Qarabağın çempionluğa real namizəd olması ilə barışmırıq

Qarabağın çempionluğa real namizəd olması ilə barışmırıq"Neftçi" klubunun baş məşqçisi Arif Əsədov Qol.Az saytına müsahibəsində komandasının Antalya hazırlığından, Premyer Liqamızın növbəti turunda AZAL-la keçiriləcək oyundan və digər məsələlərdən danışıb

- Əvvəlcə "Neftçi"nin Anlayadakı təlim-məşq toplanışı haqda danışaq. Hazırlıqdan razı qaldınızmı?

- İki həftə ərzində Antalyada hazırlıq keçdik. Əsasən fiziki çalışmalara üstünlük verdik. Yoldaşlıq oyunlarında isə bütün futbolçularımızı yoxladıq. Hazırlığımız yüksək səviyyədə idi. Demək olar ki, çempionata hazırıq.

- Bir neçə yoldaşlıq oyunu keçirdiniz. Futbolçuların çıxışı sizi qane etdi?

- İlk üç oyunda komanda yorğun idi. Yəni həmin dövrdə ağır fiziki məşqlər keçirdik. Bu matçlarda ikinci heyəti müəyyənləşdirməyə çalışırdıq. Buna görə də hər bir futbolçuya şans verdim. Son iki oyunda isə artıq çempionatda çıxış edəcək heyəti müəyyənləşdirdik. Sınaq qarşılaşmalarında nəticə önəmli deyil. Sevindirici haldır ki, bu oyunlarda özlərini yaxşı tərəfdən göstərən gənc futbolçularımız oldu.

- Yeni transferlər özlərini necə göstərdi?

- Rəhman Hacıyev müəyyən səbəbdən toplanışda iştirak edə bilmədi. Ancaq Rauf Əliyev və Aqil Məmmədov bizimlə oldu. Hər ikisi özünü yaxşı tərəfdən göstərdi. Demək olar ki, komandaya 80 faiz uyğunlaşıblar. Onlardan razı qaldım.

- Rəhman Hacıyevin hazırlıq durumu necədi?

- Rəhmana xüsusi tapşırıq vermişdik ki, Bakıda məşqlərini davam etdirsin. Artıq dünəndən komandaya qoşulub. Düzdür, oyun təcrübəsi azdır. Qarşıdakı bir neçə görüşdə o, əvəzedici heyətdə meydana çıxacaq. Daha sonra isə əsas komandada oynamaq şans əldə edəcək.

- "Neftçi" mövsümün ilk yarısında legioner limiti ilə bağlı çətinlik çəkdi. Sizcə, üç yerli futbolçunun transferindən sonra bu problem həllini tapacaq?

- Bəli, həmişə yerli futbolçu qıtlığından əziyyət çəkdiyimizi deyirdim. Çempionatın ikinci dövrəsinin sonlarında bu çətinlik bizdə daha çox biruzə verdi. İtirdiyimiz xallarda limitlə bağlı problemlər rol oynadı. Buna görə də ancaq yerli futbolçu transfer etdik. Düşünürəm ki, onlardan istədiyimiz kimi istifadə edəcəyik.

- Bir çox klublarımız legioner limitindən narazıdır. Mümkündür ki, mövsümün sonunda limit məsələsinə yenidən baxılsın. Siz legionerlərin sayının artırılmasını istərdiniz?

- Əksinə, mən yerli futbolçuların daha çox oynamasının tərəfdarıyam. Düzdür, ola bilsin ki, hazırkı limitlə çempionatımızın səviyyəsi ürəkaçan deyil. Ancaq gəlin, milli komandamıza nəzər salaq. Neçə illərdir ki, klublarımızda legionerlərə üstünlük verirdik. Sonda isə milli komandamıza futbolçu tapa bilmirik. Düzdür, klub səviyyəsində uğurlarımız oldu. Ancaq təsəvvür edin ki, bu gün Azərbaycan millisində əsl sol cinah müdafiəçisi yoxdur. Bunu düşünmək lazımdır. Klublarmızda hər mövqe üçün oyunçular yetişməlidir. Hücumçu sarıdan millimiz çox əziyyət çəkir. Azərbaycanda Rauf Əliyevdən başqa hücumçu yoxdur. Klublarımız legioner hücumçularla çıxış edir və nəticə qazanır. Ancaq sonda millimiz bundan əziyyət çəkir.

