Qarabağdan başqa klubda oynamaram

Qarabağdan başqa klubda oynamaram- "Qarabağ"ın Antalyadakı təlim-məşq toplanışı necə gedir?

- Hər şey öz qaydasındadır. Hazırlıq prosesi normal gedir. Bir neçə yoldaşlıq oyunu da keçirdik. Baş məşqçinin tapşırıqlarını yerinə yetirib, milli çempionata yaxşı hazırlaşmağa çalışırıq. İstəyirik ki, Premyer Liqa oyunlarında heç bir çətinliyimiz olmasın.

- AZAL-dan sonra özünü "Qarabağ"da necə hiss edirsən?

- Çox böyük dəyişiklik yoxdur. Hər iki klub eyni çempionatda mübarizə aparır. Düzdür, "Qarabağ" AZAL-da fərqli olaraq hər il çempionluğa oynayan klubdur. Bundan başqa böyük bir fərq yoxdur.

- Bir çox məşqçilərlə işləmisən. Hazırkı baş məşqçin Qurban Qurbanovun digərlərindən fərqi nədədir ?

- İşlədiyim məşqçilər sırasında yaxşıları çox olub. İstər Vaqif Sadıqov, istər Əsgər Abdullayev çox gözəl insanlar idi. Qurban Qurbanovun "Qarabağ"a gəlməmişdən öncə də yaxşı insan olduğunu eşitmişdim. Bura gəldikdən sonra bunun bir daha şahidi oldum. Öz işinə peşəkar yanaşan bir baş məşqçidir. Bizimlə də çox gözəl ünsiyyət qurmağı bacarır. Hər bir futbolçuya eyni gözlə baxır. Onun bu xüsusiyyətləri bizə də kömək olur.

- Karyeran ərzində işlədiyin baş məşqçilərdən ən tələbkarı hansı olub?

- Demək olar ki, işlədiyim baş məşqçilərin hamsı tələbkar olub. Onları ayırmaq istəməzdim. Amma oyun ərzində ən çox çılğın olan Vaqif Sadıqov idi. Həmişə kənardan tapşırıqlarını çılğın şəkildə verirdi. Vaqif Sadıqovun mənim bu səviyyəyə çatmağımda əməyi böyükdür.

- "Qarabağ"ı karyeranın zirvəsi hesab etmək olarmı? Yoxsa, daha böyük iddiaların var ?

- Bu klubda oynadığım üçün özümü çox xoşbəxt hiss edirəm. Amma qismət olsa, Avropada da oynamaq istərdim. Azərbaycanda isə inanmıram ki, "Qarabağ"dan başqa bir klubda oynayım. Bacardığım qədər çalışacam ki, yalnız bu komandanın bir parçası olum. "Qarabağ"da səviyyəli legionerlər də çoxdur. Reynaldo, Çumbinyo, Riçard Almeyda və digərləri ilə oynamaq çox asandır.

- Adını çəkdiyin legionerlərdən sənə öz oyununu qurmaqda ən çox yardımçı olan hansıdır ?

- Demək olar ki, hamısı ilə oynamaq çox rahatdır. Məncə, sol cinahda oynadığım üçün mənə ən çox kömək edən futbolçu kimi Çumbinyonu deyə bilərəm. O, gözəl qol epizodları yaratmaq qabilliyətinə malikdir.

qol.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1247   Tarix: 26 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

Pele əməliyyat olundu

Braziliyalı əfsanəvi futbolçu Pele əməliyyat olunub. Bu barədə o, özünün "Facebook" səhifəsində yazıb. Ötən həftə müayinə üçün San-Paulu xəstəxanasına gedən "futbol kralı"nın yoğun bağırsağında şiş aşkar olunub. Şənbə günü əməliyyat olunan məşhur hazırda özünü yaxşı hiss etdiyin

06.09.2021 1378
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Olimpiya mükafatçısı: "Problemlərimi yumruqlarla deyil, sözlərlə həll etməyi tərcih edirəm"

İrina Zaretskaya - Tokio Olimpiadasının gümüş mükafatçısı, 2018-ci ilin dünya çempionu, 2015-ci ildəki Avropa Oyunları və 2017-ci ildəki İslam Həmrəyliyi Oyunlarının qalibi. Onun həyat şüarı "Nə olursa olsun, yalnız irəli"dir. Həyatının əsas məqsədi isə Olimpiya qızılını qazanmaqdır. -a müsahibəsind

12.09.2021 850
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Ronaldunun sevgilisi haqqında sənədli film çəkiləcək

İngiltərənin "Mançester Yunayted" futbol klubunun hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corcina Rodriges "Netflix"in istehsalı olacaq yeni sənədli filmdə öz həyat hekayəsini danışacaq. Bu barədə "Report" xarici mətbuata istinadən xəbər verir. "Mən Corcinayam"

05.09.2021 1542
.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

Paralimpiya Oyunları: Azərbaycan atleti qaçışda finişə gəlib çıxmadı

Tokioda keçirilən Paralimpiya Oyunlarında Azərbaycan atleti finişə çata bilməyib. Atletikanın 100 metr məsafəyə qaçış yarışlarında T13 kateqoriyasında yarışan idmançımız Elmir Cəbrayılov finala çıxmağı bacarmayıb. Belə ki, o, təsnifat mərhələsinin qrupunda beş nəfərin yarışdığı mübarizədə finişə gəli

29.08.2021 912
.

Ronaldonun "Mançester Yunayted"dəki MAAŞI

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldonun "Mançester Yunayted"dəki maaşı bəlli olub. 36 yaşlı hücumçu iki illik müqaviləsinə əsasən 58,3 milyon avro qazanacaq. Onun İngiltərədəki illik maaşı 29,15 milyon avroya bərabərdir. Bu, Ronaldonun "Yuventus"dakı qazancından 2 milyo

28.08.2021 1373