Bakıda avtomobillər üçün bəzi parklanma yerləri ləğv edildi

Bakıda avtomobillər üçün bəzi parklanma yerləri ləğv edildiHəmin yerlər mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilibmiş

Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) təklifi ilə paytaxtda bir neçə yerüstü pullu parklanma yeri ləğv edilib, orada quraşdırılan parkomatlar çıxarılaraq yerləri dəyişdirilib.

Bu barədə BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, buna səbəb həmin yerüstü pullu parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi olub. K.Əliyev qeyd edib ki, yol kənarlarında quraşdırılan parkomatların nəqliyyatın hərəkətinə təsiri ilə bağlı bir müddət əvvəl BDYPİ, Nəqliyyat Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) nümayəndələrinin iştirakı ilə birgə keçirilən növbəti araşdırmalar zamanı 80-dən çox yerüstü pullu parklanma yerinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edildiyi aşkar edilmişdi: "Müəyyən olunmuşdu ki, parklanma yerlərinin mövcud tələblərə cavab verməyən ərazilərdə təşkil edilməsi xüsusilə pik saatlarında nəqliyyatın fasiləsiz hərəkətinə maneələr yaradır. Ona görə də həmin yerlərin ləğv edilməsi ilə bağlı BDYPİ tərəfindən Bakı Şəhər İcra Hakimiyyəti qarşısında məsələ qaldırılmışdı".

Şöbə rəisinin fikrincə, mərkəz ərazilərdəki bəzi duracaq yerləri ləğv edilsə də, duracaqlara olan tələbatın ödənilməsi baxımından paytaxtın digər yerlərində yeni parklanma yerlərinin yaradılmasına ehtiyac var: "Lakin bu, razılaşdırılmış qaydada olmalıdır. Hazırda bu məqsədlə araşdırmalar davam edir".

Məsələyə aydınlıq gətirmək məqsədilə sahəyə məsul qurum olan BŞİH Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsindən (XTAİ) hər hansı məlumat almaq üçün mütəmadi olaraq göstərdiyimiz cəhdlər nəticəsiz qaldı. İdarənin rəisi Həsən Abdullayev zənglərə cavab verməsə də, onun müavini Lətif Axundov Trend-ə bildirib ki, onlara KİV-ə hər hansı açıqlama vermək qadağan olunub. Bunun üçün BŞİH-in mətbuat xidməti ilə əlaqə saxlamaq lazımdır. BŞİH-in mətbuat xidmətindən isə bildiriblər ki, XTAİ-yə mətbuata açıqlama vermək üçün heç bir qadağa qoyulmayıb. Sadəcə, görünür, Avropa Oyunları öncəsi görülən işlərlə bağlı ümumi məlumat veriləcək.

avtosfer.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 714   Tarix: 28 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874