İnsan nə üçün ət yeməlidir?

İnsan nə üçün ət yeməlidir?Ət insanın sağlamlığı üçün ən lazım olan məhsullardan biridir. Məhz ətdən biz orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox maddələri alırıq.

Onlardan ən vacibləri - zülallardır. Bu zülallar insanın həzm sistemində amin turşulara kimi parçalanır və daha sonra bu aminturşulardan orqanizm ona lazım olan zülalları sintez edir.
İnsan orqanizmi zülalları ehtiyat üçün yığmır.

Bu səbəbdən orqanizm daim qida ilə zülal almalıdır. İnsan zülalları həm bitkilərdən, həm də ətdən (burada həmçinin toyuq və balıq əti nəzərdə tutulur) alır. Lakin ətdən zülallar almaq daha asandır. Ətdə insanın orqanizmi üçün bütün lazım olan əvəzolunmaz turşular var. Beləliklə, gün ərzində 1 neçə tikə ət yeməklə insan orqanimin zülallara olan ehtiyacını tam ödəyir.

Bəli, bəzi bitkilərdən də zülallar almaq olur. Lakin ətdən fərqli olaraq bu daha çətindir - müxtəlif bitkilərdə bir və ya bir neçə aminturşuları olur (yəni hamısı yox). Beləlikə, insan aminturşulara olan ehtiyacını ödəmək üçün daim müxtəlif bitkiləri kombinasiya etməlidir. Bu isə heç də asan iş deyil.

Zülallar orqanizmin normal fəliyyətində əsas rollardan birini oynayırlar:

- İlk növbədə zülal orqanizmdə "tikinti" funksiyasını yerinə yetirir. Zülallar bizim dərimizin, daxili orqanlarımızın, əzələlərimizin, gözlərimizi, immun və qan sistemlərimizin və s. əsasıdır.
- Zülallar orqanizmdə nəqliyyat funksiyasını yerinə yetirir. Xüsusi zülallar orqanizmin fəaliyyəti üçün lazım olan maddələri özünə birləşdirir və orqanizmin müxtəlif yerlərinə çatdırır.
- Zülallar immun sisteminin fəaliyyəti üçün olduqca vacibdir.

Əgər uzun müddət ərzində insan orqanizminə zülallar daxil olmazsa, bu bir çox pozulmalara gətirib çıxardacaq:

- Bizim dərimiz kollaqen zülalından ibarətdir. Orqanizm zülal çatışmazlığından əziyyət çəkdikdə, dəri qocalmağa başlayır - qırışır, sallanır. Bundan əlavə dirnaqlar da kövrək olur, laylanır, saçlar quru və cansız görünür.

- Zülalların çatışmazlığı zamanı zülallarda olan ehtiyacını ödəmək üçün orqanizm daxili orqanlardan istifadə etməyə başlayır. İlk növbədə orqanizm zülalları əzələ toxumasından götürməyə başlayır, daha sonra daxili orqanlara keçir.

- Bizim hormonlar da zülallardan ibarətdir. Məhz bu səbəbdən zülaların çatışmazlığı zamanı insanın hormonal fonunda pozulmalar yaranır.
- Zülalların çatışmazlığı uşaq orqanizmi üçün xüsusilə ziyanlıdır. Bu halda uşağın inkişafı və boyatması ləngiyir.

- Zülalların çatışmazlığı immun sisteminin zəifləməsinə səbəb olur.
Zülallardan əlavə ətdə orqanizmin normal fəaliyyəti üçün lazım olan bir çox vitamin və mikroelementlər var. Bunlardan ən əhəmiyyətlisi dəmirdir. Orqanizmdə dəmirin çatışmazlığı müxtəlif pozulmalara yol açır. Dəmir orqanizm boyu oksigenin daşınması prosesində iştirak edir. Dəmir çatışmazlığı zamanı orqanizmin oksigenlə təchiz olunması pozulur ki, bunun nəticəsində orqanizmdə müxtəlif pozulmalar yaranır. Dəmirin ən dəyərli mənbəyi ət sayılır. Ətdə olan dəmir orqanizm tərəfindən bitkilərdə olan dəmirlə müqayisədə daha yaxşı mənimsənilir.

Beləliklə, ət insanın rasionunda daim olmalıdır. Dietoloqların araşdırmalarına görə, hər gün 100 qr ət yeyən insan orqanimini bütün lazım olan aminturşular və dəmirlə təmin edir. Əzələ toxuması çox olan, ağır fiziki işlə məşğul olan kişilərə gün ərzində 2-3 dəfə çox ət tələb olunur. Ət yağsız olmalıdır və suda, buxarda və ya sobada (folqada, yağ əlavə olunmadan) bişirilməlidir. Qızardılmış, hisə verilmiş ət, kolbasa və sosis məmulatları, ət konservləri sağlamlıq üçün ziyanlıdır.

Həddən artıq miqdarda ət qəbul etmək olmaz. Bu insanın sağılamlığına ziyan gətirə bilər.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1825   Tarix: 29 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505