Bakıda satıcı qızlar mağaza müdirini döydü

Bakıda satıcı qızlar mağaza müdirini döydü

Hadisə paytaxtın mərkəzindəki mağazalardan birində baş verib

Bakıda mağaza sahibi satıcılarından polisə şikayət edib.

Məlumata görə, ərizə ilə 9-cu Polis Bölməsinə müraciət edən Türkiyə Respublikası vətəndaşı, 1983-cü il təvəllüdlü Göküş Neslihan Yaşar qızı bildirib ki, sahibi olduğu mağazanın satıcıları ona qarşı xuliqanlıq edib. Şikayətçi qeyd edib ki, Rəsulzadə küçəsi 5 ünvanında yerləşən "Bambi" ayaqqabı mağazasının müdiridir. Bir neçə gün əvvəl mağazada onunla satıcıları – 1992-ci il təvəllüdlü Teymurova Mətanət Ədalət qızı və 1991-ci il təvəllüdlü Əhmədova Nigar Vidadi qızı arasında narazılıq yaranıb. Bu zaman hər iki satıcı mağaza müdirini döyüblər. Şikayətçinin sözlərinə görə, satıcılar piştaxtaları sındıraraq ayaqqabıları yerə dağıdıblar.

N.Göküşun polisə müraciətindən sonra qarşı tərəf də bölməyə ərizə yazaraq oxşar məzmunlu şikayət ediblər.

Hər iki müraciət əsasında zəruri araşdırmalar aparılır.

aöa.az
loading...
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 760 Tarix: 06.02.2007
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Darya
Darya 12.01.2016
Tesekkurler


 
VAHID_ALXANLI
VAHID_ALXANLI 04.01.2016
TSK


 
VAHID_ALXANLI
VAHID_ALXANLI 03.01.2016
HALALDI


 
Spesnaz
Spesnaz 31.10.2015
Xebere göre tsk


 
Anonim2015
Anonim2015 02.02.2015
Tesekkurler
Diqqət! Bu linki görmək üçün siz saytda üzv olmalısınız. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmək hüququnu qazanın.