Abdullah ibn Səlam haqqında

Abdullah ibn Səlam haqqındaMənbə: http://zikr.az

Abdullah ibn Səlam Peyğəmbərin səhabəsidir. Peyğəmbər Mədinə şəhərinə hicrət etdikdə Abdullah ibn Səlam onu görən kimi İslam dinini qəbul etmişdir. O, bu haqda xəbər verərək belə demişdir: "Allah Elçisi - sallallahu aleyhi və səlləm - Mədinəyə gələndə insanlar onun yanına getdilər. Belə deyildi: "Allah Elçisi gəldi, Allah Elçisi gəldi, Allah Elçisi gəldi!" Mən də ona baxmaq üçün gəlib insanların arasına girdim. Allah Elçisinin üzünə baxanda onun yalançı adam olmadığını bildim. Onun ilk söylədiyi sözlər bunlar idi: "Ey insanlar, salamı yayın, yoxsullara yemək yedirdin və insanlar gecə yatarkən namaz qılın ki, sala­mat­lıqla Cənnətə girəsiniz". (ət-Tirmizi, 2485).
Abdullah ibn Səlam İslamdan əvvəl yəhudi dininə mənsub idi. O, həmqəbilələri arasında Tövratı ən yaxşı bilən, hörmətli bir şəxs idi. Abdullah ibn Ömər rəvayət edir ki, bir dəfə yəhudilər Peyğəmbərin yanına gəlib içərilərindən bir kişinin bir qadınla zina etdiyini ona xəbər ver­di­lər. Peyğəm­bər onlardan soruşdu: "Tövratdan daşqalağa aid nə bi­lir­si­niz?" Onlar dedilər: "Biz zinakarları hər yerdə biabır edir, üstəlik də şal­laq­la­yırıq." Abdullah ibn Səlam dedi: "Yalan danışdınız! Həqiqətən, Töv­ratda zi­nakar­ları daşqalaq etmək əmr olunmuşdur." Belə olduqda onlar Tövratı gə­tirib (onun bükülü səhifələrini) açdılar, sonra onlardan biri əlini daşqalaq ayə­sinin üstünə qoydu və bu ayədən həm əvvəlki, həm də sonrakı ayələri oxu­du. Abdullah ibn Səlam dedi: "Qaldır əlini!" Adam əlini qaldırdı və ora­da daşqalağa aid ayə oldu­ğunu hamı gördü. Onda onlar dedilər: "Ey Mu­həm­məd, Abdullah düz deyir, bu Kitabda daşqalaq ayəsi vardır." Bun­dan sonra Peyğəmbərin əmri ilə zinakarları daşqalaq etdilər. (əl-Buxari, 3635).
Abdullah ibn Səlam hələ sağlığında ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, Abdullah ibn Səlam demişdir: "Peyğəmbərin zama­nında mən bir yuxu gördüm və bu yuxunu ona danışdım. Yuxuda gördüm ki, bir bağın içindəyəm." (Abdulla ibn Səlam) bağın geniş və yaşıl oldu­ğunu vəsf etdikdən sonra dedi: "Bağın ortasında aşağı tərəfi yerdə olan, yuxarı tə­rə­fi isə göyə çatan bir dəmir dirək, dirəyin də başında bir tutqac var idi. Kim­sə mənə dedi: "Çıx yuxarı!" Dedim: "Bacarmaram!" Bu vaxt yanıma bir xid­mət­çi gəlib arxa tərəfdən mənim pal­tarımın ətəyini qaldırdı və mən dirəyə çıx­mağa başladım. Haçandan-haçana dirəyin başına çatıb tutqacdan ya­pış­dım. Yenə kimsə mənə: "Tutqacdan möhkəm yapış!"- dedi və mən yu­xu­dan oyandım. Baxdım ki, həmin tutqac əlimdə qalmışdır. Mən bu hadisəni Peyğəmbərə danışdım. Peyğəmbər buyurdu: "Gördüyün o bağ – İslam dinidir, dirək – İslamın dirəyidir, tutqac – ən etibarlı dəstəkdir, bu da o de­mək­dir ki, sən son nəfəsinə qədər müsəlman kimi qalacaqsan." (əl-Buxari, 3813).
Həmçinin, Səd ibn Əbu Vəqqas demişdir: "Mən Peyğəmbərin Ab­dullah ibn Səlamdan başqa yer üzündə gəzən heç bir kimsəyə: "O, Cən­nət əhlindən­dir!"– dediyini eşitməmişəm. Onun barəsində bu ayə nazil ol­muş­­dur: "De: "Bir deyin görək, əgər bu Qu­ran Allah tərəfin­dən­dirsə və siz də onu inkar etmi­si­nizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şa­hidlik edib iman gətiribsə, siz isə tə­kəbbür göstər­misi­nizsə, zülm et­miş olmazsınızmı? Allah zalım­ları doğru yola yönəlt­məz!" (əl-Əhqaf, surəsi, 10) (əl-Buxari, 3812).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1879   Tarix: 10 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

"Təzəpir" məscidində bayram namazı qılındı

"Təzəpir" məscidində bayram namazı qılınıbBakıda Qurban bayramı namazı qılınıb. "Report"a istinadən xəbər verir ki, Bakının "Təzəpir" məscidində icra olunan dini ayin Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə keçirilib. Namazd

21.07.2021 1701
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Ramazanın 28-ci günü: Dua, imsak və iftar vaxtı - FOTO

Sabah Ramazan ayının 28-ci günüdür. xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 11-də imsak vaxtı saat 03:44-də, iftar vaxtı isə 20:01-dədir. Mayın 11-i üçün namaz vaxtları:. Sübh azanı 03:54. Zöhr azanı 12:37. Əsr azanı 17:38. Məğrib azanı 20:01. İşa azan

10.05.2021 4070
.

Qəbiristanlığı ziyarət edib qayıdandan sonra evə girməzdən əvvəl əllərin yuyulmasının dinlə əlaqəsi varmı?

Dinimzidə qəbir ziyarətinə getmək, dəfn mərasiminə qatılmaq təkid edilən və bəyənilən əməllərdən sayılır. Çünki bunlar ölümü insana xatırladır və onun öz əməllərinə görə məsuliyyətini artırır. Qəbir ziyarətindən qayıdandan sonra hər hansı ayini yerinə yetirməyə ehtiyac yoxdur. Qəbristanlıqdan qayıtdıqda

04.10.2020 6516
.

Aya Sofya 86 ildən sonra ibadətə açıldı

Türkiyənin İstanbul şəhərində yerləşən Aya Sofya məbədi bu gündən ibadətə açılıb. Aya Sofyada 86 ildən sonra cümə namazı qılınacaq. İbadət zamanı məbəddəki rəsmlərin üzəri örtüləcək. Yerli və əcnəbi turistlərin ziyarəti zamanı isə məbəddəki rəsmlərin üzəri açılacaq. Xatırladaq ki, Türkiyə məhkəməsi İstanbuldak

24.07.2020 3182
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062