Yeni filmlərimizə harada və necə baxaq?

Yeni filmlərimizə harada və necə baxaq?Azərbaycanda kinoya hər zaman böyük maraq olub.

Kinematoqrafiyanın Azərbaycana gəlişi və təşəkkülündən ötən bir əsrdən artıq müddətdə film seyri ən zövqlü məşğuliyyətlər sırasında olub.

Dövr və ictimai formasiyaların dəyişməsinə, elmi-texniki nailiyyətlərin başgicəlləndirən inkişafına baxmayaraq, kino sənəti özünün aktuallığını heç vaxt itirməyib.

Azərbaycan kinematoqrafiyası dünya kino sənayesinin tərkib hissəsi olaraq, özünəməxsus inkişaf yolu keçib. Ölkədən kənarda tanınıb-sevilən filmlərimiz az olsa da, hər halda geniş miqyasda məşhurluq qazanmış rejissor və aktyorlarımız olub.

SSRİ-nin dağılmasından sonra bir çox sahələr kimi kinematoqrafiya da xaosdan yan keçə bilmədi. Bununla belə, dövlət diqqəti və sponsor dəstəyi sahəsində milli kinomuz ayağa qalxmağa çalışdı.

Nəticədə istər dövlət sifarişi, istərsə də sponsor köməyi əsasında çox sayda yeni ekran əsərləri çəkildi. Lakin çox maraqlı və təəccüblüdür ki, tamaşaçı son illərdə təhvil verilmiş yeni bədii filmləri böyük və ya mavi ekranda izləmək imkanından məhrumdur. Əgər belə bir imkan varsa belə, çox məhduddur.

Yəqin ki, çoxları yeni çəkilmiş hansısa Azərbaycan filminin kinoteatrlarda, yaxud da telekanallarda nümayişindən əvvəl yüksək səviyyədə aparılmış reklam kampaniyasını xatırlamır.

Əvəzində isə xarici ölkələrin istehsalı olan filmlərin elə qrandioz təbliğatı aparılır ki, bir çoxları soruşan olsa utanmasın deyə, o filmə baxmağı lazım bilir.

Azərbaycanda film həvəskarlarının böyük əksəriyyəti 1950-2000-ci illərdə çəkilmiş istənilən kinomuzun mətnini əzbərdən danışa bilər. Amma son 10 ildə çəkilmiş filmlərimizdən (kommersiya filmləri istisna olmaqla) çoxlarının heç xəbəri də yoxdur.

Yeni filmlərimizlə bağlı vəziyyət niyə belə acınacaqlıdır və onlar niyə normal səviyyədə nümayiş edilmirlər?

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kino yaradıcılığı və filmlərin təbliği sektorunun müdiri Yusif Şeyxov yeni və köhnə filmlərimizin telekanallarda və kinoteatrlarında nümayişində məhdudiyyət olması haqda fikirlərə razı deyil. Lakin o da bu sahədə problemlərin olduğunu inkar etmir:

"Filmlərimizin telekanallarda nümayiş etdirilməməsi məsələsi, bilmirəm, haradan gündəmə gəlib. Çünki istər köhnə, istərsə də yeni filmlərimiz telekanallarda müntəzəm göstərilir.

Hətta "Space" kanalında hər həftənin beşinci günü axşam saat 10-da ən yeni Azərbaycan filmləri nümayiş etdirilir. O cümlədən AzTV və İctimai Televiziyada da filmlərimiz müntəzəm göstərilir.

Digər telekanallarda filmlərimizin nümayiş etdirilməməsi isə biz tərəfdən, yaxud da kinostudiya tərəfdən onlara belə təkliflərin olmaması ilə yox, o telekanalların bizim milli filmləri göstərib-göstərməmək istəyi ilə bağlıdır – burada gizli heç nə yoxdur. Söhbət təbii ki, bizim sifarişlə çəkilən filmlərdən gedir.

