"əl-Qariə" surəsinin izahı

"əl-Qariə" surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Qəlbləri Qorxuya salan!
2. Qəlbləri Qorxuya salan nədir?
3. Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
4. O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.
5. Dağlar isə didilmiş yun kimi olacaqdır.
6. O gün kimin tərəziləri ağır gələrsə,
7. xoşbəxt güzəran sürəcək.
8. Kimin tərəziləri yüngül gələrsə,
9. məskəni Həviyə olacaqdır.
10. Sən haradan biləsən ki, o nədir?
11. O, çox qızmar bir oddur!
əl-Qariə (Qorxuya salan) surəsinin izahı
 
Qəlbləri Qorxuya salan (əl-Qariə)!
Qiyamət günü sur üfürüldükdə qəlblər qorxuya düşəcək. Uca Allah buyurur: "Sur üfürüləcəyi gün Allahın istədiklərindən başqa, göylərdə və yerdə olanlar dəhşətə düşəcək və hamısı Onun hüzuruna baş əyərək gələcəkdir" (ən-Nəml, 87).
Qiyamət günü insanlar dəhşətli qorxu keçirəcək. əl-Qariə sözü Qiyamət gününün adlarından biridir. Həmçinin, Qiyamət gününün əl-Ğaşiə (bürüyən), əl-Həqqa (haqq olan), əl-Vaqiə (vaqiə) və başqa adları da vardır.
 
Qəlbləri Qorxuya salan (əl-Qariə) nədir? Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?
Bu ayədəki "nədir?" sualı Qiyamət gününün əzəmətini bildirmək üçün, sonrakı cümlənin sualı isə o günün əzəmətini daha da artırmaq üçün verilir. Yəni, Qiyamətin necə əzəmətli və dəhşətli bir gün olmasından xəbərin varmı? Sonra Uca Allah onun nə vaxt baş verəcəyi haqda xəbər verərək buyurur:
 
O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar
Yəni, Qiyamət günü insanlar qəbirlərdən səpələnmiş pərvanələr kimi çıxacaqlar. Pərvanələr gecə vaxtı odun ətrafında toplanan kiçik və zəif məxluqlardır. Onlar demək olar ki, kor-koranə hərəkət edir və ağılsız olduqlarına görə hiss etmədən odun içinə düşə bilirlər. Qiyamət günü də insanlar qəbirlərdən zəif pərvanələr kimi kor-koranə hərəkət edərək ətrafa səpələnəcəklər. İnsanların qəbirlərdən bu vəziyyətdə çıxmaları Qiyamətin mənzərəsinin nə dərəcədə dəhşətli olduğunu göstərir. İlk insan olan Adəm peyğəmbərdən ta Qiyamət gününədək Yer kürəsinin hər bir yanından qəbirə gömülən, eləcə də quruda və suda ölərək qəbirə gömülməyən bütün insanlar bir anda çıxacaqlar. Dağlara gəldikdə isə Uca Allah buyurur:
 
Dağlar isə didilmiş yun kimi olacaqdır
Qiyamət günü yerdə olan əzəmətli dağlar yun və ya pambıq kimi didilərək küləyin asanlıqla sovurduğu toz-torpağa dönəcək. Uca Allah buyurur: "(Qiyamət günü) dağlar parça-parça olub ovxalandığı və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman" (əl-Vaqiə, 5-6).
 
O gün kimin tərəziləri ağır gələrsə, xoşbəxt güzəran sürəcək
Bu ayədə "tərəziləri" dedikdə tərəzidə çəkilən yaxşı və pis əməllər nəzərdə tutulur. Çünki səhih hədislərdə Qiyamət günü bir tərəzinin qoyulacağı bildirilir. O gün Uca Allah insanları iki qrupa böləcəkdir:
1. Tərəzidə savabları günahlarından ağır gələn kimsələr.
2. Tərəzidə günahları savablarından ağır gələn və ya kafir olub heç bir savab əldə etməyən kimsələr.
Qiyamət günü kimin savabları günahlarından ağır gələrsə, ona Cənnətdə nemətlərlə və gözəlliklərlə dolu, xoşbəxt həyat bəxş ediləcək. Uca Allah buyurur: "Onlara orada heç bir yorğunluq toxunmayacaq və onlar oradan çıxarılmayacaqlar" (əl-Hicr, 48).   
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "(Cənnət əhli Cənnətə girdikdə) bir çarçı belə xitab edəcək: "Siz sağlam olub, heç vaxt xəstələnməyəcəksiniz. Siz yaşa­yıb, heç vaxt ölməyəcəksiniz. Siz gənc qalıb, heç vaxt qocalmaya­caqsı­nız. Siz nemət içində olub, heç vaxt kədərlənməyəcəksiniz". Bu haq­da Uca Allah belə buyurur: "Etdiyiniz əməllərə görə varisi olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)". (Muslim, 7336).
 
