Gənclər Evinin açılışı oldu - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 13-də Sumqayıtda Gənclər Evinin açılışında iştirak edib.

BiG.AZ saytı axsam.az saytına istinadən bildirir ki, son dövrlərdə digər sahələrdə olduğu kimi, gənclər siyasəti istiqamətində də çox mühüm nailiyyətlər əldə edilib. Bütün bu uğurlar ölkəmizdə gənclər siyasətinin formalaşdırılması üçün həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir. Bu sahənin inkişafı da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ölkədə həyata keçirilən gənclər siyasəti 2003-cü ildən başlayaraq uğurlu nəticələrlə yadda qalıb. 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı bu məsələdə çox mühüm rol oynayıb. Hazırda həyata keçirilən "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı bu tədbirlərin məntiqi davamıdır.

Hazırda ölkə gəncləri vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsiplərinə, həmçinin tarixi keçmişimizə, milli mənəvi dəyərlərimizə rəğbət ruhunda tərbiyə olunurlar. Bu məsələ respublikamızda prioritet istiqamətlərdən biridir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Bölgələrdə müasir tələblərə cavab verən sosial infrastruktur obyektlərinin və gənclər mərkəzlərinin, gənclər evlərinin istifadəyə verilməsi də məhz həmin məqsədlərə xidmət edir. Belə gənclər evlərindən biri də Sumqayıtda yaradılıb.
Dövlətimizin başçısı Gənclər Evinin rəmzi açılışını bildirən lenti kəsib.
Gənclər və idman naziri Azad Rəhimov Prezident İlham Əliyevə burada yaradılan şərait barədə məlumat verib.

Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Sumqayıta səfərlərini, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət stend yaradılıb. Bu Gənclər Evi Prezidentin 2011-ci ildə imzaladığı Sərəncamla təsdiq edilmiş "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə tikilib. Binanın inşası üçün şəhərin 5-ci mikrorayon ərazisində 246 kvadratmetr torpaq sahəsi ayrılıb. Üç mərtəbə və terrasdan ibarət binada caz klub, səhnəsi olan böyük kafe-bar, art-studiya, internet klub yaradılıb. Burada, həmçinin biznes və hüquqi məsləhət mərkəzləri, vətənpərvərlik klubu, gənclər üçün "Qaynar xətt" xidməti, peşəyönümü mərkəzi, bütün müasir və zəruri avadanlıqla təchiz edilmiş videostudiya da gənclərin ixtiyarına veriləcək.
Gənclər Evinin masaüstü oyunlar otağında asudə vaxtın daha səmərəli təşkili üçün hər cür şərait var. Burada, həmçinin istedadların hazırlığı laboratoriyası və xarici dillər üzrə danışıq klubu da fəaliyyət göstərəcək.

Binadakı "dəyirmi masa" zalı da müasirliyi ilə diqqəti cəlb edir. Bir sözlə, burada gənclərin potensialını üzə çıxarmaq və onu inkişaf etdirmək üçün bütün şərait yaradılıb.
Gənclər Evinin 110 yerlik müasir akt zalı da vardır. Burada gənclərlə bağlı müxtəlif tədbirləri ən yüksək səviyyədə təşkil etmək mümkün olacaq. Tədbirlər zamanı regionlardan gələn gənclərin qalmaları üçün bir və iki nəfərlik 10 otaq yaradılıb. Binanın sonuncu mərtəbəsində açıq havada 50 nəfərlik restoran gənclərin ixtiyarına veriləcək. Binanın inzibati bölməsindəki otaqların hamısı zəruri avadanlıqla təmin olunub.

Dövlətimizin başçısı Gənclər Evində Olimpiya Hərəkatı Muzeyi və Beyləqanda inşa edilən Olimpiya kompleksinin eskiz layihəsinə də baxıb.

Gənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTOGənclər Evinin açılışı oldu - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1108   Tarix: 14 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Bakıda taxta bazarı yanır, əraziyə polislər cəlb olunub - FOTOLAR

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. DİN-in mətbuat xidmətindən "Report"a bildirilib ki, təhlükəsizlik tədbirləri görülür. 17:24. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərini

17:39 0
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 196
.

Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılığın əldə olunması tarixi hadisədir - RƏY

Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinin ilkin mərhələsində Qazax rayonunun işğalda olan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycana qaytarılması barədə razılıq əldə olunması xüsusi önəm daşıyan tarixi hadisədir. Bunu "Report"a Milli Məclisi

17:40 0
.

Cavanşir Məmmədov vəfat etdi - Yenilənib

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib. Axşam.az-ın məlumatına görə, 70 yaşlı müğənni bu gün qəfil ürəktutmasından dünyasını dəyişib. Xəbəri Axşam.az saytına onun duet ortağı Firuzə İbadova təsdiqləyib. *. Müğənninin ölümü ilə əlaqədar Axşam.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib:. "Əməkda

13:23 1337
.

İsrail əsgərləri 3 fələstinlini yaralayıb

İşğal altındakı İordan çayının qərb sahilində Nablus şəhərinin Beyta qəsəbəsində baş verən hadisələrdə İsrail əsgərləri 3 fələstinlini yaralayıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən yazılı açıqlamada İsrail əsgərlərinin Beyta qəsəbəsində ikisi uşaq olmaqla 3 fələstinlini yaraladığ

12:30 103
.

ABŞ-də ilk: Bayden istehsal olunan uranın miqdarını AÇIQLADI

ABŞ prezidenti Co Bayden ölkəsinin ilk 90 kiloqram zənginləşdirilmiş uranı istehsal etdiyini açıqlayıb. Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. ABŞ liderinin Vaşinqtonda seçki kampaniyası zamanı çıxışında qeyd etdiyi kimi, ilin sonuna qədər ABŞ nüvə reaktorları üçün təxminən bir ton yanaca

16:40 0
.

Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı

Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın

19.04.2024 451