Mən sənə ilk baxışdan aşiq oldum

Mən sənə ilk baxışdan aşiq oldumYazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Mən sənə ilk baxışdan aşiq oldum..." adlı şeiri oxucuların ixtiyarına veririk.

Mən sənə ilk baxışdan
aşiq oldum, ay sənəm.
Saçların, dodaqların,
baxışların bir aləm.
Mən sənə ilk baxışdan
Vuruldum...
İnan ki, sən,
Başqa cürə vurulmaq
Mümkün deyil, biləsən.

Mən sənə bərk vuruldum!
"Nə üçün, nəyə görə?" –
bu cür yersiz suallar
qoy gəlməsin dilinə...
Mən sənə aşiq oldum
ilk baxış, ilk görüşdən.
Bəlkə ilk baxışlardır,
Məhəbbətə güc verən?!

İstəyirsən, sus, dayan
ya da bağır –
duymaram.
Bircə, dodaqlarının
tərpənişi görünər...
Mən özümü heç sənsiz
təsəvvür eləmərəm...
Tanrıya və sevgiyə
Təkinanclı bəndəyəm...

Olsun ki, öncələr də
vurulmuşam. – Nə olsun?
İndi aşiq olmuşam,
dərd-qəmi unutmuşam,
Günün günorta çağı
Ayın əsarətindən
qurtulan Gün olmuşam...

İstərsən ağla-sızla,
mən də sənlə ağlaram.
Gülmək istəsən əgər
Yalnız və yalnız mənlə
şənlənib, gülməlisən..!
Mən sevgi şərabını
içib xumar olmuşam.
Qaranlıqdan həzz alan
Ay təki parlayıram.

Sənin incə əllərin... –
bütün bu Yer üzünün
ən gözəl əlləridir...
O əllər bir əlacdır
darıxanda, qəlbimə.
Divara çökən kölgən,
sanki bir ikonadır –
Baxıram, hey baxıram,
doymuram itaətdən...

Tanrıdan tək istəyim
Bircə bilsəydin nədir? –
Deyirəm, qüvvət versin,
səni heç itirməyim!
Ruhum sevgi doludur –
nəfəs alır, yaşayır...
Ürək təlaşa gəlir, –
Yenə, yenə də sevda
qəza tək başa gəlir...

Mən sənə vurulmuşam
sən ki, bunu bilirsən...
amma sən bilməyirsən
gücünü bu sevginin...
Məni gündə yüz kərə
öldürüb, dirildirsən.
Yalnız sənin yanında
Acizləşir ölüm də...

Ölərəmsə, qoy ölüm -
dizlərinin üstündə..!
Yalnız bu cürə ölüm –
diləyirəm özümə!..
Qanımla yazacağam
bunları divarlara,
Yanında olmayanda,
Oxuyasan tək-tənha...

Mən sənə ilk baxışdan
vuruldum, aşiq oldum..!
Elə o an kor oldum,
həmişəlik – ömürlük..!
Əgər istəyirsənsə
Yaşa mənsiz, nə deyim?..
Amma ki, o dünyada,
qayıt yanıma, gülüm.
Təkcə budur istəyim,
yalnız budur ümidim...


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3749   Tarix: 01 fevral 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"WhatsApp"da yeni funksiya

Məşhur "WhatsApp" mesencerinin istifadəçiləri "Instagram"da statusların surətini çıxarmağa imkan verən yeni funksiyadan istifadə edə biləcəklər. Ekspertlər bildiriblər ki, servis tərtibatçıları "Instagram"la "WhatsApp" uyğunluğunu aktiv şəkildə tətbiq edirlər

14.04.2024 277
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 439
.

2024-cü ilin ilk Günəş tutulması hansı gün olacaq?

2024-cü ilin ilk tam Günəş tutulması aprelin 8-də olacaq və ABŞ-nin 13 ştatında yüzlərlə şəhər və kiçik qəsəbədən görünəcək. Tutulma Meksika, ABŞ və Kanadanın bəzi bölgələrində təxminən 186 kilometr enində bir traektoriya üzrə keçəcək. Günəş tutulmasına şahid olmaq istəyən çox sayda insan tutulmanı

07.04.2024 743
.

Kanadadan piyada keçidlərindən rahat keçmək üçün kərpicli həll - VİDEO

Kanadada piyada keçidlərinin yanında kərpic qutular quraşdırılıb. Bunun maraqlı səbəbi var. Belə ki, kərpiclərdən avtomobillərin dayanmasını təmin etmək üçün istifadə olunur. Yolu keçərkən onları əlinizdə tutmaq kifayətdir. Bu, işıqfor olmayan piyada zolağından keçərkən kömək edir. Əslində, kərpic polistiro

07.04.2024 329
.

Davamlı gecə yuxusunun inanılmaz FAYDALARI

Davamlı gecə yuxusu təkcə rifahınıza deyil, həm də özünüqavramanıza da faydalı təsir göstərir. Bununla bağlı aparılan araşdırmanın nəticələri "Proceedings of the Royal Society" jurnalında dərc olunub. İsveçin Karolinska İnstitutunun alimləri Leoni Balter və Con Akselsson həyata keçirdiklər

06.04.2024 455
.

Oxumaq, yoxsa dinləmək? - Hansı daha faydalıdır?

Belə bir fikir var ki, oxumaq dinləməkdən daha faydalıdır. Amma əhalinin bir hissəsi kitab oxumaqla onu dinləmək arasında fərq görmür. -ın xarici mediaya istinadən xəbərinə görə, Kaliforniya Universitetinin tədqiqatçıları bu məsələni araşdırıblar. Araşdırmaya görə, dinləmək insanı real vaxtda anlam

14.04.2024 238
.

Bəşəriyyət 2029-cu ildə sutkadan bir əlavə saniyəni çıxarmalı olacaq

ABŞ-li geofizik Dunkan Eqnyu sübut edib ki, Yerin nüvəsinin fırlanmasının yavaşlaması, Antarktika və Qrenlandiya buzlaqlarının əriməsi səbəbindən 2029-cu ildə bəşəriyyət günün davamlılığını 30 iyun və ya 31 dekabrda bir saniyə artırmaq əvəzinə, qısaltmalı olacaq. "1972-ci ildən bəri UTC (Koordinasiy

07.04.2024 287
.

Niderlandlı həkimlər 28 yaşlı qızın həyatdan evtanaziya yolu ilə vidalaşmasına icazə veriblər

Niderlandda 28 yaşlı qız evtanaziya yolu ilə həyatdan könüllü olaraq vidalaşmaq istəyi ilə tibb müəssisəsinə müraciət edib. Bildirilir ki, qız uzun müddət depressiya və psixi pozğunluqdan əziyyət çəkib. Onu müalicə edən həkim bildirib ki, tibb sözügedən problemlərin qarşısında acizdir. Bundan sonra həki

07.04.2024 906
.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

07.04.2024 837