Qadın sinə əməliyyatından sonra körpəyə süd verə bilərmi?

Qadın sinə əməliyyatından sonra körpəyə süd verə bilərmi?Azərbaycanın önəmli Estetik və Plastik cərrahlarından biri, Uzm. Dr. Mircəfər Seyidin müsahibəsini təqdim edirik.

- Həkim seçərkən nələrə diqqət etməliyik?
- Həkim seçimi həyatınızdakı ən vacib qərarlardan biridir. Nəticə olaraq, özünüzü əmanət edəcək insanı seçəcəksiniz. Doğru həkimi seçmək istədiyiniz nəticəni almaq üçün ən vacib addımdır. Bu səbəbdən istədiyiniz əməliyyatı ən doğru həyata keçirən cərrahı seçmək üçün zaman ayırmaq məcburiyyətindəsiniz. Həkim seçmək üçün ən doğru üsullardan biri o həkimin pasientlərindən məlumat almaqdır. Xəstəxanada tanışınız varsa, onlarla da məsləhətləşə bilərsiniz.

- Süd vəzi kiçiltmə və böyütmə əməliyyatlarından sonra süd verilə bilərmi?
- Bütün estetik süd vəzi əməliyyatlarında süd yolları qorunduğu üçün qadınlar əməliyyatdan sonra da süd verə bilər. Amerika və Avropada aparılan elmi araşdırmalar göstərir ki, süd vəzi implantı qoyulan qadınlarda əməliyyat keçirməyən qadınlarla müqayisədə onkolojik xəstəlik olma ehtimalı daha azdır. Bunun səbəbi süd vəzi böyütmə əməliyyatına məruz qalan qadınlarda süd vəzi toxumasının az olmasıdır. Süd vəzi kiçiltmə əməliyyatında onkolojik proseslərin əmələ gəlmə ehtimalının daha az olmasının səbəbi əməliyyat zamanı süd vəzində olan artıq toxumanın əməliyyat yolu ilə kənarlaşdırılmasıdır.

- Sizcə, ideal burun əməliyyatı necə olmalıdır? Burun ucu əməliyyatı nədir? Təkrar burun əməliyyatı ilə çoxmu rastlaşırsınız?
- Dünyada 6-7 milyard əhali yaşadığını nəzərə alsaq və bu əhali kütləsinin hər birində burun əməliyyatı icra eləsək, 6-7 milyard fərqli texnika istifadə etməli olarıq. Estetik burun əməliyyatı zamanı öncə burnun ayrı-ayrılıqda elementlərini öz aralarında, sonra üzdə olan orqanlarla harmoniya əmələ gətirilməlidir. İdeal burun əldə etmək üçün əməliyyat öncəsi sefalometrik analiz tətbiq edilib, milimetrik incələmə aparılarsa, əməliyyat sonrasında istənilən nəticə alınması qaçınılmazdır. Bu incələmədə sadəcə burun deyil, eyni zamanda üzdə olan digər orqanlar incələnib, ehtiyac olarsa, eyni əməliyyatda digər problemlər də həllini tapa bilər. Estetik ve plastik cərrahiyyədə bunun adına "Profiloplastika" deyilir. Mənim fikrimcə, ideal burun gözəl olan, gözəl olduğu qədər üzə yaraşan, insanın həyat keyfiyyətlərini pozitiv yöndə dəyişən, təbii görünən və ən əsası əməliyyat keçirildiyi bəlli olmayan burunlardır.
Burun ucu estetik baxımdan çox vacibdir. Bu nahiyənin diametri və bucaqları üz ifadəsinin təyin edicisidir. Burun ucu estetik əməliyyatı burunu əmələ gətirən sümüklərdə hər hansı bir problem olmadıqda, sadəcə burun ucundakı qığrdaqlara və burun qanadlarına müdaxilə edilərək icra olunan estetik əməliyyatdır.
Müxtəlif mənbələrdən olan məlumata görə, rinoplastika əməliyyatından sonra 3-5% ehtimalla kiçik cərrahi müdaxilələrə ehtiyac yarana bilər, amma çox təəssüf ki, bu say Azərbaycanda qat-qat daha çoxdur.

- Arıqlamaq və bədən formasının korreksiyası üçün hansı əməliyyatları icra edirsiniz? Bu əməliyyatların ziyanı varmı? Qarın gərmə əməliyyatından sonra hamilə qalmanın riski varmı?
- İnsan orqanizmi, yer çəkimi, həddindən artıq kökəlib arıqlamaq, qadınlarda hamiləlik və yaşlanmanın təsirindən müəyyən dəyişikliklərə məruz qalır. Bu kimi problemləri aradan qaldırmaq üçün "Liposuction" (kəsik aparmadan piylərin çıxardılması), "abdominoplastika" (qarın gərmə), qol gərmə, "tigh lift" (bud gərmə), "total body lift" kimi estetik cərrahi müdaxilələrə baş vururuq. Əməliyyat öncəsi müayinə zamanı bu müdaxilələrdən hansına ehtiyacı olduğu pasient ilə birlikdə qərar veririk. Unutmamaq lazımdır ki, bütün estetik əməliyyatlar lüks və istəyə bağlıdır və doğru icra olunarsa, insan orqanizminə heç bir ziyanı yoxdur. Qarın gərmə əməliyyatından 1 il sonra hamilə qalına bilər. Əksər əməliyyatlardan 1 həftə sonra əmək qabiliyyəti bərpa olunur.

- Estetik əməliyyatların qiyməti nəyə görə hesablanır?
- Əməliyyat qiymətinə təsir edən ünsürlərə istifadə olunan avadanlıq və material, əməliyyatın davam etmə müddəti, anesteziyanın çeşidi və əməliyyatı icra edən cərrahın səriştəsi ve təcrübəsi daxildir.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3273   Tarix: 27 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724