Toni Adams futbol direktoru təyin olundu

Toni Adams futbol direktoru təyin olundu"Qəbələ" İdman Klubunda yeni təyinat rəsmiləşib. Uzun müddətdir klubda çalışan İngiltərə futbolunun əfsanəsi Toni Adams yeni vəzifəyə təyin olunub.

Böyük britaniyalı futbol veteranı bundan sonra "Qəbələ"nin futbol direktoru kimi fəaliyyət göstərəcək. İngiltərə millisində və "Arsenal"dakı çıxışları ilə məşhurlaşan Adams bunadək klubda iki fərqli vəzifədə çalışmışdı.

2010-cu ilin yayında Azərbaycandakı fəaliyyətinə baş məşqçi kimi başlayan ingiltərəli 2011-ci ilin noyabrınadək "qırmızı-qaralar"ın "sükanı arxasında" olub. Bu müddətdə komandanı 47 rəsmi matça çıxaran Adams 2012-ci ilin aprelindən futbol direktoru təyin olunanadək "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərovun müşaviri vəzifəsində fəaliyyə göstərib. Mütəxəssis yeni təyinatı ilə bağlı fikirlərini gabalafc.az saytına açıqlayıb:

"Qəbələ"yə baş məşqçi kimi gələndə bir müddət çalışıb komandanı müəyyən mərhələyə qədər inkişaf etdirdik. Həmin vaxt diqqətimi əsasən klubun meydançada və ondan kənardakı sahəsində inkişafına yönəltmişdim. Ardınca işimdən ayrılsam da, bir müddət sonra klubun prezidenti məni dəvət edib, özünün müşaviri vəzifəsinə təyin etdi. Bu müddətdə həm əsas komandanın oyunlarını, akademiyanın fəaliyyətini izləyir, onların inkişaf proqramı haqda fikirlərimi klub rəhbərinə hesabat şəklində təqdim edirdim. Müşavir vəzifəsindən futbol direktorluğuna keçmək, təbii ki, komandayla daha sıx əlaqədə olmaq, akademiyanın işini meydançada görmək, infrastrukturu inkişaf etdirmək mənasına gəlir. Əvvəl daha çox məsləhətçi qismində çalışırdımsa, indi öz təcrübəmi bölüşməklə yanaşı, görülən işlərə görə həm də məsuliyyət daşıyıram. "Qəbələ"yə, Azərbaycana qayıtmaq mənim üçün çox xoş oldu. Əminəm ki, klubun inkişafına kömək edə biləcəm".

Adams yeni vəzifəsindəki ilk günlərindən danışıb: "Bu gün artıq nəticələri görməyin vaxtıdır. Çünki arxada qalan müddətdə böyük dəyişikliklərin olduğunu hiss edirəm. İndi komandaya Roman Qriqorçuk kimi yüksək səviyyəli baş məşqçi dəvət olunub. Onun baş məşqçi təyin olunması əla seçim idi. Hazırkı dövrdə yeni baş məşqçi ilə birgə çalışıb, ona dəstək olacağam. Qriqorçukun keçdiyi məşq proseslərini izləmişəm. Ukraynalı mütəxəssis komandanı yüksək səviyyədə hazırlayır. Antalya toplanışında mənim əsas işim məşqçiyə dəstək olmaq, komandanın inkişafına kömək etməkdir. Nəticəni isə mövsümün sonunda görəcəyik. Sözsüz ki, klubun əvəzedici heyətinin və futbol akademiyasının da işini diqqətdə saxlayıram".

Adams mövsümün ikinci yarısına hazırlaşan "qırmızı-qaralar"ın avrokubok şanslarını dəyərləndirib: "Məncə, mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağıq. Belə bir məşqçi ilə komanda liderlər sırasında olmalı, ilk 4 pillədən birini tutmalıdır. Çempionat da sona qədər mübarizə edəcəyik və kifayət qədər ciddi rəqiblərimiz var. Amma bizim də yaxşı heyətimiz var. Qriqorçuk kimi baş məşqçi ilə avrokuboklardan kənar qalmağımız da inandırıcı gəlmir".

"Qəbələ"nin futbol direktoru qeyd edib ki, yeni məşqçilər korpusu ilə birlikdə klubda bir sıra addımlar atacaqlar: "Heyətlə bağlı çalışmalarda olduqca diqqətli davranmalıyıq. Seleksiya işində səhvə yol vermək olmaz. Toplanış başa çatdıqdan sonra növbəti mövsüm üçün oyunçu seçiminə başlayacağıq və bu proses may ayına qədər davam edəcək. Qriqorçukla birlikdə çalışıb, komandanı irəli apara bilərik. "Qəbələ"də struktur, gənclərlə, əsas komandayla iş, bir sözlə hər şey yüksək səviyyədədir. Klubun prezidenti, vitse-prezidenti, baş meneceri və mən hamımız birgə baş məşqçiyə dəstək olmalıyıq. Təbii ki, klubda meydançadan kənar fəaliyyətlərlə də məşğul olacağıq. Klubun bütün departamentləri ilə birgə işləyəcəyik. Fikrimcə, hazırda klubun növbəti inkişaf mərhələsinə qədəm qoyuruq və hazırki kollektivlə bərabər bizi uğurlu bir dönəm gözləyir".

Qeyd edək ki, "Qəbələ"yə qədər vətənində "Uikomb" və "Portsmut" klublarını çalışdıran Adams zəngin futbolçu karyerası ilə tanınıb. 49 yaşlı veteran karyerası ərzində yalnız bir klubun "Arsenal"ın formasını geyib və 500-dən artıq matç keçirdiyi komandada 14 il kapitan olan müdafiəçi İngiltərə yığmasında 66 matç keçirib.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 886   Tarix: 24 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Ronaldonun yeni klubu rəsmən açıqlandı

"Yuventus"dan ayrılan Kristiano Ronaldonun yeni klubu açıqlanıb. xəbər verir ki, portuqaliyalı futbolçu "Mançestr Yunayted"ə transfer olunub. Məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. Qeyd edək ki, təcrübəli forvard daha öncə də "qırmızı şeytanlar"da çıxış edib

27.08.2021 1027
.

Ronaldonun Bakıya gələcəyi dəqiqləşdi

Futbol üzrə Portuqaliya yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsində İrlandiya və Azərbaycanla oyunlarına və Qətərlə yoldaşlıq matçına heyəti bəlli olub. xəbər verir ki, baş məşqçi Fernandu Santos siyahıya 25 oyunçu daxil edib. Onların arasında İtaliyanın "Yuventus" klubunda

26.08.2021 1232
.

UEFA səfər oyunlarında azarkeşlərin iştirakına icazə verdi - FOTO

UEFA gələn həftədən etibarən avrokuboklar və milli komandaların səfər oyunlarında azarkeşlərin iştirakına izacə verib. Bu barədə Avropa Futbol Azarkeşləri (FSE) təşkilatı məlumat yayıb. Azarkeşlərin pandemiya ilə bağlı bütün qaydalara əməl etməsinin vacibliyi qeyd olunub

06.09.2021 593
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023