Dollarla kredit borcu olanlar bu xəbəri mütləq oxusun

Dollarla kredit borcu olanlar bu xəbəri mütləq oxusunBəzi hörmətli həmkarlarım əhaliyə müjdə verib ki, xarici valyutada olan kreditlərini krediti aldıqları tarixdə olan valyuta məzənnəsi əsasında manatla ödəyə bilərlər. Əslində, bu belə deyil! Çox güman ki, həmkarlarımı Mülki Məcəlləmizin qüsurlu dil üslubu və zəif qanunvericilik texnikası çaşdırıb.

Belə ki, onlar Məcəllənin 439.7-ci maddəsinə istinad edirlər. Orada deyilir: "Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa, və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir".

Əlbəttə, müddəa çox primitiv şəkildə ifadə olunub. Amma hər bir halda məgər burada xarici valyutadan söhbət gedir? Xeyr. "Xarici valyuta" ifadəsi heç xatırlanmır da.

Əslində, burada söhbət pul vahidinin öz dəyərindən, yəni nominal dəyərindən gedir, digər valyutalara nisbətindən yox. Pul vahidinin nominal dəyərinin dəyişməsi nədir? Denominasiya! Yəni, məsələn, Azərbaycanda 2006-cı ildə baş vermiş son denominasiya nəticəsində 5000 manat 1 manata bərabər tutulmuşdur. Yəni pul vahidinin nominal dəyəri azalmışdır.

Ümumiyyətlə, sözügedən müddəanın pul vahidinin xarici valyutaya nisbətinin, yəni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünki pul vahidi eyni zamanda bir valyutaya nisbətdə bahalaşa, digərinə nisbətdə isə ucuzlaşa bilər. Onda necə olmalıdır bəs?

Yaxşı, bəs sözügüdən maddədə xatırlanan "valyutanın dəyişməsi" nə deməkdir? Bu, ümumiyyətlə, pul vahidinin yox olması deməkdir. Məsələn, tutaq ki, sabah Azərbaycan Avropa Birliyinə qoşuldu və manatı avro əvəz etdi. Yəni valyuta dəyişdi.

Beləliklə, Mülki Məcəllənin 439.7-ci maddəsinin şərh edilən məsələyə heç bir aidiyyatı yoxdur. Bəs onda bu məsələ hansı norma ilə tənzimlənir? Mülki Məcəllənin 439.2-ci maddəsi ilə. Orada deyilir: "Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır". Yəni təbii ki, xarici valyutada olan borc manatla ödənilə bilər, amma ödəniş gününə mövcud olan məzənnə əsasında. Bu, beynəlxalq aləmdə də, xarici ölkələrdə də belədir. Yeri gəlmişkən, Mülki Məcəlləmizin bu müddəası Almaniya Mülki Qanunnaməsinin 244-cü maddəsinin 2-ci bəndi və Hollandiya Mülki Məcəlləsinin 124-cü maddəsi əsasında tərtib edilib.

Məsələnin məntiqi təhlili də bizi eyni nəticəyə gətirir. Əgər borcun ödənilməsi əvvəlki məzənnə əsasında həyata keçirilirsə, onda borcun xarici valyutada ifadə edilməsinə nə ehtiyac var? Axı eyni ilə banklar da deyə bilər ki, məsələn, dollarda olan əmanətləri əmanəti qəbul etdikləri gündə olan məzənnə əsasında manatla ödəyəcəklər. Təbii ki, əmanətçilər bundan haqlı olaraq narazı qalacaqlar.

Əlbəttə, Məcəllənin qüsurlarından yararlanmağa cəhd edərək banklarla dartışmaq olar. Amma böyük ehtimalla söyləmək olar ki, bu cəhd uğursuz olacaq. Konstitusiya Məhkəməsi Mülki Məcəllənin açıq-aydın olan 439.2-ci maddəsini ən azı qeyri-müəyyən olan 439.7-ci maddədən üstün tutacaq.

Buna görə də nə qədər ağır olsa da, vətəndaşlarımıza bəd xəbər verməliyəm: xarici valyutada olan borclarını yeni məzənnə əsasında ödəməli olacaqlar. Uzaq başı Elman Rüstəmovu məhkəməyə verə bilərlər. Yalan danışdığı üçün. Ümid edirəm ki, Elman müəllimin 20 il ərzində topladığı sərvət soydaşlarımızın məruz qaldıqları zərərin əvəzinin ödənilməsinə tam kifayət edəcək. Əlbəttə, əgər ona qədər cənab Rüstəmovu Avstriya məhkəməsi manatın çapı zamanı korrupsiya faktına görə cəzalandırmasa...

olke.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8812   Tarix: 24 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Elmira Süleymanova vəfat etdi

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə sabiq müvəkkili Elmira Süleymanova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə -a onun yaxınları məlumat veriblər. Bildirilib ki, E.Süleymanova günorta saatlarında dünyasını dəyişib. Qeyd edək ki, Elmira Süleymanova 17 iyul 1937-ci ild

14:16 576
.

Avstraliyada 160-a yaxın balinadan 26-sı öldü

Avstraliyanın Qərbi Avstraliya ştatında yerləşən Tobis İnlet sahilində çoxlu balinalar ölüb. BİG.AZ xəbər verir ki, 160-a yaxın balinadan 26-sı ölüb. Bu barədə ştatın Biomüxtəliflik, Mühafizə və Attraksionlar Departamenti məlumat yayıb. Regionun zabiti Pia Courtis bu durumdan məyus olduğunu bildirib

15:49 76
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 263
.

Firuzə İbadova Cavanşir Məmmədova görə səhnədən gedir? - Açıqlama

Əməkdar artist Firuzə İbadova duet ortağı, Əməkdar artist Cavanşir Məmmədovun ölümündən sonra səhnəni tərk etməsi haqda yayılan xəbərlərə münasibət bildirib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək xəbərin təhrif olunduğunu bildirib:. "Firuzə İbadova Cavanşir Məmmədov üçü

24.04.2024 777
.

Aygün Kazımova onunla 23 il sonra bir arada - Video

Xalq artisti Aygün Kazımova "Şəklimi çək" klipində rol alan aktyor Şamil Muradovla 23 il sonra bir araya gəlib. Axşam.az xəbər verir ki, ölkənin əsas ulduzu məclislərdən birində çıxış edərkən tərəf müqabili də orada yer alıb. Ş.Muradov səhnəyə çıxaraq, Pop kraliça ilə görüşüb və ifa zaman

10:23 4347
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 202
.

"Kaş hamı Cavanşir Məmmədov kimi yaşayardı"

Əməkdar artist Elza Seyidcahan mərhum həmkarı Cavanşir Məmmədovdan danışıb. Axşam.az xəbər verir ki, müğənni "Elgizlə izlə" verilişində ifaçının ölümündən danışıb. "Ölüm haqdır. Bilə bilmərik ki, kim harada öləcək. Kimə torpaq qismət olacaq, ya yox. Heç kim bilmir necə öləcək. Allahı

15:16 291
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 484
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 17