Piyadalar sağ qalmaq üçün bu yazını mütləq oxusun

Piyadalar sağ qalmaq üçün bu yazını mütləq oxusunYol hərəkəti qaydaları piyadalar üçün cəmi iki məsələni tənzimləyir
Əvvəlki yazımda qeyd etmişdim ki, yol hərəkəti qaydaları piyadalar üçün cəmi iki məsələni tənzimləyir:

1. Piyada yolboyu necə hərəkət etməlidir?
2. Piyada yolun bir tərəfindən o biri tərəfinə necə keçməlidir?

Piyadalar üçün birinci sualın, yəni piyadanın yolboyu necə hərəkət etməsi məsələsinin cavabı çox sadədir. Hərəkət qaydalarında göstərilir ki, piyada yolboyu yaşayış məntəqələrinin küçə və prospektlərində səki ilə, yaşayış məntəqələrindən kənar yollarda isə yol çiyni ilə getməlidir (Yol çiyni yolun hərəkət hissəsindən kənarda avtomobillərin hərəkəti üçün nəzərdə tutulmayan hissədir. Adətən asfalt yollarda yol çiyni çınqılla örtülmüş olur). Səki və yol çiyni olmayan yerlərdə isə piyada yolun hərəkət hissəsinin lap kənarı ilə avtomobillərə mane olmamaq və özünün təhlükəsizliyini təmin etmək şərti ilə gedə bilər.

Bəzi yollarda (məsələn, avtomagistralda) piyada ümumiyyətlə yolda (hətta yol çiynində də) ola bilməz. Yəni əgər yol avtomagistral kimi işarələnmişdirsə, həmin yolda hətta yol çiyni ilə də hərəkət qadağandır, çünki belə yol avtomobillərin daha yüksək sürətlə hərəkəti üçün nəzərdə tutulduğundan yol çiynində olan piyada da real təhlükəyə məruz qala bilər.

Yol hərəkəti qaydaları yaşayış məntəqəsindən kənar yollarda yol çiyni və səki olmaması səbəbindən yolun hərəkət hissəsinin kənarı ilə getməyə məcbur olan piyadalar üçün xüsusi qayda da nəzərdə tutur. Belə piyadalar hər bir halda yolun sol kənarı ilə, yəni nəqliyyat axınının əksinə olaraq getməlidirlər. Bu qaydanın məntiqi ondan ibarətdir ki, axına qarşı gedən piyada ona doğru gələn və təhlükə yarada bilən nəqliyyat vasitəsini görərək özünü qoruya bilsin (məsələn, lazım gəldikdə yoldan kənara çıxsın, yaxud təhlükəsiz bir yerdə dayansın və s.)

Piyada yolda avtobusa və ya başqa nəqliyyat vasitəsinə minmək istədikdə də yalnız yolun hərəkət hissəsindən kənarda (xüsusi dayanacaq meydançasında, dayanacaq olmadıqda isə səkidə və ya yol çiynində) dayanaraq gözləməlidir. Minəcəyi nəqliyyat vasitəsi piyadanın yanına çataraq dayananadək piyada gözlədiyi yerdən yolun hərəkət hissəsinə çıxmamalıdır. Yalnız nəqliyyat vasitəsi dayandıqdan sonra yaxınlaşaraq ona minmək olar.

Göstərilən qaydaları pozmaqla piyadanın yolboyu hərəkəti (məsələn, səki olan yerdə hərəkət hissəsi ilə getməsi), yaxud hərəkət hissəsində dayanaraq minəcəyi nəqliyyat vasitəsini gözləməsi kobud qayda pozuntusudur və belə vəziyyətdə avtomobilin vurduğu piyada da həmin qəzada günahkardır. Düzdür, piyadanın qaydaları pozmaqla yolda olması o demək deyil ki, sürücü onu vura bilər. Sürücü bütün tədbirləri görməlidir ki, intizamsız piyadanı vurmasın. Amma sürücünün təqsirinin (yəni piyadanı vurmamaq imkanının) olub-olmamasından asılı olmayaraq belə halda piyada da təqsirkardır.

Ölkəmizin yol hərəkəti qaydalarında nəzərdə tutulmasa da, gecə vaxtı yolboyu hərəkət edən piyada üçün çox mühüm təhlükəsizlik qaydaları da mövcuddur. Piyadalar hər şeydən əvvəl nəzərə almalıdırlar ki, gecə vaxtı işıqlandırılmayan yolda sürücülərin də görməsi ciddi şəkildə çətinləşir. Belə şəraitdə iki mühüm təhlükəsizlik qaydasına riayət edilməlidir:

1. Gecə vaxtı işıqlandırılmayan yolda hərəkət hissəsinin kənarı ilə də getmək təhlükəlidir. Ona görə də belə şəraitdə yalnız səki və yol çiyni ilə, özü də imkan daxilində səki və yol çiyninin xarici kənarı ilə getmək lazımdır.

2. Gecə vaxtı sürücülərin piyadanı yaxşı görməsini təmin etmək üçün nəzərdə tutulan xüsusi işıqqaytarıcısı olan geyimlər var. İmkan daxilində həmin geyimlərdən istifadə etmək lazımdır. Belə geyimlər istənilən fəsil üçün mövcud olmaqla hər yerdə satılır. Əgər belə geyiminiz yoxdursa və gecə vaxtı qaranlıq yolda tez-tez olursunuzsa, onda xüsusi işıqqaytarıcı nişanlardan (düymələrdən və s.) istifadə etmək olar. Piyada belə nişan və ya düymələri döşünə, kəmərinə taxmaqla, qoluna bağlamaqla sürücülərin onu yaxşı görməsini təmin edə bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1231   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 349
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 293
.

Akademik Yaqub Mahmudova ağır itki

Sabiq deputat, AMEA-nın müşaviri, akademik Yaqub Mahmudova ağır itki üz verib. "Qaynarinfo" xəbər verir ki, Yaqub Mahmudovun həyat yoldaşı Almas Mahmudova 22 aprel tarixində vəfat edib. Bu barədə tarixçilər Emin Məlikov, Nazim Xəlilov, Elnur Nəciyev, Sevinc Məlikzadə, Rəna Nəcəfova və Güna

10:59 216
.

Azərbaycanda ictimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

"Çinin BYD şirkəti Azərbaycanın avtobus parkına töhfə verəcək. Bu il Çindən ölkəmizə gətirilən elektriklə işləyən 160 avtobus xəttə buraxılacaq". AZƏRTAC xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri Fariz Əliyev "Kəmər və Yol"

22.04.2024 717
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 152
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 546
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

13:10 21
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 267
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib

22.04.2024 450