Qazaxıstanlı peşəkar boksçu Azərbaycanı təmsil edəcək

Qazaxıstanlı peşəkar boksçu Azərbaycanı təmsil edəcək"Məndə fanatizm və motivasiyadan başqa heç nə yoxdur".

Qazaxıstan boksçusu Bəxtiyar Eyyubov bundan sonra Azərbaycanı təmsil edəcək, bu barədə Boxingnews.kz bildirib.

28 yaşlı boksçunun aktivində peşəkar rinqdə 5 döyüş (beş qələbə) var.

"Hal-hazırda danışıqlar aparılır, amma mən sponsorların adını açıqlamaq istəməzdim. Sadəcə Azərbaycanı təmsil etmək qərarına gəldiyimi deyə bilərəm.

Amil çoxdur: peşəkar rinqdə döyüşmək və maddi vəziyyəti yaxşılaşdırmaq. Eyni zamanda, qeyd edim ki, vətənimin bayrağı hər zaman mənimlə olacaq. Rinqə iki bayraqla çıxacam", - Bəxtiyar Eyyubov qeyd edib.

Boksçunun sözlərinə görə, bu müddət ərzində o peşəkar boks aləmində öz gücünə irəliləyib.

"Məndə fanatizm və motivasiyadan başqa heç nə yoxdur. İndiyə qədər bütün məsələləri özüm həll etmişəm. Müstəqil məşq etmişəm. Çox çətin idi. Qazaxıstandan heç bir dəstək olmayıb. Hətta peşəkar rinqdə qalib olanda təbrik belə gəlməyib.

Doğulduğum və böyüdüyüm Aktobada ilin nəticələrində məni heç idman planında qeyd belə etmədilər, heç bir dəstək olmadı. Baxmayaraq ki, mən bu şəhərdən yeganə peşəkar boksçuyam", - idmançı əlavə edib.

Bəxtiyar Eyyubovun son döyüşü Berlində rumın Romeo Pauna qarşı 2014-cü ilin sentyabr ayının 26-da olub. Görüş birinci raundda texniki nokautla Eyyubovun xeyrinə başa çatıb.

oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 954   Tarix: 24 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Tokio-2020-də 219 nəfər koronavirusa yoluxub

Tokio-2020 Paralimpiya Oyunlarında COVID-19-a yoluxanların sayı 219-a yüksəlib. Unikal.org-a istinadən xəbər verir ki, oyunlar çərçivəsində son sutkada daha 22 nəfərdə koronavirus aşkar edilib. Həmin şəxslər karantinə alınıblar. Qeyd edək ki, 160 ölkədən 4 440-ə yaxın idmançının 22 növdə yarışdığı Tokio-202

28.08.2021 476
.

"Sabah"ın baş məşqçisi: "Vaxta ehtiyacımız var"

"Rəqibi təbrik edirəm. Oturuşmuş komandaya qarşı oynadıq. Bizim heyət yeni yığılıb. Üstəlik 5 futbolçumuz da müxtəlif səbəblərdən bu gün oynamırdı. Ancaq bütün bunlar məğlubiyyətə səbəb deyil. Sadəcə, vaxta ehtiyacımız var". "Report"un məlumatına görə, bu fikirləri "Sabah"ı

22.08.2021 688
.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Azərbaycanlı idmançı Paralimpiya rekordu qırıb, qızıl medal qazandı

Atletikanın nüvə itəlmə növü üzrə idmançımız Elvin Astanov (F53 kateqoriyası) Tokio Paralimpiya Oyunlarında Azərbaycana səkkizinci qızıl medalı qazandırıb. O, 8.77 metr nəticə göstərərək Paralimpiya rekordunu yeniləyib və yarışların qızıl medalını qazanıb. Qeyd edək ki, bu nəticə ilə Azərbaycan meda

29.08.2021 1349
.

Taekvondoçularımız üç gümüş medal qazandılar

Tallində yeniyetmə və 21 yaşadək idmançılar arasında təşkil olunan qitə birinciliyinin son yarış günündə yeniyetmə taekvondoçularımız aktivlərinə daha üç gümüş medal əlavə ediblər. xəbər verir ki, yeniyetmə milli komandamızın üzvləri Vasif Səlimov (45 kiloqram), İslam Əhmədzadə (53 kiloqram) və Nərgi

27.08.2021 665
.

İbrahimoviçin qayıdacağı vaxt bilindi

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviçin yaşıl meydanlara qayıdacağı vaxt məlum olub. İsveçli hücumçu milli komandalara görə yaranan fasilədən sonra əsas komanda ilə məşqlərə qoşulacaq. Bu barədə "Milan"ın baş məşqçisi Stefano Pioli klubun mətbuat xidmətinə açıqlamasında deyib

23.08.2021 954
.

Azərbaycan Paralimpiyada ilk qızıl medalını qazandı

Azərbaycan idmançısı Paralimpiya Oyunlarında ilk qızıl medalını qazanıb. xəbər verir ki, Azərbaycanın paracüdoçusu Şahanə Hacıyeva finalda fransız rəqibinə qalib gələrək paralimpiya çempionu olub. O, finalda Sandrin Martini (Fransa) vaza-ari ilə məğlub edərək Azərbaycana ilk qızıl medalı qazandırıb

27.08.2021 1074
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Yerkökü yeyərkən çənəsini sındırdı - FOTO

Niderlandın "Herenven" klubunun futbolçusu Rami Kaib kuryoz hadisə yaşayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, isveçli müdafiəçi yerkökü yeyərkən çənəsini sındırıb. Bu barədə "Herenven" klubunun rəsmisi yerli mətbuata açıqlamasında deyib. Kaib bir müddət əvvəl çənəsində

13.09.2021 1755