Böyrək daşlarını əridən şəfalı bitkilər

Böyrək daşlarını əridən şəfalı bitkilərDünyada hər 10 nəfərdən biri həyatının bir dövründə böyrək daşı, ya da böyrək qumu problemi ilə üzləşir və bu xəstələrin əksəriyyəti kişilər olurlar. Böyrəklərdən daş tökülən zamanı çox şiddətli ağrılar baş verir. Ağrıların şiddətli olması səbəbindən hər il milyardlarla dollar həkim müayinələrinə, dərmanlara və böyrək daşı əməliyyatlarına sərf olunur. Həkim nəzarətində tətbiq olunacaq peşəkar müalicə üsulları mövcuddur. Ancaq daş və qum tökməni sürətləndirəcək, ağrıları qısa müddətdə azaldacaq bəzi təbii və bitki müalicə üsulları da böyrək daşlarının müalicəsində uzun illərdir istifadə edilir.

Böyrəklər ümumi sağlamlığımızın qorunması baxımından diqqət edilməsi lazım olan mühüm orqanlardan biridir. Böyrəklərin sağlamlığının bu qədər təsirli olmasının əsas səbəbi orqanizmin filtri olmasındadır. Böyrək daşlarının 90 faizə yaxını orqanizmdən təbii yollarla atılır. Böyrək daşının bədəndən daha asan atılmasını təmin etmək və prosesi sürətləndirmək üçün bəzi şəfalı bitkilərin yardımından istifadə edə bilərsiniz.

Böyrəklər düzgün işləməzsə və lazım olan toksinləri süzmə qabiliyyəti azalarsa, toksinlər qana qarışaraq çox ciddi sağlamlıq problemlərinə yol açar. Böyrəklər öz funksiyasını icra etməzsə, sadəcə, toksinlər deyil, duz və tullantı maddələrin atılması da imkansız hala gəlir. Gündəlik həyatımızda müxtəlif cihazlarda istifadə etdiyimiz filtrlərin olduğu kimi bədən filtri olan böyrəklərin də vaxtaşırı təmizlənməsi lazımdır. Böyrəklərdə yığılan toksinlər, tullantı maddələri və duzu çox olan mineralları təmizləmək üçün böyrəklərin qayğısına qalan şəfalı bitkilərdən istifadə etmək lazımdır.Böyrəklər üçün şəfalı bitkiləri siyahısını və təbii müalicə üsulları ilə bağlı məlumatları təqdim edir:

Qırx açar otu: Böyrəklərdə toplanan toksinlərin atılması üçün ən çox istifadə edilən bitkilərdən biri qırx açar otudur. Tərkibindəki yüksək silisium böyrəklərdə yaranan zədəli toxumanın yenilənməsinə yardımçı olur. Sidik yollarında baş verən problemlərə yaxşı təsir edir və sidikqovucu kimi istifadə edildiyi məlumdur. Sidikqovucu xüsusiyyəti toksinlərin sistemdən sidik yolu atılmasını sürətləndirir.

Qaragilə: Qaragilə sidik kisəsi infeksiyaları və sidik yolu infeksiyaları üçün ən yaxşı şəfalı bitkilərdən biridir. Tərkibində olan hidrokinon və arbutin qaragiləni güclü antibakteriya halına gətirir. Bir çox sidik yolu infeksiyaları qaragilənin bu xüsusiyyəti sayəsində müalicə edilir. Həmçinin tannik turşusu böyrək iltihabının yayılmasına mane olur.

Sürünən ayrıqotu: Sürünən ayrıqotu ən yaxşı sidik dərmanıdır. Sürünən ayrıqotu sidik miqdarını artıraraq sidiklə birlikdə toksinlərin atılmasını asanlaşdırır. Sidik yolu infeksiyalarında da çətin sidik atımını asanlaşdırır və yanmanı azaldır. Sürünən ayrıqotu böyrəkləri təmizləmək, sidik yolu infeksiyaları, prostat, böyrək iltihabı, sistit kimi xəstəliklərin müalicəsində istifadə edilir.

Gicitkən: Böyrək üçün şəfalı bitkilər siyahısında önəmli yerə sahib olan dalayıcı ot və gicitkən tullantıların və toksinlərin orqanizmdən atılmasında və böyrəklərin təmizlənməsində istifadə edilir. Eyni zamanda, olduqca bəsləyici olan gicitkən A, B2, C və E vitaminləri baxımından da çox zəngindir. Tərkibində orqanizm üçün lazım olan minerallar, dəmir, kalium və kalsium var.

