Avtomobili yanğından necə qorumalı?

Avtomobili yanğından necə qorumalı?Son vaxtlar istər qəza olmadan, istərsə də qəza vaxtı avtomobillərin alışıb yanması halları yenə də diqqəti cəlb edir. Bunun səbəbləri müxtəlifdir. Lakin sürücülər bir neçə sadə tövsiyəyə əməl etsələr, həmin yanğınları maksimum istisna etmək olar.

Hər kəs bilir ki, avtomobildə yanğın əsasən elektrik sistemindəki müxtəlif problemlərdən yaranır. Özü də belə problemlər hər hansı qəza olmadan da yanğına gətirib çıxara bilər. Qəza zamanı isə həm elektrik sistemində heç bir problem olmayan avtomobil, həm də problemli avtomobil alışa bilər. Bunları maksimum dərəcədə istisna etmək üçün sürücülərə bir neçə tövsiyə verə bilərəm:

1. Vaxtaşırı avtomobilinizin elektrik sistemini testdən keçirmək lazımdır. Bunu xüsusən köhnə avtomobil alanda etmək gərəkdir. İxtisaslaşmış ustalar bu işi çox asanlıqla edə bilərlər. Belə testlər zamanı elektrik sistemində olan problemlər (naqillərin paxırlaması, birləşmələrdə boşluq olması və s. səbəbdən elektrik keçiriciliyinin dəyişməsi, yaxud naqillərdə müqavimətin dəyişməsi və s.) aşkar edilə bilər. Belə problemlərdən istənilən biri avtomobilinizin alışması üçün potensial təhlükədir.

2. Avtomobilinizin elektrik sistemini adi gözlə nəzərdən keçirərkən, hər hansı naqilin üstünün açıldığını, rənginin dəyişdiyini (qaraldığını, saraldığını və s.), isindiyini (qızmış olduğunu) görsəniz, yaxud birləşmə (kontakt) yerlərində boşluq və s. aşkar etsəniz, dərhal bunu aradan qaldırın, yaxud bunun üçün ustaya müraciət edin.

3. Avtomobilinizə istehsalçı tərəfindən nəzərdə tutulmayan, avtomobilin elektrik şəbəkəsinə uyğun gəlməyən avadanlıqları quraşdırmayın. Bu, çox təhlükəlidir. Hətta ən adi elektrik avadanlıqları da avtomobilə uyğun olmadıqda gözlənilməz problemlər yaradaraq alışmaya səbəb ola bilər.

4. Quraşdırmaq və ya dəyişdirmək istədiyiniz avadanlıqları yalnız öz işini yaxşı bilən və etibar etdiyiniz ustaların köməyi ilə edin. Bu zaman avadanlığın adaptasiyasına (uyğunlaşdırılmasına) xüsusi diqqət yetirmək lazımdır. Əgər avadanlıq uyğun gəlmirsə, ondan imtina etmək lazımdır.

Qəza hadisələri baş verdikdə isə tam saz vəziyyətdə olan avtomobil də alışa bilər. Xüsusən avtomobil ciddi zərbəyə məruz qalaraq mühərriki və mühərrikin əlavə asqı avadanlıqları əzildikdə, sındıqda, çatladıqda alışma təhlükəsi daha yüksək olur. Belə hallarda alışmanı önləmək üçün aşağıdakılara riayət etmək məsləhətdir:

1. Qəzadan dərhal sonra mühərriki işə salmaq üçün qıfılı (zamoku) bağlamaq lazımdır. Bəzən qəza nəticəsində mühərrik öz-özünə sönür, hətta avtomobilin işıq cihazları da sönür. Belə vəziyyət heç kəsi aldatmasın, çünki mühərrik sönsə də, alışma qıfılı açıqdır və akkumulyatordan elektrik cərəyanı şəbəkəyə getməkdədir. Ona görə də mütləq qıfılı bağlamaq lazımdır.

2. Qıfılı bağladıqdan sonra imkan daxilində akkumulyatorun müsbət (+) bağlantısını (yəni massanı) ayırmaq lazımdır. Belə olduqda sıradan çıxmış naqillərin qısa qapanma nəticəsində qığılcım verməsi istisna olunur.

3. Əgər avtomobildən yanacaq və sürtgü materialları (mühərrikin və ya transmissiyanın yağı və s.) axmışdırsa, yanğın təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Belə olan halda hətta odsöndürəni (oqnetuşiteli) hazır vəziyyətdə saxlamaq lazımdır. Nəzərə alın ki, yanacaq və sürtgü materialının axması müşahidə edilirsə, alışma qıfılını açmaq (açarı çevirmək), hər hansı elektrik avadanlığını işə salmaq çox təhlükəlidir və ani yanğına səbəb ola bilər.
Bəzən baş verən qəza nəticəsində sürücü və sərnişinlər xəsarət alaraq qeyd etdiklərimizi etmək iqtidarında olmurlar. Belə hallarda hadisə yerinə ilk gələn şəxsin həmin hərəkətləri etməsi çox vacibdir. Ona görə də qəza yerinə gələrkən, yaxud qəzaya düşərkən soyuqqanlı olmağa çalışmaq və bu tipli məsələlərə diqqət ayırmaq lazımdır. Hətta hadisə yerinə ilk gələrək ağır yaralının olduğunu görsəniz, öncə yuxarıda qeyd olunan təhlükəsizlik tədbirlərini gördükdən sonra ona yardım etməyə başlamaq məsləhətdir. Həmin işlərin (alışma qıfılının söndürülməsi, akkumulyatorun şəbəkədən ayrılması) bir neçə saniyə ərzində edilə bilər, amma həmin bir neçə saniyə gecikmə gözlənilməyən faciəyə gətirib çıxara bilər.

Yuxarıda qeyd olunanlarla yanaşı, hər bir avtomobildə istifadəyə yararlı odsöndürənin olması lazımdır (bu, qaydalarda da məcburidir). Nəzərə alın ki, kimi hansı qəzanın harada gözlədiyi heç kəsə bəlli deyil. Ona görə də hər cür gözlənilməzliyə hazır olmaq lazımdır.

Özü də göstərilən tədbirləri başqaları, tanımadığınız və təsadüfən rast gəldiyiniz şəxslər barəsində də etmək lazımdır. Təsəvvür edin ki, avtomobilinizdə olan odsöndürənlə qəzaya düşmüş avtomobilin alışmasının qarşısını alırsınız. Sizin bu nəcib əməliniz cəmi 15-30 manatlıq xərc (odsöndürənin dəyəri təxminən bu qədərdir) deməkdir. Amma bunu edərək həyatını və avtomobilini xilas etdiyiniz şəxs bir ömür sizə minnətdar olacaq.

faktxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 758   Tarix: 28 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164