Fiziki qüsurlu övladları olan ailələrin diqqətinə

Fiziki qüsurlu övladları olan ailələrin diqqətinəUşaq iflici, epilepsiya, beyin travmaları, qəzalar və irsi faktorlar səbəbindən qüsurlu uşağa sahib olan ailələr normal tempdə həyatı davam etdirə bilmirlər. Çünki uşaq baxımının gətirdiyi müəyyən çətinliklər mövcuddur. Bu ailələrdə maddi dəstəklə yanaşı mənəvi dəstək də mütləq şəkildə olmalıdır.

Bir uşağın ailəyə gətirdiyi xoşbəxtlik müzakirə edilməzdir. İnkişaf edib danışmağa, yeriməyə başlayıb ilk vərdişlərini qazandıqca övlad sahibi olmağın gətirdiyi çətinliklər də ortaya çıxmağa başlayır.

Bununla yanaşı qüsurlu uşaqların valideynləri bu gözəllikləri eyni tərzdə və eyni tempdə yaşaya bilmir. Keçirilən qəzalar, xəstəliklər və ya bəzi irsi səbəblərdən dolayı müəyyən qrup uşaqlar üçün inkişaf uzun müddəti əhatə edir.

Autizm, daun sindromu, uşaq iflici, epilepsiya, baş və ya beyin travmaları kimi sağlamlıq problemləri bu uşaqların bir çox funksiyasına mənfi şəkildə təsir edir. Buna görə də qüsurlu şəxsin valideynləri kimi digər yaxın insanlar da problemin gətirdiyi çətinliklərlə qarşılaşırlar. Bəzi qüsurlu uşaqlar bir yerdən başqa yerə getmək, yemək yemək, su içmək kimi adi işlər üçün belə valideynlərinin və ya yaxınlarının qayğı və dəstəyinə möhtacdırlar.

Ailədə qüsurlu fərd olduğu zaman onun dərəcəsinə əsasən ailənin bir üzvü, xüsusən də ananın vaxtının çoxunu uşaqla keçirməsi qənaətinə gətirib çıxarır. Ana müəyyən bir sahə üzrə fəaliyyət göstərirsə, məcburiyyət qarşısında qalaraq işdən uzaqlaşa bilər.

Müalicə və reabilitasiya prosesi bir çox qüsurlu şəxs üçün uzun müddət və əməklə yanaşı müxtəlif sağlamlıq mərkəzlərinə getməyi, bir çox mütəxəssislə görüşüb tibdə və əlaqədar digər elm sahə və tətbiqlərindəki inkişafları təqib etməyi tələb edir. Bunun iqtisadi istiqaməti olduğu qədər fiziki və psixoloji cəhd tələb edən istiqaməti də mövcuddur.

Son illərdə bu mövzuda həm dövlətin, həm də qeyri-hökumət təşkilatlarının dəstəyi artmaqla yanaşı belə ailələrə dəstəklə bağlı müxtəlif maarifləndirici tədbirlər təşkil edilir. Bəzi valideynlər isə qüsurlu uşaqları ilə maraqlanarkən digər övladlarına qarşı qeyri-kafi münasibət bəsləyirlər. Valideynlərin vaxtının çoxunu qüsurlu uşağıyla keçirmək məcburiyyətində olması, sosial həyatdan qopmasına da gətirib çıxara bilər.

Qüsurlu şəxslər və yaxınları, klinik depressiya mövzusunda məlumatlı olmalıdır. Depressiya həm qüsurlu insanın, həm də ailəsinin problemlərini həll etmə bacarıqlarını istifadə etməyə mənfi şəkildə təsir göstərir.

Depressiya reabilitasiya olunan bir problemdir və enerji əskikliyi, dəyərsizlik hissi, bədbəxtlik, maraq və istək çatışmazlığı, ölüm düşüncələri, yuxu və iştahta artım və ya azalma, davamlı ağrılar və təkrarlanan sağlamlıq problemləri, konsentrasiya çətinlikləri kimi şikayətlər artdıqda professional kömək alınmalıdır. Əlil və ailəsində müşahidə olunan posttravmatik stress pozuntusu kimi başqa psixoloji problemlər də var və psixoloji strukturdakı bütün uzun müddət davam edən mənfiliklər eyni şəkildə mütəxəssis dəstəyi tələb edir.

Bir uşağın qüsurlu olması kimi duyğusal travma və ya çətinlik yaradacaq səbəblə qarşılaşan hər kəs psixoloji problem yaşamır. Psixologiyada bu vəziyyət üçün "posttravmatik böyümə", yəni "yetkinləşmə" termini istifadə olunur. Bəzən uşağın və ya qüsurlu adamın problemindən qaynaqlanan "posttravmatik stress pozuntusu" yaşansa da, fiziki qüsuru olan insanın ailəsində daha sonrakı aylar və ya illər ərzində interpersonal münasibətlərdə optimist olma, ailədaxili həmrəylik və yardımlaşma, özgüvən, dini duyğularda artım və s. istiqamətlərdə müsbət bir inkişaf müşahidə edilir.

