Məhəmməd Əmin Rəsulzadə Ensiklopedıyasının təqdimat mərasimi kecirilib

Məhəmməd Əmin Rəsulzadə Ensiklopedıyasının təqdimat mərasimi kecirilib

Moskvada tanınmısh tədqiqatcı-alim, tarix elmləri doktoru Nəsiman Yaqublunun rus dilində "Məhəmməd Əmin Rəsulzadə" Ensiklopediyası nəşr edilib. Ensiklopediya Rusiyanın "Maska" nəşriyyatı tərəfindən cap olunub.

Bu münasibətlə Moskvadakı "Umumrusiya Azərbaycanlıları Konqresi"nin binasında təqdimat mərasimi kecirilib. Tədbirdə 100 nəfərə qədər Rusiya və Rusiyada yaşayan Azərbaycan ictimaiyyətinin numayəndələri, alimlər, tədqiqatcılar və media mənsublari iştirak ediblər.

Tədbiri ilk olaraq, Moskvadakı "Məmməd Əmin Rəsulzadə" Məclisinin sədri Fizuli Fərəcov acaraq, ensiklopediyanin rus dilində nəşrinin əhəmiyyətindən və Rusiya ictimaiyyəti ucun vacibliyindən danışıb.

Bundan sonra ensiklopediyanın müəllifi N.Yaqublu cıxış edərək, kitabın nəşrinə dəstək olan F.Fərəcova, "M.Ə.Rəsulzadə Məclisi"nin təmsilcilərinə və təqdimata şərait yaratmış konqresin sədri İ.Hacıyevə təşəkkurlərini bildirib.

Rusiyalı alimlər - Rudolf İvanov, Vyaceslav Şvetsov, Moskvada yaşayan azərbaycanlı alimlərdən tarix elmləri doktoru Əşrəf Hüseynov, professor Zahid Qocayev, filologiya elmləri doktoru, Rusiya Xarici Dillər Universitetinin müəllimi Bella xanım, tanınmış ziyalılardan Abuzər Ba­ğırov, huquq elmləri namizədi Oktay Hüseynov, şair Nəsib Nəbioglu və Rusiyadakı Azərbaycan səfirliyininm müşaviri Aqşin müəllim cıxış edərək, ensiklopediyanın rus dilində nəşrinin əhəmiyyətindən danışıblar.

musavat.com
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 670 Tarix: 06.02.2006
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
VAHID_ALXANLI
VAHID_ALXANLI 04.01.2016
LAP YAXSI


 
Anonim2015
Anonim2015 02.02.2015
Tesekkurler
Diqqət! Bu linki görmək üçün siz saytda üzv olmalısınız. Xahiş edirik qeydiyyatdan keçin və saytın bütün bölmələrini görmək hüququnu qazanın.