Azərbaycan mənim də vətənimdir - FOTO

Yuliya Ratkeviç Azərbaycan Respublikasının milliləşdirilmiş güləşçisidir. Yunan-Roma üzrə güləş yığmasının üzvüdür.

O da İlk Avropa Oyunlarında ölkəmizi layiqli şəkildə təmsil etmək üçün hazırlaşır. Əsas məqsədi mötəbər yarışda Azərbaycana medal qazandırmaqdır.

Artıq 2007-ci ildən ölkəmizin bayrağı altında döşək üzərinə çıxan Yuliya Avropa və dünya çempionatlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. London yay Olimpiadasında da bürünc mükafat qazanıb.

Belarus əsilli təmsilçimiz müsahibəsində zədəsindən, məşqlərindən və Azərbaycanı çox sevməsindən danışıb:

Azərbaycan mənim də vətənimdir - FOTO- Məşqlərin necə gedir?
- Yeni ilin əvvəlindən yüngül məşqlərə başlamışıq. Getdikcə yüklənmələr artacaq. Bilirsiz ki, bizi çətin sınaq gözləyir. Bir çox beynəlxalq turnirlərdə özümüzü sınayacağıq. Bundan sonra ən mötəbər turnir olan İlk Avropa Oyunlarında və dünya çempionatında qələbə qazanmaq üçün güləşəcəyik.

- Qolundakı zədən necədir?
- Artıq sağalır. I Avropa Oyunlarına qədər daha yaxşı olacaq.

Azərbaycan mənim də vətənimdir - FOTO- I Avropa Oyunlarından söz düşmüşkən, bir medal da səndən gözləyə bilərikmi?
- Bakı 2015-də yığmanın heyətində bir medalı da mən qazanmaq istəyirəm. Buna görə də davamlı məşqlər edirik.

- Keçən il sənin üçün bir o qədər uğurlu olmadı deyə bilərik...
- Düz deyirsiz. Keçən il mənim üçün çox ağır keçmişdi. Yəni zədələrim oldu - başım silkələnmişdi, burnum sınmışdı. Bu il özümü qoruyuram. Allah qoysa, qarşıdakı turnirlərdə də zədə almayıb özümü Avropa Oyunlarına qədər qorumaq fikrindəyəm. İndi Şükür Allaha yaxşıyam.

Azərbaycan mənim də vətənimdir - FOTO- Azərbaycana uyğunlaşa bilmisən? Ölkəmizlə bağlı düşüncələrin necədir?
- Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. Çünki bura mənim ikinci vətənimdir. Həmişə istəyirəm ki, Azərbaycanın bayrağını qaldırım, qələbələr bəxş edə bilim.

- Sənə qarşı münasibət necədir?
- 2007-ci ildən burdayam. Mən Azərbaycanda yaşayıram, ailəm burdadır - Oğlum, yoldaşım... Övladımın adı da Teymurdur. Mən də demək olar ki, azərbaycanlıyam (gülür).

Azərbaycan mənim də vətənimdir - FOTO- Yoldaşım azərbaycanlıdır dedin. O da güləşçidir?
- Xeyr başqa sahədə çalışır.

- Bəs Azərbaycan dilində bilirsizmi?
- Bir az bilirəm (gülür).

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2925   Tarix: 01 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

DƏHŞƏTLİ HADİSƏ: hamburgerdən insan barmağı çıxdı

Bolivyanın Santa Cruz de la Sierra şəhərində Estefany Benitezin adlı şəxsin yediyi hamburgerin içindən insan barmağı çıxıb. Bildirilib ki, o, dərhal istehsalçıya şikayət edib. Amma onunla heç kim maraqlanmayıb. Hadisə ilə bağlı öncə "Facebook"da, sonra beynəlxalq mətbuata açıqlayan gənc başın

15.09.2021 1292
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168