Uşaqlara bu adların qoyulması qadağandır

Uşaqlara bu adların qoyulması qadağandır"Azərbaycandakı ad və soyadların milliləşdirilməsində əvvəlki illərlə müqayisədə inkişaf var. Soyad sonluqlarının dəyişdirilməsi daha çox nəzərə çarpır".

Bunu açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib. O qeyd edib ki, soyad formalarının dəyişdirilməsinə maraq artıb, vətəndaşlar daha çox "-lı" şəkilçisi ilə olan formaya və şəkilçisiz formaya üstünlük verir: "Ümumi ictimai fikrə əsaslansaq, milliləşmə prosesinin sürətləndiyini qeyd edə bilərik.

2-3 il əvvəl ölkəmizdə islam dinini tərənnüm edən adlara üstünlük verilsə də, bu sayda azalma müşahidə edilir. Daha çox türk mənşəli adlara üstünlük verildiyini görürük. Bu sırada Türkiyədən gələn adlar da çoxdur".

"Keçmişdə uşaqlara verilən qəribə adlara indi də rast gəlinirmi" sualına cavab olaraq Mədəniyyət komitəsinin sədri deyib ki, həmin adlar, eyni zamanda həddindən artıq sosialist məzmun daşıyan adlar qəti şəkildə aradan qalxıb.

Nizami Cəfərov onu da vurğulayıb ki, Həsənqulu, Hüseynqulu kimi ikimərtəbəli adların uşaqlara verilməsi də aradan götürülüb. "Bu adlarla bağlı qadağa olmasa da, tövsiyə olunmur".

Onun sözlərinə görə, Azərbaycanda uşaqlara verilməsi qadağan olunan adlar var: "Həmin adlar təhqir məzmunlu, kiçildici məna bildirən adlardır. Hitler adının qoyulması da qadağandır".

Atatürkün adının uşaqlara verilməsinə qadağa qoyulmasına gəlincə, Nizami Cəfərov deyib ki, bu adla bağlı konkret qadağa olmasa da, qoyulması məsləhət görülmür: "Atlıtürk, Ulutürk adları da həmin sıradadır. Fikrimcə, qadağa olmasa da, bu cür adları uşaqlara qoymaq olmaz".

modern.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 10374   Tarix: 23 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

İtlər hətta simvolları anlamaq qabiliyyətinə malikdirlər - ARAŞDIRMA

Alimlər kəşf ediblər ki, itlər əslində bizim düşündüyümüzdən daha çox söz və rəmz başa düşmək qabiliyyətinə malikdirlər. Alimlərin bu yeni araşdırması Britaniyada dərc edilən "Current Biology" jurnalında çap edilib. Belə ki, mütəxəssislər elektroensefaloqrafiya (baş beyinin summar elektri

24.03.2024 308
.

Xalçalardakı bu saçaqlar nə üçündür?

Evlərin bir çox aksesuarla yanaşı, xalçalar da ən vacib əşyalardan biridir. Xalçaların kənarındakı saçaqları əksər insanlar bəzək məqsədilə tikildiyini düşünürlər. Texnologiya bu qədər inkişaf etməmişdən əvvəl xalçaçılıqla tanınan Azərbaycanda saysız-hesabsız xalça modelləri var. Əksər xalça modellərini

24.03.2024 505
.

Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?

Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərini

24.03.2024 302
.

Sevgililərin ayrılmaq üzrə olduğunu göstərən 3 QIRMIZI BAYRAQ

Boşanmalar nadir hallarda qəfil olur. Adətən bir əlaqənin sona çatmasından əvvəl uzun müddət sevgi sönməyə başlayır. Çox vaxt əvvəlcədən cütlüyün ayrılacağı qənaətinə gəlmək olar: hətta sevgililər ictimaiyyət arasında mübahisə etməsələr də. BİG.AZ -a istinadən bildirir ki, münasibətlərin tezliklə son

16.03.2024 491
.

Sabahdan bu ölkədə teleqram işləməyəcək

İspaniya Ali Məhkəməsi teleqramın messencerinin ölkədə fəaliyyətini dayandırmaq qərarına gəlib. Axşam.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qeyd olunub ki, İspaniyada teleqramın istifadəsi Atresmedia, EGEDA, Mediaset və Telefonica media şirkətlərinin tələbindən sonr

24.03.2024 300
.

Tarixdə bir ilk: Sadəcə, düşüncənin köməyi ilə sosial şəbəkədə paylaşım etdi

Beyninə çip implantasiya edilən Nolan Arbo düşüncələrdən istifadə edərək "X" sosial şəbəkəsində ilk paylaşımını edib. Bu barədə "Neuralink" neyrotexnoloji şirkətinin rəhbəri, amerikalı milyarder İlon Mask özünün sosial şəbəkə hesabından məlumat verib. "Telepathy" (şirkət

23.03.2024 334
.

Zimbabvedə "peyğəmbər" peyda olub: Azyaşlı uşaqları istismar edirmiş

Zimbabve polisi özünü "peyğəmbər" elan edən şəxsi həbs edib. Sekta lideri olan İşmail Çokuronqerv və onun yeddi tərəfdaşı müxtəlif cinayət əməllərinə görə saxlanılıblar ki, bu cinayətlərin içində azyaşlılara qarşı zorakılıq halları da olub. Polis Harare şəhəri yaxınlığındakı fermalardan birind

17.03.2024 401
.

İçərisində insan qalıqları olan çanta tapıldı

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib. Baxış zamanı hüquq-mühafiz

10.03.2024 523
.

Alimlər Yerin dərinliklərində nə qədər su olduğunu müəyyən ediblər

Kanada alimləri yer qabığında su ehtiyatlarının mövcud olduğunu müəyyən ediblər. Hesablamalara görə, planetimizin dərinliklərində 43,9 milyon kub kilometr su var. Bu, Yer kürəsinin bütün buzlaqlarında olduğundan daha böyük su ehtiyatıdır. Tədqiqat "Geophysical Research Letters" (GRL) elmi jurnalınd

10.03.2024 495