Elnarə məhkəməyə verilir

Elnarə məhkəməyə verilirHüquqşünas Qurban Məmmədov muğam ifaçısı Elnarə Abdullayevanı məhkəməyə verir.

Bu barədə hüquqşunas özü məlumat verib. O, Biletlərin baha olması səbəbindən konsertinə qatıla bilmədiyi müğənni Elnarəni məhkəməyə verməyə hazırlaşdığını bildirib:

"Mən həbsxanada olanda hörmətli müğənnimiz Elnarə Abdullayevanın o yanıqlı səsiylə oxuduğu muğamlarla daha rahat nəfəs almışam. Bu gün saat 19-00-da "Heydər Əliyev Sarayı"nda Elnarə xanımın konserti vardı.

İstədim ailəmlə, nəvələrimlə birlikdə bu konsertə gedim. Həbsdə olduğum müddətdə yığılıb qalmış mənəvi borclarımın heç olmasa bir hissəsini bu yolla da olsa, ödəyim. Alınmadı. Bilet neçəyə olsa yaxşıdır: 80-70 manat. Son sıralar 20 manat. Deyəsən, belə konsertlər də monopoliyadadır. Bu qiymətə millət necə bilet alır, anlamış deyiləm. Ancaq bilet də yox idi. Satılıb qurtarıb çoxdan...

İndi məni bir hüquqşünas kimi görün nə düşündürür! Mənim və ailə üzvlərimin Allahın Elnarə xanıma vediyi səsdən feyziyab olmaq haqqı var, ya yox?

Mənim və ailə üzvlərimin, xüsusilə də, nəvələrimin milli müsiqimizi Elnarə xanımın ifasında dinləmək, bu yolla da informasiya almaq hüququmuz var, ya yox? Bəs mənim kimi milyonlarla kasıb Azərbaycan vətəndaşlarının necə? Konsert musiqi haqqında informasiya mənbəyi hesab edilməlidir, ya yox? Bu ciddi məsələni hüquqi müstəvidə həll etmək üçün mən Elnarə Abdullayevanı məhkəməyə verəcəyəm. Qoy məhkəmə qərar versin görək Allahın verdiyi səsi, talantı belə baha satmağa Elnarə xanımın nə haqqı var?!

Siz necə düşünürsünüz: Azərbaycan məhkəmələri heç olmasa bu barədə obyektiv qərar verə biləcəklərmi?"

axsam.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2888   Tarix: 23 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Dünyaya uşaq gətirmək vacib deyil"

"Sevinirəm ki, Fətulla (qardaşının övladı - red.) ailəni tək idarə edir. Dünyaya uşaq gətirmək vacib deyil". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova "Zaurla Günaydın" verilişində deyib. Müğənni ailəsindən danışıb:. "Fətulla uşaq idi, çılğın, hər şeydə

26.03.2024 517
.

"O qədər səhvlər etmişəm ki..."

"Mən səhv tutmağı sevmirəm. Səhvi olmayan insan natamamdır. O qədər səhvlər etmişəm. Bu gün onlar məni Aytən Səfərova edib". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Zarafat bir yana" verilişində deyib. O bildirib ki, efirdə hər zaman qadınları müdafiə edir: . "Hə

26.03.2024 597
.

Aparıcı "Niva" ilə Bakıdan Çinə gedir

Aparıcı Fərid Rəsul maraqlı bir addım atıb. Axşam.az xəbər verir ki, "Yenə adi günlərdən biri" adlı layihə edən Fərid "Niva" markalı maşınla Bakıdan Çinə yola düşüb. Fərid bundan əvvəl Avropadan İran vasitəsi ilə Çinə getməyi plnlaşdırıb. Amma İran sərhəddində onu buraxmadıqları üçü

25.03.2024 843
.

Aygün Bəylərin məzarından yeni görüntülər - VİDEO

Əməkdar artist Aygün Bəylərin məzarından yeni görüntülər yayılıb. xəbər verir ki, onun məzarı bir gənc tərəfindən təmizlənərək, səliqəyə salınıb. Paylaşıma "Aygün Bəylər, səni də unutmadıq" şərhi yazılıb. Muğam ifaçısı yanvarın 6-da Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. O, uzun müddə

24.03.2024 982
.

"Yalı çapkını"nda gözlənilməz ayrılıq - Foto

"Yalı çapkını" serialında növbəti ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə aktrisa Binnur Kaya vida edəcək. O, layihədə "Nükhet" obrazına həyat verir. Qeyd edək ki, serialın baş rollarını Afra Saraçoğlu ilə Mərd Ramazan Dəmir canlandırır

24.03.2024 590
.

"Deyirlər ki, Nüşabə oğlu yaşda kişiyə ərə gedib"

"Mən 1967-ci ildənəm. Ərim Rza bəy isə 1974-ci ildəndir. Yəni mən ərimdən 7 yaş böyüyəm". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Xeyirli axşamlar" proqramında deyib. Müğənni həyat yoldaşı ilə aralarında olan yaş fərqinin tənqid edilməsinə cavab verib:

13:12 717
.

"Zaurun etdiyi yardım heç bir poqramda olmayıb"

"Bütün verilişləri izləyirəm. ATV-də baş redaktor olmuşam, alışqanlığım var: bütün verilişlərdən xəbərim olmlıdır. "Bizimləsən" uzun illərdir yayımlanır. Zaur və komandasının yardım etdiyi qədər xəstə heç bir proqramda olmayıb". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Günay Baxşəliyev

26.03.2024 603
.

Xanımı Kadir İnanırın son vəziyyətini açıqladı

"Təbii ki, hələ də yorğundur, zamana ehtiyacı var. Ziyarətimdə məni tanıması, əlimdən tutması kimi müsbət reaksiyaları oyanış prosesinin davam edəcəyinə ümid verdi". "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, bu sözləri Kadir İnanırın 23 illik həyat yoldaşı Jülide Kura

28.03.2024 505
.

Zaranın formada qalma sirri

Türkiyəli müğənni Zara formada qalmasının sirrini bölüşüb. Axşam.az xəbər verir ki, sənətçi müsahibəsində 9 kiloqram çəki atmasından danışıb:. "Tərəvəzli yeməklər yeyirəm. Günəş batandan sonra qidalanmıram. Həftənin 3 günü idman edirəm. Ən vacibi də stressdən uzaq dururam"

27.03.2024 737