Kimin tərəziləri yüngül gələrsə, məskəni Həviyə olacaqdır
Qiyamət günü tərəziləri yüngül gələnlər heç bir savab əldə etməyən kafir və ya savabları günahlarından yüngül gələn müsəlman olacaqdır. Kafir Allaha küfr edərək və ya Ona ibadətdə şərik qoşaraq bu hal üzərində ölərsə, etdiyi yaxşı əməllərə görə heç bir savab əldə etməyəcək. O, yaxşı əməllərin əvəzini elə bu dünyada alacaq və axirətdə oddan başqa heç bir nəsibi olmayacaq. Allah Elçisi buyur­muşdur: "Allah möminin etdiyi bir yaxşı əməlini belə mükafatsız qoymur, ona yaxşı əməlinə görə həm bu dünyada, həm də Axirətdə mükafat verir. Kafirə gəlincə isə Allah üçün etdiyi yaxşı əməllərə görə ona bu dünyada ruzi verilir və Axirətə köçdükdə əvəzində mükafat alacağı heç bir yaxşı əməli qalmır". (Muslim, 2808).  
Həmçinin, qəlbində iman olduğu halda tərəziləri yüngül gələn müsəlman da bağışlanmayacağı təqdirdə Cəhənnəm oduna girəcək. Lakin kafirdən fərqli olaraq o, günahlarına görə bir müddət əzab çəkdikdən sonra Cənnətə daxil olacaqdır. 
Həviyə Cəhənnəmin adlarından biridir. Qiyamət günü tərəziləri yüngül gələn kimsələr başı üstə Cəhənnəm oduna atılacaqlar. Sonra Uca Allah buyurur:
 
Sən haradan biləsən ki, o nədir? O, çox qızmar bir oddur!
Buradakı sual Həviyənin dəhşətli olduğunu bildirmək üçün verilir. Cəhənnəm odunun hərarəti dünyadakı oddan altmış doqquz dəfə yüksəkdir. Peyğəmbər demişdir: "Sizin istifadə et­di­yi­niz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir." Bir nəfər dedi: "Ya Rəsu­lullah, elə bu da bəs edər!" Peyğəmbər dedi: "Cəhənnəm odu dün­yadakı oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri gör­düyünüz od qədər yandırıb-yaxandır." (əl-Buxari, 3265).
Bu surədə Uca Allah savabları günahlarına bərabər olan insanlar haqqında danışmasa da, əl-Əraf surəsində onların Cəhənnəm oduna girməyəcəkləri və "əl-Əraf" (sədd) adlanan yerdə bir müddət saxlanıldıqdan sonra Cənnətə girəcəkləri haqda xəbər verir. Uca Allah buyurur:
"Hər iki tərəfin arasında pərdə və səddin üzərində hər kəsi simasından tanıyan insanlar olacaqdır ki, onlar Cənnət əhlini səsləyib: "Sizə salam olsun!" deyəcəklər. Halbuki özləri çox istədikləri halda hələ Cənnətə girməyəcəklər. Onların gözləri Od sakinlərinə tərəf çevrildikdə isə deyəcəklər: "Ey Rəbbimiz, bizi zalımlara tay tutma!" Sədd əhli əlamətlərindən tanıdıqları adamları səsləyib deyəcəklər: "Sizə nə yığdıqlarınız, nə də təkəbbürlük göstərməyiniz fayda vermədi". "Allah onlara mərhəmət nəsib etməyəcəkdir"– deyə barəsində and içdiyiniz kəslər bunlardırmı?" Sədd əhlinə deyiləcəkdir: "Cənnətə girin! Sizə heç bir qorxu yoxdur və siz kədərlənməyəcəksiniz" (əl-Əraf, 46-49).


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2115   Tarix: 10 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramazanın 27-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 27-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:46-da, iftar isə saat 20:00-dadır. Ramazan ayının 27-ci gününün duası:. "Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məazir

09.05.2021 2237
.

Nəyə görə ayaqyoluna sol ayaqla girib sağ ayaqla çıxmaq tövsiyə edilir?

Tibb elmi buna cavab verir. İnsan ayaq yoluna sağ ayağı ilə daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o arxası üstə yerə düşmüş olur. Əgər sol ayaqla daxil olduğu zaman ürək tutması və ya iflic olarsa bu zaman o üzü üstə ayaq yoluna düşmüş olur. Heç bir müsəlman ayaq yolunda nəcis ola

11.01.2020 5697
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Heydər məscidində Qurban bayramı namazı qılınıb

Heydər məscidində Qurban bayramı namazı qılınıb. "Report" xəbər verir ki, namazda bir neçə nəfər iştirak edib. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi koronavirus pandemiyasına görə bayram namazını evdə ailə ilə birlikdə qılmağı tövsiyə edib

31.07.2020 2512
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Niyə insanın qulağında acı su var?

İmam Kazım (ə) buyurur: "Həqiqətən, Allah Təala bir-biri ilə bağlı olan iki aləm xəlq etmişdir. Onlardan biri Ulyadır, o birisi isə Suflidir. Hər iki aləmin yaradılışını insanda icad etmişdir. Necə ki, bu aləmi kürəvi şəklində xəlq etmişdir, insanın başını da kürəvi şəklində xəlq etmişdir. İnsanı

02.05.2021 3283
.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237