Sarkisyan Azərbaycandan qorxur

Sarkisyan Azərbaycandan qorxur"Silahlı Qüvvələrimiz ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan bayrağının işğal edilmiş bütün şəhərlərdə dalğalanması üçün son damla qanınadək vuruşacaq"

Ermənistan prezidenti Serj Sarkisyanın Ermənistan Silahlı Qüvvələrindəki ağır itkiləri etiraf etməsi onun hələ də reallıq hissini tam itirməməsi təsəvvürü yaratmaqla yanaşı, Azərbaycan tərəfindən çəkindiyini də açıq-aydın göstərir.

Bu barədə Ermənistan prezidenti Serj Sarkisyanın ötən gün Azərbaycanı hərbi əməliyyatlarla təhdid etməsi barədə sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Silahlı Qüvvələrinin cari ilin yanvar ayında işğalçıların təxribatlarının qarşısının alınması zamanı keçirdiyi əməliyyatlar hərbi cəhətdən məhvedici, tutarlı olmaqla bərabər, Azərbaycan əsgərinin yüksək döyüş ruhunu, qələbə əzmini, silahının gücünü və təsirini bir daha sübut edir.

«İşğal olunmuş ərazilərimizin tam azad edilməsi üçün Silahlı Qüvvələrimiz istənilən hərbi qüvvəni taktiki və operativ cəhətdən daha zəruri istiqamətdə cəmləşdirmək, yerləşdirmək, hərəkət və istifadə etmək səlahiyyətində olduğundan düşmən dövlətin bu məsələyə hər hansı münasibət bildirməsi tamamilə qəbuledilməzdir və tərəfimizdən qətiyyətlə rədd edilir», - deyə Müdafiə Nazirliyi bəyan edib.

Müdafiə Nazirliyi bildirir ki, hələ də boş xəyallarla, başıdumanlı xatirələrlə yaşayan Ermənistan hərbi-siyasi rəhbərliyi bugünkü reallıqla, Azərbaycanın ərazi bütövlüyü istiqamətində beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin tələbləri ilə barışaraq anlamalıdır ki, işğalçıların məhv olmaq təhlükəsi onları hər yerdə gözləyir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycan Silahlı Qüvvələri ölkənin ərazi bütövlüyünün bərpası, Azərbaycan bayrağının işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə dalğalanması üçün hərbi imkanlarını daim artıraraq son damla qanınadək vuruşacaq. İşğalçıların planlaşdırdığı istənilən təxribatın qarşısı bütün hərbi imkanlar istifadə edilməklə elə başlanğıc mərhələsində alınacaq və bunun nəticələrinə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi birbaşa məsuliyyət daşıyacaq: «Ermənistanın prezidenti Serj Sarkisyanın Azərbaycanın ünvanına hədə-qorxu dolu, məsuliyyətsiz bəyanatla çıxış etməsi hazırda qonşu qurumun daxilində yaranmış gərgin ictimai-siyasi və sosial partlayış həddinə qədər yüksələn xalq etirazlarının artması fonunda təsadüfi sayılmamalıdır. İqtisadi, hərbi, mənəvi və demoqrafik cəhətdən iflasa uğrayan, Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq layihələrdən təcrid olunaraq öz xalqını rəzil vəziyyətə salan dövlətin rəhbərliyi ermənilərin fikrini daxili xaosdan yayındırmaq məqsədilə belə çıxışlar edir».

azvision.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1097   Tarix: 28 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"

UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili

18.04.2024 159
.

Pensiyaların gecikməsi ilə bağlı rəsmi - AÇIQLAMA

"Bəzi sosial şəbəkə və internet resurslarında aprel ayının pensiyalarının yubanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir". Bu sözləri -a açıqlamasında Dövlət Sosial Müdafiə Fondun (DSMF) mətbuat katibi Rəşad Mehdili ödənişlərin aprelin 19-da yekunlaşacağını bildirib. "Pensiyaları

18.04.2024 479
.

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli v

18.04.2024 243
.

Sumqayıtda itin insanlardan su istəməsi görüntüsü gündəm oldu - VİDEO

Sumqayıt şəhərində maraqlı hadisə baş verib. xəbər verir ki, şəhərdə itlərdən biri ağzında qab gətirərək insanlardan su istəyib. Görüntülər sosial şəbəkədə izlənmə rekordu qırıb. Deyilənə görə, həmin it hər gün eyni formada gələrək insanlardan su istəyir. Videonu BURADAN izləyin

18.04.2024 2092
.

Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu

Ukrayna Prezidenti Volodimir Zelenskiyə sui-qəsdin təşkilində Rusiya xüsusi xidmət orqanlarına köməklik göstərən şəxs Polşada saxlanılıb. Ukrayna Baş Prokurorluğunun məlumatına görə, əməliyyatı Polşanın hüquq-mühafizə orqanları Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə həyata keçiriblər

18.04.2024 246
.

Qəzzada ölənlərin sayı 33970-yə çatıb

İsrail ordusunun Qəzza zolağına 2023-cü il oktyabrın 7-dən bu yana həyata keçirdiyi hücumlarda ölənlərin sayı 33970-yə çatıb. xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin Qəzzada verdiyi açıqlamada İsrailin 195 gündür Qəzza zolağına hücumları ilə bağlı məlumat verilib. Açıqlamaya görə, İsrail ordusunu

18.04.2024 154
.

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb

Qazaxıstanda daşqınlar nəticəsində 5 nəfər ölüb, 2 nəfər itkin düşənlərin axtarışları davam edir. xəbər verir ki, Qazaxıstan daxili işlər nazirinin birinci müavini Marat Kocayev Senatın ümumi iclasından sonra jurnalistlərə açıqlama verib. Kocayev ölkədə davam edən daşqınlar səbəbilə Atrau bölgəsind

18.04.2024 205
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 199
.

Bakı küçələrində lüt qaçan kişi xəstəxanaya yerləşdirildi

Sosial şəbəkələrdə küçədə lüt gəzən kişinin görüntüləri yayılıb. -ın əldə etdiyi məlumata görə, küçədə çılpaq gəzən şəxsin sosial şəbəkələrdə əks olunan görüntüləri araşdırılıb. Polis tərəfindən 1986-cı il təvəllüdlü şəxs müəyyən olunub. Qardaşının müraciəti əsasında onun sağlamlıq vəziyyəti nəzərə alınara

18.04.2024 741