Qol vursaydım mənə bu iradları tutmazdılar

Qol vursaydım mənə bu iradları tutmazdılar"Qarabağ"ın brazilyalı hücumçusu Reynaldo Silva qol.az saytının Antalyaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- İlk öncə Antalyadakı hazırlıq prosesi barədə danışmağını istərdim.

- Antalyadakı düşərgəmizdə ab-hava əladır. Hər şey istədiyimiz kimi davam edir. Məşqlərdə əlimdən gələni edib, formamı bərpa etməyə çalışıram. Əsas məqsədim milli çempionatda özümü ən yaxşı səviyyədə göstərməkdir.

- Artıq zədəni sağaltdığını nəzərə alsaq Premyer liqanın 3-cü dövrəsi üçün nə düşünürsən ?

- Çox sevinirəm ki, zədədən sonra meydana döndüyüm ilk oyunda (İsveçrə "Sürix"i ilə yoxlama oyunu (1:1) nəzərdə tutulur – red.) qol vurmağı bacardım. Hazırlıq prosesində və yoxlama matçlarında da çalışıram ki, keçən ilki formama yaxınlaşım. Məqsədim yenə də ən yaxşı oyunlarımı sərgiləyib çempion olmaqdır.

- "Qarabağ"ın Avropa Liqadasındakı vacib oyunlarını kənardan izləmək sənə necə təsir göstərirdi?

- Təbii ki, komandamın yanında ola bilməmək məni məyus edirdi. Amma komanda yoldaşlarım yaxşı oyun sərgilədilər. Buna görə onları təbrik etmək lazımdır. Təəssüf ki, hakimin bir səhvi bizim növbəti mərhələyə çıxmağımıza mane oldu. Oynaya bilməyib ən çox üzüldüyüm qarşılaşma da "İnter"lə Bakıdakı Avroliqa matçı oldu. Bu oyunda stadionda çox gözəl atmosfer vardı. Həm də bu, komandamızın ən vacib matçı idi.

- Bəzi qarşılaşmalarda ötürmə etməyib, fərdi oyuna üstünlük verməyin azarkeşlərin narazılığına səbəb olur.

- Mən həmin epizodlarda qol vursaydım, heç kim bu iradları tutmazdı. Amma oyun ərzində hər şey elə sürətli baş verir ki, yanında kimin olub-olmadığını görə bilmirsən. Bizim əsas məqsədimiz qapıçı ilə üz-üzə gələndə qol vurmaqdır. Lakin həmişə hər şey sənin istədiyin kimi alınmır.

- Qarşına qoyduğun hədəflər nədən ibarətdir?

- Əsas məqsədim komandamın yenə çempion olmasıdır. Təbii ki, hücumçu olaraq özümü yaxşı tərəfdən göstərmək və vurduğum qollarla bu yolda klubuma kömək etmək istəyirəm. Yenə də ən önəmlisi "Qarabağ"ın uğurlarıdır.

- Bu mövsümün Avroliqanın qrup oyunlarına qədər Azərbaycana gəlmiş ən səviyyəli hücumçulardan biri hesab olunurdun. Ancaq qolçuluq bacarığını qitə miqyaslı yarışda nümayiş etdirə bilmədin.

- Mənə elə gəlir ki, çox da geriləməmişəm. Əvvəlki kimi yenə də özümü yaxşı tərəflərdən göstərə bilirəm. Vacib oyunlarda qol vurmağı bacarmışam. Doğrudur, Avropa Liqasında qol vura bilmədim. Bu da hər bir futbolçunun karyerasında ola bilər. Çalışacam ki, səhvlərimi düzəldib vurduğum qollarla azarkeşləri sevindirim.

- Azərbaycan milli komandasında oynamaq firkin qalırmı?

- Ən böyük hədəfim "Qarabağ"da yaxşı oyun sərgiləməkdir. Öncə komandamın uğurları üçün çalışmalıyam ki, hamının etimadını doğruldum. Bundan sonra hamı razılığa gəlsə, Azərbaycan milli komandasında oynamaq istəyərəm. Belə təkliflərin olması mənə əlavə stimul verir.

- Heç olubmu ki, karyeranı "Qarabağ"da bitirmək haqda düşünəsən?

- "Qarabağ" mənə zamanında qucaq açmış komandadır. Hər şey əvvəlki kimi getsə və davamlı yaxşı oyun sərgiləyə bilsəm, qalmaq istəyərəm. Əsas odur ki, komandanın mənə olan münasibəti hər zaman belə qalsın. Bunun üçün də gərək hər zaman yaxşı oyun sərgiləyəm.

- "Qarabağ"ın qazandığı uğurlardan sonra komandadan istəklər artacaq. Bu məsulliyəti öz üzərində hiss edirsən?

- Bizdən gözləntilər həmişə böyük olub. Biz də bu məsuliyyəti hiss edirik. Çalışacağıq ki, azarkeşlərin etimadını doğruldaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1377   Tarix: 25 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

"Barselona"nın futbolçusu "Beşiktaş"da oynayacaq

Türkiyənin "Beşiktaş" klubu İspaniya "Barselona"sının futbolçusunu heyətinə qatıb. "Qara qartallar" katalon klubunun bosiyalı üzvü Miralem Pyaniçi icarəyə götürüb. "Barsa"da illik 8 milyon avro məvacib alan Pyaniçə İstanbul təmsilçisinin heyətində 3 milyon avr

02.09.2021 898
.

"Fənərbağça" Kresponu transfer etdi

İstanbul nəhəngi "Fənərbağça" daha bir futbolçunun transferini rəsmiləşdirib. "Fənər" Portuqaliyanın "Eştoril" klubunda çıxış edən Migel Kresponu heyətinə cəlb edib. 1996-cı il təvəllüdlü futbolçu bu gün İstanbulda tibbi müayinədən keçəcək.( )

05.09.2021 709
.

Tokio paralimpiadası iştirakçısının keçmişdə terrorçu olduğu məlum olub

İspaniyanı Tokio-2020 paralimpiada oyunlarında üzgüçü Sebastyan Rodriqes Velozo təmsil edib. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, 64 yaşlı iflic idmançının keçmişdə terrorçu olduğu məlum olub. O, bir zamanlar törətdiyi qətlə görə 84 il müddətinə azadlıqdan məhrum edilib. Velozonu

29.08.2021 1121
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Lorenzo Sotomayor karyerasını başa vurub

Azərbaycan Boks Federasiyasının (ABF) iclası keçirilib. ABF-dən "Report"a verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya Oyunlarının yekunu və növbəti Olimpiya tsiklinə hazırlıqla bağlı təşkil olunan toplantıda qurumun vitse-prezidentləri Süleyman Mikayılovla Rövşən Hüseynov, baş katib Nağ

12.09.2021 599
.

Transferlərə ən çox pul xərcləyən klublar açıqlandı – SİYAHI

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES Football Observatory) Avropanın aparıcı futbol liqalarında cari mövsüm öncəsi yeni heyətin formalaşdırılması üçün ən çox pul xərcləyən klubların reytinqini tərtib edib. -a istinadən xəbər verir ki, bir çox gözləntilərin əksinə olaraq, PSJ siyahıda yalnız üçünc

07.09.2021 975
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688