Eyni zamanda, kinoteatrlarla bağlı vəziyyət də eynən belədir. Aydın məsələdir ki, Amerika filmləri ilə bizim filmlərimiz baxımlılıq və digər göstəricilər nöqteyi-nəzərindən çox fərqlənirlər.

Yəni bizim filmlərin Amerika filmləri ilə rəqabətə girməyi çətindir.

Lakin bizim filmlərdə Amerika kinolarında heç vaxt olmayacaq məqamlar var – o filmlər bizim həyatımız, müasirlərimiz, tariximiz məişətimiz haqqındadır. Təkcə bu arqument bizim kinoteatrları cəlb etməli olsa da, bu baş vermir".

Y.Şeyxovun sözlərinə görə, Azərbaycan filmlərinin yerli kinoteatrlarda nümayişinin məhdudluğu həm də kommersiya səbəbi ilə əlaqəlidir:

"Mən əslində, yuxarıda işlətdiyim fikirlərdə həm də kommersiya məqamını nəzərdə tuturdum. Baxın, Hollivud filmləri Avropa qarışıq bütün dünyanı tutub.

Bizim filmlərimiz kommersiya baxımından gəlir gətirməsə də, onlar mənəvi gəlir verən ekran əsərləridir".

Həmsöhbətimiz Azərbaycan filmlərinin populyarlığının artırılmasının o qədər də asan olmadığı qənaətindədir:

"Təəssüf ki, Azərbaycanda tamaşaçılıq mədəniyyəti, vərdişi aşağı səviyyədədir. Həm də bizdə tamaşaçılar filmlərə kinoteatrlarda deyil, televiziyalarda baxmağa üstünlük verirlər.

Məsələn, "Nizami" kinoteatrında müntəzəm olaraq, Azərbaycan filmi göstərilir, amma tək-tük tamaşaçı gəlir, ya gəlmir. Yəni geniş reklam olunan filmlərimizə də münasibət belədir. Reallıq budur".

Tanınmış aktyor və rejissor Əbdül Mahmudbəyov isə bu məsələni daha çox kinoteatrların texniki vəziyyəti, o cümlədən sponsor marağı və digər problemlərdən qaynaqlandığını deyir:

"Yeni filmlərimizin kinoteatrlarda nümayiş olunmamasının səbəbi çox sadədir. Bu da onunla bağlıdır ki, təzə filmlər tam yeni formatda çəkilir – "Azərbaycan" kinoteatrı istisna olmaqla, digərlərində həmin filmlərin nümayişi texniki baxımdan mümkün deyil.

Yəni kinoteatrlarımızın texniki səviyyəsi imkan verəcəyi təqdirdə, yeni filmlərimizin daha geniş miqyasda nümayiş etdirilməsi mümkün olacaq.

Burada, təbii ki, texniki məsələ ilə yanaşı, sponsor maraqlarının nəzərə alınması da var və filmlərin yayıma buraxılmasında bu məqamın təsiri böyükdür.

Telekanallarda yeni filmlərimizin nümayiş etdirilməməsinə gəldikdə isə, bunun səbəblərini özləri daha yaxşı izah edə bilərlər".

Sonda "Bəyin oğurlanması" filmindəki məşhur ifadəni xatırlamamaq olmur: Kino ki var, bu, çox qəliz məsələdir…


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 988   Tarix: 24 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

"Daha ağıllı və daha yaradıcı düşünməyə vadar edir" - Alimlər çayın faydasını araşdırdı...

Pekin Universitetinin alimləri bir fincan çay içməyin yaradıcı düşüncəni inkişaf etdirdiyini aşkar ediblər. Araşdırma nəticəsində mütəxəssislər çayın bioloji komponentlərinin deyil, çay içmək prosesinin özünün insanları "daha ağıllı və daha yaradıcı" olduqlarını düşünməyə sövq etdiyi qənaətin

12.09.2021 1068
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424