zaman insanın yanında olmalıdır. Mənim gözəl valideynlərim var. Onlar məni hər addımımda dəstəklədilər və dayağım oldular. İstənilən ağacın böyüməsi üçün kök və torpaq lazımdır ki, onu ayaqda saxlaya bilsin. Valideynlərim məni qidalandıran və ruhdan düşməyə qoymayan köklərimdir.

- Qızlarla münasibət sizə nə verir?

- Ceyms Braunun mahnısında deyildiyi kimi: "Kişilərin dünyası qadınlarsız heç nədir". Qadın mənim üçün böyük, güclü qüvvədir. O, sizi daha yaxşı və səylə işləməyə sövq edir. Xanımların qəlbini ələ almaq üçün mübarizə aparmalısan. Kiminsə diqqətini çəkmək istəyirsənsə, ağır və inadkar mübarizəyə hazır olmalısan. İlk növbədə, bunu özün özünlə etməlisən.

- Hansı rollarda çəkilmək istərdiniz?

- Dramatik rollar xoşuma gəlir. Onlar aktyora insan təbiətinin dərinliklərinə varmağa kömək edir. Adamlar arasındakı incə əlaqələri tapırsan. Fantastik janrda filmə çəkilmək üçün uşaqtəbiətli olmalısan.

axsam.az

Xarabalıqdan çıxmış milyonçunun müsahibəsi - FOTOXarabalıqdan çıxmış milyonçunun müsahibəsi - FOTOXarabalıqdan çıxmış milyonçunun müsahibəsi - FOTOXarabalıqdan çıxmış milyonçunun müsahibəsi - FOTOXarabalıqdan çıxmış milyonçunun müsahibəsi - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 4636   Tarix: 05 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mənzurə istirahətdən foto PAYLAŞDI - "Çox köksüz, bir az arıqlayın"

Müğənni Mənzurə Musayevanın sosial şəbəkədə paylaşdığı istirahət fotosu müzakirələrə səbəb olub. "Ölkə.Az" xəbər verir ki, əksəriyyət sənətçinin görünüşü barədə xoş sözlər desə də, bəzi izləyicilər onu tənqid etməkdən çəkinməyib. Hətta izləyicilərdən biri "Çox köksünüz, biraz arıqlayın

04.08.2020 7471
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Yüksək bal toplayan abituriyentlərin bizim Akademiyanı seçmələri sevindiricidir" - Zeynab Kazımova ilə MÜSAHİBƏ

Dövlət Gömrük Komitəsinin Akademiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Zeynab Kazımova -ın suallarını cavablandırıb. -Zeynab xanım, bilirik ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasına tələbə qəbulu artırılıb. Bundan əlavə, yeni bir ixtisas açılıb. Bu barədə məlumat verməyinizi istərdik

18.09.2019 2773
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

Tanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin -a müsahibəsini təqdim edirik:. Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər. Bəs siz özünüzü nec

17.01.2020 3720
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296