- Yəni çempionatımızın səviyyəsi aşağı düşsə də olar?

- Azərbaycan futbolunun siması milli komandamızdır. Hər birimiz ilk növbədə millimizi düşünməliyik. Bu baxımdan futbolumuza xidmət etmək üçün yerli futbolçuların səviyyəsini qaldırmalıyıq.

- AZAL-la oyuna hazırlıq necə gedir?

- Artıq dünəndən bu oyunun hazırlığına başlamışıq. Gündə bir dəfə olmaqla məşqlərimiz davam edir. Komandada əhval-ruhiyə çox yaxşıdır. Hamı həvəslə oyunu gözləyir.

- Çempionluq uğrunda əsas rəqiblərinizdən olan "Qarabağ"la "Neftçi" arasında 8 xal fərq var. Sizcə, bu fərq çox deyil ki?

- Nəzərə alsaq ki, bizim ehtiyatda bir oyunumuz da var, 8 xal elə də çox deyil. Düzdür, "Qarabağ" son dövrlər göstərdiyi oyun ilə çoxlarında çempionluğa ən real namizəd olması təəssüratını yaradıb. Ancaq biz "Neftçi" olaraq bununla barışmırıq. Hər zaman hədəfimiz çempionluq olub. İndi də belədir. Qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaqla çempionluq yarışımızı davam etdirəcəyik.

Qeyd edim ki, bizim əsas məqsədimiz iddiamızla yanaşı gənc futbolçuları inkişaf etdirməkdir. Belə olanda klub da irəli gedir, milli komanda da.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 893   Tarix: 28 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Qarabağ"ın qapıçısı: "Nyukasl"da dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq yaxşıdır

"Nyukasl"ın heyətində dördüncü qapıçı olmaqdansa, "Qarabağ"da oynamaq daha yaxşıdır. "Report" xəbər verir ki, bunu Rusiyanın "Sport 24" saytına açıqlamasında "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib. Rusiyalı qolkiper vaxtilə İngiltərənin "Nyukasl"

30.03.2024 390
.

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib. "Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb. "Hazırda bu barədə düşünmürəm

30.03.2024 320
.

Messinin maaşı bəlli oldu

"İnter Mayami" klubunun futbolçusu Lionel Messinin bir mövsümdəki maaşı açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Bildirilib ki, Messi bir mövsümdə 19,2 milyon avro qazanır. Qeyd edək ki, 2023-cü ilin yayında "İnter Mayami"yə keçən Mess

12.04.2024 446
.

"Qarabağ"ın futbolçusunun şəhərdə dönər kefi - VİDEO

Ağdamın "Qarabağ" klubunun braziliyalı futbolçusu Olavio Juninyo diqqət mərkəzinə düşüb. -in məlumatına görə, "Qarabağ"ın ulduz futbolçusunun şəhərdə dönər almasının görüntüsü yayılıb. Futbolçu lavaşda dönər aldıqdan sonra onu elə küçədəcə yeməyə başlayıb. Xatırladaq ki, "Qarabağ"

02.04.2024 543
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 273
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 323
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 273
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 223
.

Devid Bekhem niyə Viktoriya ilə evlənmək qərarına gəldiyini AÇIQLADI

48 yaşlı məşhur ingilis futbolçu 25 ilə yaxındır ki, müğənni və dizayner Viktoriya Bekhemlə evlidir. xarici mediaya istinadla bildirir ki, cütlük şou-biznesin ən güclülərindən biri hesab olunur. Birlikdə cütlük çox şey yaşayıb və dörd uşaq böyüdüb. Devid Bekhem bu yaxınlarda niyə "Spice Girls"

24.03.2024 539