Cəfəri: Gündəlik qidalanmada tez-tez istifadə etdiyimiz cəfəri böyrəklər üçün olduqca faydalıdır. Böyrəklərin işləməsini və toksinlərin atılmasını sürətləndirir. Eyni zamanda, böyrək daşlarının yaranmasını və böyrəklərdə şiş əmələ gəlməsinin qarşısını alır.

Böyrək problemləri yaşamazdan əvvəl böyrəklər üçün şəfalı bitkilər istifadə edərək tədbir ala bilərsiniz. Böyrəklərin və sidik yollarının daha sağlam olması üçün yuxarıda sadaladığımız şəfalı bitkilərdən başqa, zəncəfil, təbii albalı konsentrasiyası, ardıc kimi bitkilərdən də istifadə edə bilərsiniz. Bu şəfalı bitkilər böyrəklərdə iltihabı azaltmaq, sidik yolu infeksiyalarını müalicə etmək, toksinlərin atılmasını sürətləndirmək, böyrək daşı və qumunu azaltmaq üçün mükəmməl vasitələrdir.

Orqanizmin filtri olan böyrəklərdə baş verəcək hər hansı bir problem ciddiyə alınmalıdır. Bu problemlər bütün bədən sağlamlığına pis istiqamətdə təsir göstərə bilər. Böyrəklərinizdə ağrı varsa, sidiyə çıxarkən yanma yaşayırsınızsa, həkim nəzarətindən keçməli və peşəkar müalicə olunmasılınız.

Böyrək daşlarını digər təbii müalicə üsulları

Su: Böyrək daşı üçün su içməyinizin təklif edilməsi inanılmaz kimi görünsə də, su böyrəklərin sağlam işləməsi üçün lazım olan əsas mineraldır. Böyrəklərin qısa müddətdə təmizlənməsi üçün onları su ilə fəaliyyətə gətirməyiniz lazımdır. Su ilə müalicəyə gündə ən az 15 stəkan su içərək başlaya bilərsiniz. Butulka sularda daha az çöküntülər olduğu üçün onlardan istifadə etmək tövsiyə olunur.

Sitrik turşusu: Təbii turşu növü olan sitrik turşusu orqanizmdə olan böyrək daşı kimi sərt proseslərin həll edilməsinə yardımçı olur. Limon sitrik turşu baxımından güclü məhsul olduğu üçün böyrək daşı müalicəsi zamanı bol miqdarda istehlak edilməlidir. Sadə limon suyu bəzi xəstələrdə mədə yanmasına yol aça biləcəyi üçün su ilə qarışdıraraq içilə bilər.

Sitratlar: Sitratlar sidik turşu tarazlığının qorunmasında və böyrək daşının əmələ gəlməsinə yol açan kalsium duzlarının azalmasında vacib amildir. Sitrat baxımından zəngin olan kök, üzüm, portağal və tərəvəzlərin təzə sıxılmış sularını içib böyrək daşının əmələ gəlməsini əngəlləyə bilərsiniz.

Lifli qidalar: Lifli qidalar yeyərək həzm sisteminizi daha sürətli işlədə bilərsiniz. Bunun sayəsində antioksidantların bədəndən daha asan çıxmasını təmin edə bilərsiniz. Mövsümə uyğun olan təzə meyvə və tərəvəzlər lif baxımından çox zəngindir.

Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, böyrək daşları əsasən heç bir müdaxiləyə ehtiyac olmadan orqanizmdən atılır. Bu proses zamanı baş verən şiddətli ağrılardan xilas olmaq üçün həkim tövsiyəsi ilə ağrıkəsici istifadə edilə bilər.

atv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2038   Tarix: 02 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Bu şəxslərə soğan yemək olmaz

Soğan sağlamlıq problemlərinin siyahısını genişləndirə bilər. Diyetoloq, Kanada Diyetoloqlar Birliyinin üzvü Nataliya Nefedova bu barədə danışıb. O bildirib ki, soğan xüsusilə mədə-bağırsaq traktının işinin pozulmasına səbəb ola bilər. N.Nefedova "Sputnik" radiosuna verdiyi müsahibədə qey

12.09.2021 2801
.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660