"əl-Məun" surəsinin izahı

"əl-Məun" surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Dini yalan sayan o kimsəni gördünmü?
2. O elə adamdır ki, yetimi qovar
3. və heç kəsi yoxsulu yedirtməyə sövq etməz.
4. Vay halına namaz qılanların –
5. o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
6. Onlar riyakarlıq edir
7. və az bir şey verməkdən belə imtina edirlər.
əl-Məun (Xırda-xuruş) surəsinin izahı
Dini yalan sayan o kimsəni gördünmü?
Bu ayədəki müraciət hər bir kəsə ünvanlanır. Burada "dini" dedikdə Qiyamət günü əməllərə görə veriləcək cəza və mükafat nəzərdə tutulur. Çünki din sözünün bir mənası da əvəz, qarşılıq deməkdir. Qiyamət günü insanın etdiklərinə görə əvəz alacağını yalan sayan kimsələr belə deyirlər: "Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı dirildiləcəklər?" (əs-Saffat, 16-17). Həmçinin belə deyirlər: "Çürümüş sümükləri kim dirildə bilər?" (Ya sin, 78).
O elə adamdır ki, yetimi qovar
O elə adamdır ki, nəvazişə və mərhəmətə hamıdan daha çox ehtiyacı olan yetimə rəhm etməz. Yetim həddi-büluğa çatmadığı halda atası vəfat edən uşağa deyilir. Yetim atasını itirdiyinə görə qəlbi sınmış və himayədara möhtac qalmışdır. Ona görə də Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində yetimə yaxşılıq etməyin çox böyük savab olduğu qeyd olunur. Buna baxmayaraq bu adam yetimə sərt üzünü göstərərək qovur. Yetim bu adamın yanına nəsə istəmək və ya nəsə soruşmaq üçün gəldikdə onu təhqir edər, ona acıqlanıb itələyər və rəhm etməz. Həmçinin, bu adam başqalarını da rəhm etməyə sövq etməz.
və heç kəsi yoxsulu (miskini) yedirtməyə belə sövq etməz
Miskin yeməyə möhtac olan yoxsul adama deyilir. Bu adam daş qəlbli olduğundan heç kəsi miskini yedirtməyə belə həvəsləndirməz. Onun qəlbində nə yetimə, nə də yoxsula qarşı mərhəmət hissi yoxdur. Sonra Uca Allah buyurur:      
Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar
"Vay halına" xəbərdarlıq bildirən kəlmədir. Bu ayədə namazlarına laqeyd yanaşanlara ciddi xəbərdarlıq edilir. Bu o kəslərdir ki, namaz qılarlar, lakin namazlarına əhəmiyyət verməz, onu layiqincə yerinə yetirməz və onun fəzilətli vaxtını gecikdirərlər. Həmçinin, namaza daxil olduqda qiyamı, rukunu, səcdəni, eləcə də namazda oxunan Quran ayələrini və zikrləri layiqincə yerinə yetirməzlər. Məhz belələri namazlarında səhlənkardırlar.

Onlar riyakarlıq edir
Onlar xeyirxah əməllər etdikdə Allaha yaxınlaşmaq deyil, insanların rəğbətini və hörmətini qazanmaq məqsədini güdürlər. Onlar sədəqəni insanlar "nə səxavətli insandır" tərifləsinlər deyə verirlər. Həmçinin, namazı insanlar "onun namazı nə gözəldir" tərifləsinlər deyə gözəl bir şəkildə qılırlar. Onlar ibadəti Allah üçün etməklə yanaşı insanların da tərifini güdürlər. Məhz belələri riyakardırlar.

və az bir şey verməkdən belə imtina edirlər
"əl-məun" sözü qab-qacaq deməkdir. əl-Məun o şeylərdir ki, onları insanlara vermək vacibdir. Məsələn, bir insan qaytarmaq şərti ilə istifadə etmək üçün gəlib: "Mənim vedrəyə ehtiyacım var", və ya "İçmək üçün qaba ehtiyacım var", yaxud "Elektrik lampasına ehtiyacım var" – deyərək buna bənzər şeylər istəyir.
Bu cür şeyləri verməkdən imtina etmək iki növdür:
Birincisi: İnsanın buna görə günah qazanması.
İkincisi: İnsanın buna görə günah qazanmaması, lakin savabdan məhrum olması.
Vacib olan şeyləri verməkdən imtina etmək günah, vacib olmayan şeyləri verməkdən imtina etmək isə günah sayılmır. Məsələn, bir kəs bir insanın yanına gəlib belə deyir: "Mənə su ver, su içməsəm, ölə bilərəm". Bu vəziyyətdə olan insana bir qab su vermək vacibdir, bunu ondan əsirgəmək isə günahdır. Hətta bəzi İslam alimləri belə demişlər: "Əgər bu insan ölərsə, onun ailəsinə qanbahası verilməlidir. Çünki həmin insan vacib olduğu halda verməkdən imtina etdiyinə görə onun ölümünə səbəb olmuşdur". 
Uca Allah Qurani-Kərimi yalnız tilavət etmək üçün deyil, həmçinin, onun buyurduğu gözəl əxlaqi keyfiyyətlərə sahib olmaq üçün nazil etmişdir. Rəvayət edilir ki, Aişədən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əxlaqı barədə soruşduqda, o belə demişdir: "Peyğəmbərin əxlaqı Quran idi". Yəni o, Quranda buyurulan gözəl əxlaqi keyfiyyətlərə sahib olmuşdu. Ona görə də hər bir müsəlman Qurani-Kərimi öyrənərək öz əxlaqını pisliklərdən təmizləyib gözəlləşdirməyə çalışmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2515   Tarix: 26 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Səudiyyə Ərəbistanı builki Həcc ziyarətinin ilkin şərtlərini AÇIQLADI

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Məsələləri Nazirliyi bəyan edib ki, builki Həcc ziyarəti "xüsusi şərtlər" altında həyata keçiriləcək. AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin sözçüsü keçirdiyi mətbuat konfransında krallıqda Həcc ziyarətinin təhlükəsiz şəraitdə keçirilməsi üçün Səudiyy

10.05.2021 1956
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882
.

Azərbaycanda səsgücləndirici ilə azan vermək qadağan edildi? - RƏSMİ AÇIQLAMA

Türkiyə mətbuatında "Azərbaycanda azan qadağan edildi" başlıqlı xəbərlər həqiqəti əks etdirmir. BİG.AZ-ın -a istinadən verdiyi xəbərə görə, bu barədə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Hacı Salman Musayev Türkiyənin "AA" saytına açıqlama verərkən bildirib. Onun sözlərin

08.10.2019 3062
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436