Şiə məscidinə hücum: 19 ölü

Şiə məscidinə hücum: 19 ölü

Pakistanın Pişəvər şəhərində şiə məscidinə silahlı hücum təşkil edilib. Anadolu Agentliyi xəbər verir ki, Hayber-Pakthukva əyalət informasiya naziri Müştaq Qəninin məlumatına görə, cümə namazı əsnasında həyata keçirilən hücumda 19 nəfər ölüb, 50 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, hücum edən şəxslər şiə məscidinə polis forması ilə girərək məscid növbətçilərinin üzərinə əl bombaları atıblar. Daha sonra fərq qoymadan hamıya atəş açmağa başlayan terrorçulardan biri isə təsadüfən özünü partladıb. Hazırda məscidin içindəki terrorçularla hadisədən dərhal sonra hadisə yerinə gələn təhlükəsizlik qüvvələri arasında qarşıdurma davam edir. Pakistan Baş naziri Navaz Şərif hücumu qınayan açıqlama verib.

axar.az
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 693 Tarix: 08.02.2005
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol