Azərbaycanda bu müəssisələrdə qaz cihazlarının quraşdırılması qadağan edilib

Azərbaycanda bu müəssisələrdə qaz cihazlarının quraşdırılması qadağan edilibYaşayış binaları üçün tələblər müəyyənləşib.

Çoxmənzilli yaşayış binalarında təsərrüfat-içməli və isti su təchizatı, kanalizasiya, isitmə, havalandırma, elektrik təchizatı, qaz təchizatı, telefonlaşdırma, televiziya antenləri, həmçinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq, avtomatik yanğın siqnalizasiyası, xəbərverici, təxliyənin təşkil edilməsi və layihə tapşırığında göstərilən digər mühəndis sistemləri nəzərdə tutulmalıdır.

Bu, Nazirlər Kabineti tərəfindən bu gün təsdiqlənən "Tikinti obyektlərinin mühəndis-kommunikasiya təminatı Qaydaları"nda əksini tapıb.

Bu Qaydalar yeni tikilən və yenidən qurulan bina və qurğuların layihələndirilməsinə şamil olunur. Hündürlüyü 10 mərtəbədən çox olan yaşayış binalarının qaz kəməri boruları qüvvədə olan qaz təchizatı üzrə layihələndirmə normalarına uyğun olaraq, binanın fasadı ilə çəkilməlidir. Damda yerləşən qazanxanaların yaşayış sahələrinin bilavasitə örtüklərinin üstündə (yaşayış sahəsinin örtüyü qazanxananın döşəməsi üçün əsas ola bilməz) və ya yaşayış sahələri ilə yanaşı (hündürlüyü fərqli olan binalarda) yerləşdirilməsinə yol verilmir. Binanın damından yağış sularının kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq həll olunmalıdır.

Layihə sənədlərində bina və ya qurğuda qəza halları baş verən zaman su, qaz və elektrik verilişini dayandıran texniki vasitələr nəzərdə tutulmalıdır. Bina və qurğuların insanların daimi olduğu yerüstü mərtəbələrində yerləşən otaqlar təbii və süni işıqlandırma ilə, yeraltı mərtəbələr isə insan sağlamlığına ziyan vurmaması üçün kifayət edən süni işıqlandırma ilə təmin olunmalıdır. Layihə sənədlərində bina və qurğunun girişlərinin işıqlandırılması üçün işıqlandırıcı vasitələr nəzərdə tutulmalıdır.

Mühəndis-kommunikasiya təminatı sistemlərinin elementlərindən insanların yanıq zədələri almaması üçün layihə sənədlərində isidici cihazların, isti su və istilikverici boru kəmərlərinin səthinin əlçatan hissələrinin temperaturunun məhdudlaşdırılması və ya insanların bu hissələrə toxunmasının qarşısını alan maneənin quraşdırılması, hava ilə isitmə sistemi cihazlarından çıxan isti havanın temperaturunun məhdudlaşdırılması nəzərə alınmalıdır. Bədbəxt hadisələrin baş verməməsi və partlayış zamanı insanların zədə almasının qarşısının alınması məqsədi ilə layihə sənədlərində isitmə və isti su təchizatı sistemlərində, qazişlədən avadanlıqlarda, tüstü bacaları və borularında, qaz və yanğın təhlükəli mayeləri nəql edən boru kəmərlərində təhlükəsizlik qaydalarına riayət olunması, isti su təchizatı və isitmə sistemlərində təzyiqin və temperaturun tənzimlənməsi, istilik generatorlarının və maye qaz qurğularında təhlükəsizlik qaydalarına riayət olunması nəzərdə tutulmalıdır.

Mühəndis-kommunikasiya təminatı komponentlərinin tikinti obyektinin əsas fasadlarında, dam örtüklərində və digər fəza görünüşü sahələrində yerləşdirilməsi qadağandır. Göstərilən yerlərdə həmin komponentlər şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş hallarda və qaydada binanın memarlıq üslubuna uyğun yerləşdirilməli və ya gizlədilməlidir.

İctimai binalarda qaz təchizatı sistemləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə və qaz təsərrüfatında təhlükəsizlik qaydalarına uyğun olaraq layihələndirilməlidir. Məktəbəqədər təhsil müəssisələrində, teatr və kinoteatrların bufetlərində qaz cihazlarının quraşdırılması qadağandır.. Məktəb binalarında havaisitmə sistemi ventilyasiya sistemi ilə birləşdirilmiş şəkildə layihələndirildikdə, sistemlərin avtomatik idarə olunması nəzərdə tutulmalıdır. Tədris otaqlarının isitmə sistemlərində havanın resirkulyasiyasına ancaq qeyri-iş vaxtlarında yol verilir.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 982   Tarix: 01 mart 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304