Bunlar doğru imiş

Bunlar doğru imiş1. Hirsli sürücü daha çox yanacaq sərf edər.
Bu, uşaq vaxtı valideynlərimizin və müəllimlərimizin bizə təlqin etdiyi boş söhbətlərə çox oxşayır. Müəyyən vaxta qədər ağlımıza batsa da, amma sonralar, yəni, yaşımız artanda anlayırıq ki, bu bizi yalnız səfeh və zərərli vərdişlərdən qorumaq üçün uydurulmuş tam bir cəfəngiyyatdı.Amma yanacaq məsələsi onlardan deyil. Şaiyəqıranlar sakit sürücü və cürbəcür qıcıqlandırıcı, narahatçılıqlarla özündən çıxarılmış sürücünün yanacaq sərfiyyatını (digər şərtlər sabit olmaqla) müqayisə etmişlər. Şaiyənin 100% doğru olduğu təsdiq olundu.

2. Şillə insanın şüurunu aydınlatmağa kömək edir.
İsterikayla çırpınan kinoqəhrəmanın necə yaxşı, bərk şapalaqla özünə gətirdiklərini hamı görüb. Amma bizim kimi ağıllı, sağlamdüşüncəli adamlar əlbəttə ki, kinoda gördüklərimizə inanmarıq.
Hər halda, təcrübə göstərib ki, sərt zərbə zehni qabiliyyəti yaxşılaşdırır və aydın zəkanı bərpa edir. Ümid edirik ki, bu faktı üzrlü bəhanə kimi vurmada istifadə eləmək heç kəsin ağlına gəlməz.

3. Söyüş ağrıya dözümü artırır.
Yaxşı ki, "pis sözləri" deyən Kerinin ağzını görməmək üçün örtmüşdülər. Təəssüf ki, sizə onların məzmununu deyə bilmərik. Amma əmin olun, var gücünüzlə "aay, bu necə də xoş deyil!" qışqırmaqla lazımi effekti almaq olmur. Adi qışqırıq da bir işə yaramır… Odur ki, bu şaiyə təkcə "şiddətli ifadə" həvəskarlarının asan bəraəti deyil. Artıq bu təcrübədə özünü doğruldub.

4. Qorxudan ayaqlar soyuyur.
Burda da həqiqət payı var. Bunu sübut eləmək üçün Tori, Qrant və Keri öz kabusları ilə üz-üzə durmaq məcburiyyətində qaldılar. Qrant və Kerinin ayaqlarının temperaturu hiss olunacaq qədər aşağı düşdü, amma bu təcrübədə Toridə heç bir nəticə vermədi. Belə ki, şaiyə "inandırıcı" kateqoriyasına aid edildi.

5. Fillər siçandan qorxur.
Bu şaiyənin sayəsində bu məqalə yarandı. Buna heç inana bilmirdik! Bu — dovşanların ovçuları dəhşətli dərəcədə qorxutmağına bərabər sayılır. Amma yenə də, bu nə qədər absurd səslənsə də, heybətli heyvan xırda, zərərsiz gəmiricidən mümkün qədər uzaq durmağa çalışır. Düzdü, fillər isterikaya düşməsərlər də, arxa ayaqları üstdə tullanmasalar da və "Ay aman, kömək eliyin!" qışqırmasalar da onların siçana diqqət yetirmələri faktı inanılmazdı.

6. Ultrasəsli hərəkət sensorunu ağ mələfənin köməyi ilə aldatmaq olar.
Yəni, mühafizə avadanlığını öz qarşımızda mələfə tutmaqla ötüb keçə bilərik. Adi mələfə ultrasəsli hərəkət sensorunun buraxdığı səs dalğalarını udmaq qabiliyyətinə malikdi. Hər ehtimala qarşı məsləhətdi ki, mələfədə gözlər üçün iki deşik açasınız.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2142   Tarix: 01 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

13.09.2021 1024
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

İtkin düşən 10 yaşlı qız pedofilin evində tapıdı - VİDEO

Rusiyanın Sankt-Peterburq şəhərində polis on yaşlı qızı pedofildən xilas edib. -a istinadən xəbər verir ki, məlumata görə, sentyabrın 9 -da axşam saatlarında məktəbli qızın atası Leninqrad vilayətinin polisə müraciət edərək, qızının dərsdən sonra evə qayıtmadığını bildirib. Polis itkin düşən məktəblini

13.09.2021 2197