Dünya çempionatında oynamaq istəyirəm

Dünya çempionatında oynamaq istəyirəm"Qranada" klubu və Azərbaycan yığmasının yeni futbolçusu Eddi İsrafilov İspaniyanın "Marca" qəzetinə müsahibə verib.

İspaniyadakı həyatı, hədəfləri, Azərbaycan millisini seçməsinin səbəbləri haqda danışan 22 yaşlı futbolçu digər sualları da cavablandırıb.

- Qranadada həyat necə keçir?

- Əla. Burada çox xoşbəxtəm. Qranada yaxşı və müasir şəhərdir. İmkan olanda oynayıram, amma daha çox oynamaq istərdim. Nəzərə almaq lazımdır ki, bu, mənim La Liqadakı ilk mövsümümdür. Buna görə də, səbirli olmalı və gözləməliyəm.

- Sabiq baş məşqçin Xoakin Kaparrosun komandadan göndərilməsi haqda nə deyə bilərsən?

- Onun gedişi gözlənilməz oldu. Kaparros mükəmməl insandır. Məhz onun rəhbərliyi altında La Liqada debüt etdim. Ümid edirəm ki, onun sonrakı fəaliyyəti daha uğurlu alınacaq.

- Dörd il ərzində bir çox stadionda, həmçinin "Nou Kamp"da oynamaq sizə qismət oldu. Bunu gözləyirdin?

- Arzum reallaşdı. Əvvəlcə televizorda gördüyüm stadionlarda indi oynayıram. Bundan gözəl nə ola bilər ki?

- Növbəti hədəfiniz nədi?

- İspaniya La Liqasında çempion olmaq və dünya çempionatında oynamaq istəyirəm.

- "Real"a qarşı oynamaq yaxşıdır, yoxsa "Barselona"ya?

- Bu komandalara qarşı oynamağı uşaqlıqda ancaq yuxumda görürdüm. "Real" və "Barselona"ya qarşı meydanda mübarizə aparmaq inkişaf deməkdir.

- Qarşıdan "Real"la oyun gəlir. Bu matçdan nə gözləyirsən?

- Bu oyuna çox ciddi hazırlaşırıq və hədəfimiz matçdan 3 xalla ayrılmaqdır.

- Sənin üçün hansı mövqedə oynamaq daha rahatdır?

- Hücum etməkdən çox müdafiə olunmağı xoşlayıram. Amma irəlidə də rahat oluram.

- Digər ölkələrdən təklif almısanmı? Karyeranı hansı ölkədə davam etdirmək istəyirsən?

- İngiltərədən yaxşı təklif almışdım. Premyer Liqa məni özünə cəlb edir. Lakin "Qranada" mənim La Liqada oynamağım üçün çox səy göstərdi. Gələcəkdə İspaniyadan kənarda da oynamaq istəyirəm.

- Niyə Azərbaycan millisini seçdin?

- Anam azərbaycanlıdır və orada məni yığmada görməyi çox istəyirdilər. Buna görə Azərbaycanı seçdim.

- Azərbaycan yığmasının heyətində debüt matçını hansı komandaya qarşı keçirmək istərdin?

- İspaniyaya. Çünki bu komandadan mənə təklif gəlmədi. Amma onlarla qarşılaşmağımız imkansız görünür. Azərbaycan millisində oynamağa razılıq vermişəm və sona qədər bu qərarımın arxasında duracam.

- "Mursiya" ilə 2017-ci ilə qədər müqavilən var. Yenidən ora qayıdacaqsan?

- Mən "Qranada"da çox xoşbəxtəm və uzun illər burada oynamaq istəyirəm.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1106   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Paralimpiya Oyunları: Qadın cüdoçumuz Azərbaycana doqquzuncu qızıl medalı qazandırdı

Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycan doqquzuncu qızıl medalı qazanıb. Buna ən ağır çəkili qadın cüdoçumuz Dürsədəf Kərimova (+70 kq) nail olub. O, finalda Zarina Baybatinaya (Qazaxıstan) ipponla qalib gələrək qızıl medal qazanıb. Bu nəticədən sonra Azərbaycan doqquz qızıl və iki bürün

29.08.2021 834
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074