Vərdişlər bizim haqda nələr söyləyir?

Vərdişlər bizim haqda nələr söyləyir?Vərdiş həqiqətən də bizim ikinci təbiətimizdir ki, normal yaşamağa mane olan bu vərdişdən qurtulmaq elə də asan deyil. Lakin qurtulmazdan əvvəl, onun yaranmasının səbəblərini anlamaq lazımdır.

Biz bəzən özümüz də bilmədən hər gün eyni hərəkətləri təkrarlayırıq. Bu səbəbdən biz çox vaxt ətrafdakılar və ya yaxınlarımızla dalaşırıq. Yaxınlarımız və dostlarımızla korlanmış münasibətlərdən başqa biz həmçinin bizə yaşamağa mane olan daxili diskomfortla üz-üzə qalırıq.

Əksər vərdişlər bizim şüuraltımızdan olan siqnallardır. Əgər onlara diqqət etsək biz həmin insan haqqında hətta onun özünün belə bilmədiyi məlumatlar ala bilərik. Məhz bu səbəbdən biz bu və ya digər zərərli vərdişin bizim haqqımızda nələri bildirdiyini öyrənməyə çalışırıq.

Dırnaqları gəmirmək vərdişi
Hər kəs bilir ki, dırnaqlarını gəmirən insan o qədər də yaxşı görünmür. Bir çox kişilər üçün qadının əllərinin və barmaqlarının səliqəli olması çox vacibdir və buna görə bu vərdişi olan xanımlar ola bilsin ki, əks cinsin diqqətindən bir az uzaq qalsınlar. Dırnaqları gəmirmək vərdişi daxili gərginlik, anlaşılmaz həyəcanlılıq haqqında xəbər verir. Bir qayda olaraq bu vərdiş özünə aşağı qiymət, sevgi çatışmazlığı ilə bağlıdır.

Qələm qapağını gəmirmək vərdişi
Qələmi ağzınıza vuraraq ilk olaraq xatırlayın ki, o çirkli ola bilər və bu zaman psixoloji problemlərdən başqa sizdə həm də fizioloji səviyyədə problemlər yarana bilər. İkincisi isə, belə vərdiş sizin iş reputasiyanıza da neqativ təsir edə bilər. Psixoloqlar qeyd edirlər ki, qələmin qapağını gəmirən insanlar özlərini idarə edə bilməyən bir tip kimi qəbul edilir. Bu vərdiş insanın daxili həyəcanı və gərginliyi haqqında məlumat verir.

Siqaret və alkoqola meyl
Siqaret və alkoqol bizə əlavə həzz verir, enerji axınını təmin edir, hissləri tərpədir. Həmçinin onlar hardasa psixoloji "ağrıkəsici" rolunu icra edirlər. Daha çox aktiv intellektual fəaliyyət ilə məşğul olan insanlar siqaret çəkirlər ki, bu onların fəal işləyən şüurunu dayandırmaq üçün lazım olur.

Çox yemək vərdişi
Təəssüf ki, bəzi insanlar sözün əsl mənasında "partlayana" kimi yeyirlər. Zərərli vərdişlərin əksəriyyətinin kökü əlavə həzz almaq arzusudur ki, yemək də güclü həzz hissi yaradır. Bundan başqa şüuraltı olaraq insanlar çox vaxt sevgi çatışmazlıqlarını yemək ilə kompensasiya edirlər.

Səliqəliyə, nizama fanatik meyl
Belə insanları vasvası adlandırırlar. Bu tip insanlar hətta lazımsız yerlərdə belə səliqə yaradırlar ki, əhatədə olanları bu bəzən həqiqətən də qıcıqlandırır, çünki belə davranış təmizliyə sağlam meyldən çox maniya formasını əldə edir. Bu vərdiş insanın ideala meylliliyi haqqında danışır.

Təkrar soruşmaq vərdişi
Yəqin siz bəzən həmsöhbətinizdən frazanın sonunu təkrar soruşursunuz, hərçənd ki, onu əla eşitdiniz. Yaşlı insanlarda bu vərdiş şizofreniya və ya başqa psixi xəstəliklərinin simptomu ola bilər. Bu halda mütəxəssisə müraciət etmək daha yaxşı olar.

Nəyisə qurdalamaq vərdişi
Belə vərdişi olan insanlar daxili harmoniyalarının inkişafı üzərində işləməlidirlər. Bu vərdiş narahatlıq, narazılıq və həmçinin şüuraltı idealizm haqqında danışır.

Barmaqları xırçıldatmaq vərdişi
Psixoloqların fikrincə bu vərdiş daha çox kişilərə məxsusdur. Belə vərdiş daxili inamsızlıq haqqında danışır.

Etiketləri qopartmaq vərdişi
Bu vərdiş idealizm və perfeksionizm haqqında danışır. Bizim şüuraltımızda hamar və təmiz səth daha düz göründüyü üçün bunu edirik.

qadinlar.biz


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1897   Tarix: 25 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Gecə paltarı ilə yatmayın - SƏBƏB

Gözəl, sağlam və rahat bir yuxu üçün yatarkən gecə paltarı geyinməyin. Hətta qışda belə. Bəs niyə gecə paltarı ilə yatmamalıyıq?. -a istinadən məlumat verir ki, insanların təxminən 40 faizi yatarkən gecə paltarı geyinirlər. Xüsusilə qış aylarında qalın "pijamalar" da yatmaqla daha rahat olacaqların

16.09.2021 3554
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121