Halal kolbasa qalmaqalı yenidən gündəmdə - AÇIQLAMA

Halal kolbasa qalmaqalı yenidən gündəmdə - AÇIQLAMAHalal sertifikatı ilə istehsal olunan kolbasa və sosislərin bəzilərinin etiketi üzərində "Qafqaz Müsəlmanları İdarəsi təminat verir" ifadəsi əks olunub. QMİ-nin bu təminatı nəyin əsasında verməsi məsələsi maraq doğurur.

Məsələ ilə bağlı qeyd edilən qurumla əlaqə yaratmağa çalışsa da, idarə yetkililəri bu barədə münasibət bildirməkdən boyun qaçırdılar.

Dini ekspert Elşad Mirinin sözlərinə görə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bir müddət öncə bəyanat vermişdi ki, halallıq məsələsini, onlardan başqa, heç kimin vermək səlahiyyəti yoxdur: "Sadəcə olaraq, Qafqaz Müsəlmanları İdarəsi deyirdi ki, bu, dini bir məsələdir. Dini məsələdirsə, halallıq təminatını biz verməliyik. Məsələn, İsraildə bu işi qazilər həyata keçirirlər. Onlar halallığa təminat verərkən, heyvanların bütün otlama, yemləmə prosesinə, kəsiminə və kolbasa istehsalına qədər nəzarət edirlər. Yəni onlarda bu işlə məşğul olan xüsusi bir qurum var. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin nə belə qurumu, nə də mütəxəssisləri var. Bəzi müəssisələrdə halalla yanaşı, haram kolbasalar da istehsal olunur. Bu da insanlar arasında çaşqınlıq yaradır. İnsanlarımızın bu məhsulları istehsalı açıq yerlərdən almaları məqsədəuyğundur. Bu gün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən verilən halal sertifikatlar adı altında kolbasa və sosislər satışa çıxarılır".

Ekspert deyib ki, Qafqaz Müsəlmanları İdarəsi kolbasa və sosislərin halallıq məsələsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə müəyyən problemlər yaşayır: "Ona görə də susqunluq nümayiş etdirərək o problemlərin gündəmə gəlməsini istəmirlər".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib ki, komitə sertifikatlaşdırma orqanlarına akreditasiya edir: "Bu orqanlar arasında halal məhsulların sertifikatlaşdırəlması ilə məşğul olan bir qurum da var. Bu orqan Azərbaycanda dövlət qeydiyyatında olan milli standartın tələbləri əsasında sertifikatlaşdırma aparmağa borcludur. Biz isə, bütövlükdə, həmin məhsulların keyfiyyətinə və təhlükəsizliyinə, sertifikatların yerlərdə alınmasına nəzarət edirik".

aktual.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 567   Tarix: 05 yanvar 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

12:54 216
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 278
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436
.

Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblər

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən Bakı Şəhəri, Suraxanı rayonu ərazisində keçirilmiş tədbirlər nəticəsində Azərbaycanın aksız markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış, ümumilikdə 2 377 qutu müxtəlif adda xarici markalı siqaretlər aşkar olunara

15:01 0
.

Əməkdar artist vəfat etdi

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktyoru, Əməkdar artist Yuri Omelçenko vəfat edib. Axşam.az xəbər verir ki, bu barədə teatr feysbuk səhifəsində paylaşım edib. Sənətçi 48 yaşında dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb

11:19 379
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 680