Ərəblərdən Qvardiolaya şok təklif

Ərəblərdən Qvardiolaya şok təklif

"Bavariya"nın baş məşqçisinə ərəblərdən şok təklif.

Xosep Qvardiolaya Qətər yığmasına rəhbərlik etmək təklif edilib.

İddiaya görə, ona 2022-ci ildə Qətərdə keçiriləcək FİFA dünya kubokunda milli ilə çalışmaq təklif olunub.

Almaniyanın "Bild" qəzetinin məlumatına görə, Qvardiola 2011 və 2012-ci illərdə də Qətərdən təklif alıb. Lakin o "Barselona"dakı vəzifəsindən ayrılmamışdı.

Onun komandasının Dohada keçirilən təlim məşqi zamanı Qətər həndbol komandasının baş məşqçisi olan yaxın dostu Rivera Lopezlə görüşməsi və 2022-ci il Dünya kuboku haqqında fikir mübadiləsi aparması bu iddiaları gücləndirib.

Qeyd edək ki, Quardiola fəal futbol kariyerasının son illərində - 2003- 2005-ci illərdə Qətərin "El-Ahli" klubunda top qovub. Onun "Bavariya" ilə müqaviləsi 2015-2016-cı il mövsümünün sonunda bitəcək.

anspress.com
f Paylaş
Bölmə: İdman Oxunub: 1486 Tarix: 06.02.2015
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Anonim2015
Anonim2015 06.02.2015
Tesekkurler
Diqqət! Bu linki görmək üçün siz saytda üzv olmalısınız. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmək hüququnu qazanın.


 
Seidexanim
Seidexanim 06.02.2015
Xəbərə GÖRƏ Təşəkkürlər!!
Allah səni azad yaradıb, heç kimə kölə olma


 
_K_O_N_K_R_E_T_
_K_O_N_K_R_E_T_ 06.02.2015
"Xəbərə" "Görə" "TəşəkkürLər"
Sənli dünyada sənsizəm



Nə yazsa sevgidən yazır
Dostlarım üçün çox darıxıram