Fiziki qüsurlu övladları olan ailələr hansı çətinliklərlə qarşı-qarşıya gəlirlər? Psixoloji sağlamlığı daha əvvəl pozulmuş şəxslər bu travmadan daha çox təsirlənir. Qüsurlu uşağın problemi barəsində məlumatlanmamaq da problemin həllinə mənfi şəkildə təsir göstərir. İqtisadi vəziyyətin yaxşı olmaması da təbii olaraq bu problemi aradan qaldırmağı çətinləşdirir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1135   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Toy biznesi xilas ola biləcəkmi? - ARAŞDIRMA

Toy mövsümünə start verilir. Lakin toy biznesi sahəsində mövcud vəziyyət heç də ürəkaçan deyil. Son zamanlar şadlıq saraylarının sürətlə profillərini dəyişdiyini də müşahidə edirik. Ramazan ayı başa çatır. Bu ayın başa çatması ilə həm də yeni toy mövsümü başlayır. Amma sirr deyil ki, pandemiyadan sonr

13.04.2024 290
.

Təyyarənin bütün pilotları uçuş zamanı yatdı - qeyri-adi hadisənin TƏFƏRRÜATLARI

Hər iki pilot gözlənilmədən 153 sərnişini daşıyan təyyarənin idarəetmə panellərində yuxuya gedib. -ın xarici mediaya istinadla xəbərinə görə, təyyarə planlaşdırılan marşrutdan yayınmağa başlayanda yer nəzarətçiləri ekipajla əlaqəni bərpa etmək üçün xeyli səy sərf etdilər. Araşdırma ilə müəyyən edili

07.04.2024 417
.

"WhatsApp"da yeni qaydalarla razılaşmayanların hesabları bloklanacaq – Bu tarixdən

Yazışmalarınıza və hesabınıza girişi saxlamaq üçün yeni şərtlərlə razılaşmalısınız. xarici mediaya istinadla bildirir ki, dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp məxfilik siyasətini və xidmət şərtlərini yeniləyir. İstifadəçilər aprelin 11-dək yeni qaydalarla razılaşmalıdırlar, əks halda onları

31.03.2024 589
.

Ölməzdən 1 ay əvvəl hər kəsin gördüyü yuxular

Los-Angeles hospitalının tibb bacısı Culie Fadden insanların ölməzdən əvvəl nə gördükləri ilə bağlı mühüm müşahidələrini paylaşın. O qeyd edib ki, "demək olar ki, bütün insanlar" ölməzdən təxminən bir ay əvvəl təsəlliverici görüntülər yaşayırlar. xəbər verir ki, o, müşahidələrini "TikTok"

07.04.2024 837
.

Natiq Şirinovun qızının müzakirələrə səbəb olan gəlinliyi neçəyə başa gəlib?

Uzun müddət sonra şou-biznesdə günlərlə müzakirə olunan toy baş tutub. Bir neçə gün öncə ailə quran Xalq artisti Natiq Şirinovun qızı Sevilin gəlinliyi sosial şəbəkələrdə geniş müzakirə olunub. Kimisi libası bəyəndiyini yazsa da, kimisi həddən artıq qapalı olduğunu bildirib. Gəlinliyi tərzlərinə uyğu

14.04.2024 1256
.

Dünyanın ən çox ziyarət edilən şəhərləri açıqlandı - SİYAHI

2023-cü ildə turistlərin ən çox ziyarət və axın etdiyi şəhərlər məlum olub. -in xəbərinə görə, "Euromonitor International" 2023-cü il üçün dünyanın ən çox ziyarət edilən şəhərlərinin məlumatlarını açıqlayıb. Siyahıya Türkiyənin İstanbul şəhəri başçılıq edir. Sözügedən şəhərləri təqdim edirik:

05.04.2024 506
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14.04.2024 257
.

Yağlı mətbəx dolabların parladacaq üsul

Mətbəxlərdəki dolabı yemək bişirərkən ən çox çirklənən yerlər sırasındadır. Yağ sıçramalarını təmizləmək gecikdirildikdə daha çətinləşə bilər. Mətbəx dolabını parıldadacaq üsulu izah edirik:. Bit qabyuyan kapsulun üzərinə bir litr qaynar su tökün. Kapsul həll olunana qədər qarışdırın. Mətbəx dolabların

14.04.2024 478
.

Boşanmalar artır: Əsas səbəblər nələrdir? - VİDEO

Azərbaycanda bu ilin ilk ayında 1700-dən çox nikah pozulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq ayı ilə müqayisədə qurulan ailələrin sayı azalıb, boşanmaların sayı isə çoxalıb. Bəs bu tendensiyanın əsas səbəbəri nələrdir?. Vəkil-mediator Qasım Şaliyevin sözlərinə görə, işlər

14.04.2024 285