Yunan Roma güləşçilərimiz dünya reytinqində

Yunan Roma güləşçilərimiz dünya reytinqində

Reytinq siyahısına 11 pəhləvanımızın adı daxil edilib.

Dünya Güləş Birliyi (DGB) 2015-ci il yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yunan-Roma güləşi üzrə reytinq siyahısına 11 pəhləvanımızın adı daxil edilib.

Ötən ayın reytinqində ilk onluqda qərarlaşan güləşçilərimizin mövqeyində dəyişiklik baş verməyib. İlk iyirmiliyə isə yeni 4 güləşçimizin adı əlavə edilib. Ən yaxşı göstərici dünya çempionatının gümüş mükafatını qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev (71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıblar. Dünya çempionatını beşinci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə reytinqdə 7-ci pillədədir.

Siyahıda digər güləşçilərimizdən Taleh Məmmədov (16-cı), Murad Məmmədov (19-cu, hər ikisi 59 kq), Kamran Məmmədov (13-cü, 66 kq), Rafiq Hüseynov (11-ci, 75 kq), İslam Abbasov (13-cü, 85 kq), Orxan Nuriyev (18-ci, 98 kq) və Sabah Şəriəti (16-cı, 130 kq) yer alıblar.

oxu.az
f Paylaş
Bölmə: İdman Oxunub: 2475 Tarix: 08.02.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
ipekmelek
ipekmelek 08.02.2015
XƏBƏRƏ GÖRƏ TƏŞƏKKÜRLƏR
BÜTÜN BİG.AZ ƏHLİNİN NOVRUZ BAYRAMI MÜBARƏK OLSUN.BİRLİKDƏ NEÇƏ BELƏ İLLƏRƏ ÇIXAQ!!!

 
Anonim2015
Anonim2015 08.02.2015
Gules en cox sevdiyim idman novlerinden biridir.Tesekkurler muellife.
Diqqət! Bu linki görmək üçün siz saytda üzv olmalısınız. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmək hüququnu qazanın.


 
Tural_TT
Tural_TT 08.02.2015
lap yaxşı...
Pulunla Şərəf Qazanma, Şərəfinlə Pul Qazanki, Pulun Qurtaranda Şərəfin Qurtarmasın...







 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 08.02.2015
LAP YAXŞI.
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram