Qışda yaranan bel ağrılarını azaldan tövsiyələr

Qışda yaranan bel ağrılarını azaldan tövsiyələrSoyuq hava şəraitinin səbəb olduğu problemlərdən danışarkən, ağlımıza ilk olaraq soyuqdəymə, qrip kimi tənəffüs yollarının infeksiyası gəlir.

Halbuki, soyuğun yol açdığı bir çox başqa problemlər də mövcuddur. Məsələn, artıq təsdiq olunub ki, diqqət etmədiyimiz təqdirdə onurğaların soyuqlaması ciddi bel ağrısına yol açır. Soyuq hava, degenerasiya olmuş (dəyişikliyə uğramış) onurğalarda yırtığa səbəb olur. Beyin və Sinir Cərrahiyyəsi Üzrə Mütəxəssis Dr. İbrahim Sun soyuq havanın onurğa sağlamlığı üçün təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, oynaqlar zamanla müxtəlif səbəblərdən degenerasiyaya məruz qalır. Odur ki, hər kəs az və ya çox dərəcədə soyuğun təsirini hiss edir. Ancaq mütəmadi olaraq məşq etməyən, artıq çəkidən əziyyət çəkən və ya duz yığılması problemi olan insanların onurğaları soyuğa qarşı daha dözümsüz olur. Ona görə də, belimizi soyuq havadan qorumaq çox mühümdür.

Onurğadakı oynaqlar hərəkətsiz həyat tərzi və artıq çəki ilə əlaqədar olaraq dəyişikliyə məruz qalır. Bunun nəticəsində oynaqların ətrafındakı əzələlər ilə əlaqə gərginləşir, daşlaşır (duz yığılır). Oynaqların ətrafındakı əzələlər zəifləyir və boyu qısalır. Oynaq və ətrafındakı bütün bu mənfi dəyişikliklər "degenerasiya" adlanır. Əzələ ilə əlaqələrin gərginləşməsinə yol açan başqa bir amil isə soyuq havadır! Belə ki, soyuq hava nəticəsində əzələ gərginləşəndə beldə ağrılar yaranır. Dr. İbrahim Sun açıqlamasında bildirib ki, soyuqdəymə nəticəsində yaranan ağrının şiddəti insandan insana dəyişir: "Bəzi insanlar belin arxasında yüngül bir ağrıdan şikayət edir, bəziləri isə beli tamamilə tutulduğu üçün heç hərəkət edə bilmir".

Soyuq hava yırtıqlara da zəmin hazırlaya bilər

Soyuq hava onurğada yırtıqlara da səbəb olur. Bu da oynaqlarda əvvəlcədən hər hansı problem olduğu təqdirdə baş verir. Dr. İbrahim Sunun sözlərinə görə, soyuq hava, xüsusilə bel sağlamlığına diqqət etməyən insanların onurğasındakı oynaqlarda əzələ ilə əlaqələrin gərginləşməsinə yol açıb, bel yırtığı ehtimalını artırır. Məsələn, normalda yerdən 5 kq qaldırdıqda, belinizdə heç bir problem olmur. Soyuqdəymə zamanı isə onurğadakı oynaqların ətrafındakı əzələlər gərginləşir, əzələnin boyu qısalır və gücünü itirir. Belə vaxtlarda 5 kilo ağırlığında hər hansı əşyanı götürmək yırtıqlara gətirib çıxarır.

Ağrınız varsa, hərəkət etməyin

Hərəkət etməyin bel ağrısına yaxşı təsir etdiyi və və ağrıları azaltdığı barədə səhv təsəvvür formalaşıb. Əslində isə hərəkət etmək, onurğanın daha da gərginləşməsinə səbəb olur.Ona görə də, beliniz ağrıyanda hərəkət etməkdən çəkinin, həkiminizlə görüşənə qədər dincəlin. Beyin və Sinir Cərrahiyyəsi Üzrə Mütəxəssisi Dr. İbrahim Sun bel ağrısı müalicəsinin dəqiq diaqnozu qoyulduqdan sonra dəyişdiyini bildirib: "Bel ağrısının 95 faizi soyuq hava və belin qaldıra bilmədiyi yük altında qalması kimi mexaniki səbəblərdən qaynaqlanır. Bu hallarda tibbi müalicə və istirahət kifayət edir. Ancaq əzələ yumşaldıcı və ağrı kəsici dərmanlar həkim məsləhəti olmadan qəbul edilməməlidir. Belə dərmanlar mədə-bağırsaq patologiyaları kimi əks təsirlərə yol açır. Ağrıların yerdə qalan 5 faizinin səbəbi isə bel yırtıqları ola bilər. Bel yırtığı və ya kanal darlığı kimi patologiyaların səbəb olduğu ağrıların yeganə çarəsi isə cərrahi müdaxilədir.

Belinizi 8 üsulla soyuqdan qoruyun!

Bir çox adamın əziyyət çəkdiyi bel ağrısına səbəb olan amilləri bu cür sadalamaq olar: ağır əşya daşımaq və həddindən artıq çəki. Əslində qış mövsümündə bir neçə sadə tədbirlə soyuq havadan qaynaqlanan bel ağrısından xilas olmaq mümkündür.

Soyuq havada bayıra çıxdıqda qalın geyinin.

Kondisionerlərinin bilavasitə onurğaya tərəf vurmamasına diqqət edin.

Çox isti mühitdə olduğunuz zaman birdən-birə soyuq mühitə çıxmayın.

Hər gün müntəzəm şəkildə məşqlər edin.

İdman edərkən tərləyirsinzisə, paltarlarınızı tez-tez dəyişin.

Artıq çəkidən azad olun.

Bir saatdan çox oturmayın və ya ayaqda qalmayın.

Ağır yük daşımayın və ya yanınızdakılardan dəstək alın.

tabloid.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2596   Tarix: 31 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571