Su qiymətinə danışıq

Su qiymətinə danışıqNazirin iradından sonra mobil telefon tarifləri nəhayət ki aşağı salınır

"Mobil telefonla bir operatordan digərinə zəng etmək çox baha başa gəlir. Heç 5 dəqiqə danışmamış azı 40-50 qəpik çıxılır. Danışıq tarifləri həddən artıq yüksəkdir. Həmçinin tez-tez danışıq zamanı əlaqə kəsilir. Danışmaq üçün pul ödəyirsən, amma telefonla bir kəlmə sözünü rahat deyə bilmirsən".

Bunu oxucumuz Tural Məmmədov söyləyib. Gənc oğlan mobil rabitə operatorların xidmətlərindən gileylənir. Tural deyir ki, bir operatordan başqa operatora zəng etmək üçün ən azı balansınızda 1-2 manat olmalıdır ki, sözünü qarşı tərəfə çatdırıb deyə biləsən. Digər bir problemin isə texniki məsələrlə bağlı olduğunu deyən gənc xidmət keyfiyyətinin aşağı olduğunu söyləyir.

Bu gün Tural kimi mobil rabitə operatorlarının xidmətindən narazı qalanların sayı isə az deyil. Narazılar dəstəsində ön cərgələrdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) də var. Nazirlik dəfələrlə mobil rabitə operatorlarına xəbərdarlıq etsə də, hələlik heç bir nəticə əldə edilməyib. Artıq bu problemlərdən çıxış yolu kimi müəyyən mexanizmlərdən istifadə ediləcək. RYTN-dən bildirilir ki, yaxın zamanda mobil rabitə operatorları vahid arabağlantı tariflərinə keçəcək. Yəni bir operatordan digərinə zəng edərkən vahid qiymətdən istifadə olunacaq. Bununla bağlı artıq mobil rabitə operatorları ilə ümumi razılaşma da əldə edilib.

Mütəxəssislər isə bu cür tariflərinin tətbiq edilməsinin bazarda rəqabətin balanslaşdırılmasına imkan verəcəyini söyləyirlər. Ekspertlərin fikrincə, yeni arabağlantı qiymətləri daha aşağı olduğu üçün mobil rabitə operatorları daha aşağı qiymətlə xidmət göstərə biləcəklər. Qonşu ölkələrdə danışıq tariflərinin bizdəkindən dəfələrlə ucuz olduğunu deyən mütəxəssislər taariflərin azaldılmasının vacib olduğunu söyləyirlər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) tezliklə ölkədə fəaliyyət göstərən mobil rabitə operatorlarının fəaliyyətinin keyfiyyətinin yoxlanılmasına başlayacaq. Bu yoxlamalara əsasən, danışıqlar zamanı kəsilmələr və rouminq xidmətinin keyfiyyətinin yüksəldilməsi məsələlərinə diqqət yetiriləcək. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq addımlar atılacaq.

Nazirlikdən bildirilir ki, yaxın vaxtlarda monitorinqlərə başlanılacaq. Bu monitorinq beynəlxalq standartlar səviyyəsində aparılacaq. Nazirlik mobil operatorlarının fəaliyyətində nöqsanlar aşkarlayacağı təqdirdə Azərbaycan qanunvericiliyinə uyğun olaraq cərimələr tətbiq edəcək. RYTN mobil operatorlara lisenziyalar verən və yeni imkanlar yaradan tənzimləyici orqan kimi aşkar olunan nöqsanları nəzərə alacaq.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1728   Tarix: 01 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Baş verənlər bəzilərinin tamahı ilə bacarığının eyni olmadığını göstərdi"

Rusiya və Ukrayna arasında davam edən müharibə beynəlxalq münasibətlərə ağır zərbə vurdu. Artıq dövlətlər münaqişəli məsələləri güc yolu ilə həll etməyə üstünlük verir. İran-ABŞ, İsrail arasında yaranan gərginlik isə region üçün yeni təhlükəyə çevrilib. Maraqlıdır, növbəti mərhələdə proseslər necə cərəya

16.04.2024 0
.

Bu il keçid balları arta bilər?

Ötən gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə 3 mart 2024-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub. İmtahan iştirakçıları arasında 14 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Yüksək nəticə göstərənlərin sayı da çoxluq təşkil edib. Qeyd edək ki, son illərd

16.04.2024 0
.

"O gəlin gedəndə fikirdən sarılıq olmuşdum"

Müğənni Mətanət Əsədova "7 Tamam" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, proqram zamanı verilişə sənətçinin bacısı Səfayə xanım zəng edib. Müğənni onunla bağlı maraqlı məqamlara toxunub:. "Ən böyük bacım Səfayə xanım 5 yaşım olanda ailə qurub. O gəlin gedəndə mən fikirdən sarılı

16.04.2024 493
.

İsrail ordusu İordan çayının qərb sahilində evlərə basqın ediblər-VİDEO

İsrail ordusu səhər saatlarında işğal altındakı İordan çayının qərb sahilinin bəzi şəhər və qəsəbələrinə basqın edib. BİG.AZ xəbər verir ki, həmin ərazidə çoxlu sayda fələstinlini həbs edilib. İsrail işğalçıları aprelin 12-dən İordan çayının qərb sahilindəki Muğayyir kəndində də evləri və torpaqlar

16.04.2024 0
.

"Ağsaqqal" donor axtarır

"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var". Axşam.az xəbər verir ki, bu sözlər

16.04.2024 516
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16.04.2024 239
.

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

Xəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır. "Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər. "Arzusu Bak

16.04.2024 0
.

"Valideynlərim 3 il məni heç kimə göstərməyiblər"

"Bildiyimiz bəd nəzər var. Hər evə girəndə uşaqların başına üzərlik yandırmaq məsələsi də var. Mən dünyaya gələndə valideynlərim 3 il məni heç kimə göstərməyiblər". Axşam.az xəbər verir ki, bu sözləri müğənni Elnur Məmmədov "Qonaqcanlı" verilişində deyib. Sənətçi sosial şəbkədə paylaşdığ

16.04.2024 321
.

Dünyanın ilk "ətir"saatı təqdim olundu

"Vacheron Constant"in dünyanın ilk "ətir" saatını təqdim edib. xarici mediaya istinadən xəbər verir ki, bu, İsveçrənin saat şirkəti, Parisli "Yiqing Yin" və "Paco Rabanne"dən Lady Million kimi məşhur ətirlərin müəllifi və tanınmış parfümer Dominik Ropionun əməkdaşlığ

16.04.2024 0