Erməni əsirliyində qul olan Azərbaycanlı girovlar - FOTO

Erməni əsirliyində qul olan Azərbaycanlı girovlar - FOTOBiG.AZ KarabakhİNFO.com beynəlxalq elektron jurnalına istinadən əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar yazını faktlarla sizə təqdim edir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" –nın saytında yazılır: "1 noyabr 2014-cü il tarixinə əsir, itkin düşmüş və girov götürülmüş şəxslərin sayı 4016 nəfər olduğunu Onlardan 3256 nəfər hərbçi, 758 nəfər mülki şəxslərdir. 2 nəfərin hərbçi və ya mülki olduğu məlum deyil".

1993-cüildən bu günə qədərAzərbaycan əsirləri onların taleyi haqda.
Araşdırmalarımıza görə Dağlıq Qarabağda qanlı müharibələrin
başladığı ilk günlər Azərbaycan əsirlərini Şuşa və Xankəndi həbsxanalarında saxlayan ermənilər Qırımızı Xaç və digər beynəlxalq təşkilatların gözlərindən onları gizlətmək üçün bir neçə əsas gizli məkan seçir. Onlardan biri Spitak rayonunda zəlzələ nəticəsində yararsız hala düşən binların birində yaradılan gizli düşərgə(Ermənistan) ünvan, 306-cı məhəllə, ikinci Əsgəran rayonunda (Qarabağ) yerləşən Bankın zirzəmisi,Kəlbəcər rayonunda qızıl yataqları çıxarılan mədənlərin içərisində, Leninakan və Gümrüdə keçmiş hərbi bazalarda.

Əsirlərin ilk olaraq işğal olunan rayonlarda ermənilərin talançılıq məqsədi ilə fəhlə kimi işlədilməsi olub. Hətta bəzi girov və əsirlərin Azərbaycan qəbirlərinin dağıdılmasına etiraz olaraq intihar etməsi bildirilir.

Henri Böll Fondunun layihiəsi əsasında 18-31 oktyabr 1998-ci ildə Qarabağ müharibəsi zamanı əsir və itkin düşənlərin taleyi ilə maraqlanan ekspertlərin hesabatında diqqəti cəlb edən bir iki məqamı yazmaq yerinə düşər:

№ 65 adı ilə əsir sayılan Məmmədəli Qasımov 16 iyun 1994-cü ildə "guya qaçış zamanı öldürülüb". Əslində bu şəxs Azərbaycan məzarını qazmaqdan və başdaşlarını sökməkdən imtina etdiyi üçün güllələnib. (1993-1995-ci illərdə Şuşa, Xankəndi və Xocavənd rayonlarında əsir saxlanılmış Rəsul Nemət oğlu Ramazanov Dövlət Komissiyasına ünvanlandığı 474/DK saylı izahatında qeyd etmişdir: "Şuşa şəhərində saxlandığım dövrdə oradakı azərbaycanlıların qəbiristanlığındakı baş daşların, qədim türbələrin, qiymətli plitələrin sökülməsinin şahidi olmuşam. Bundan başqa qədim şəhər məscidinin də söküldüyünü görmüşəm. Həmin materiallar Yerevana aid nömrə maşınlarla birbaş Ermənistana daşınırdı. Göstərilənlərlə yanaşı, Ağdam rayonundakı tikililərin də sökülüb daşındığını görmüşəm".)

Elxan Əhmədov adlı girov Qarabağda işlərdən imtina etdiyi üçün 1994-cü ilin yanvar ayında İrəvan polis idarəsinə gətirilib və o da ildə "guya qaçış zamanı öldürülüb". Lakin həqiqət budur ki, İrəvan mərkəzində hərbi polis idarəsindən qaçmaq barədə hətta ən düşüncəsiz adam belə edə bilməz. Real həqiqət: fəhlə kimi Qarabağda işləməkdən imtina edən Elxan yerindəcə güllələnib. (1993-1996-cı illərdə erməni əsirliyində olmuş Məmmədov Vəlhəd Adil oğlu özünün 30.06.2003-cü il tarixli 474/DK saylı izahatında əsirlərin azərbaycanlılara məxsus tarixi abidələrinin sökülməsində işlədildiyini təsdiq edərək Şuşa məscidinin döşəməsinin söküldüyünü, Bülbülün büstünün güllələnmiş halda muzeyin həyətinə atıldığını, M.P.Vaqifin heykəlinin ətrafındakı döşəmənin mərmər lövhələrinin qoparıldığını və müsəlman qəbiristanlıqlarının dağıdıldığını bildirmişdir.)

Azər adlı 15 yaşlı mülkü şəxs. 1994-cü ildə Xankənində bir qadın tərəfindən erməni zabitlərindən pulnan alınmış və onun mülkündə xidmətçi kimi işləməyə cəlb edilmişdir.

Rəhimov Rəhim adlı bir azərbaycanlı girov geri qaytarılan əsgərlərin biri ilə 1993-cü ildə ailəsinə gizlincə məktub ötürə bilmiş və Xankənində saxlandığını yazmışdır. Erməni tərəfi belə bir adamın yoxluğunu iddia etsə də, həmin şəxs hazırda erməni girovluğunda qalmaqda və qul kimi ağır işlərdə çalışmaqdadır. (Əsir və girov götürülmüş şəxslərin azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı üzrə Almaniya, Rusiya vəGürcüstanın hüquq müdafiəçilərindən ibarət Beynəlxalq işçi qrupu və BQXK bu şəxslərdən bir qismininhəqiqətən də əsir götürülməsi və sonrakı taleləri barədə məlumatların gizlədilməsinə dair faktları təsdiq edirlər).

Osmanov Nadir-19992-ci ilin 16 iyununda Beynəlxalaq Qızıl Xaç Komitəsi tərəfindən girov kimi qeydə alınmasına baxmayaraq, erməni tərəfi onun da varlığını inkar edir. Hazırda bu şəxsin da qul kimi işlədilməsi ehtimalları var. (Erməni tərəfinin bu davranışı düşmən ölkənin müharibə zamanı əsir götürülmüş hərbçilər və girov düşmüş mülki şəxslərlə necə davrandığını ört-basdır etməyə hesablanıb. Çünki rəsmi rəqəmlərdə də deyildiyi kimi, əsir götürülənlərin və girovların bir çoxu Ermənistanda amansız işgəncələrə, qeyri-insani rəftara məruz qalıb, qətlə yetirilib, daxili orqanları çıxarılaraq xarici ölkələrə satılıb, bir çox hallarda isə tibbi eksperimentlər üçün istifadə edilib.)

Səfər Babayev. №. 30 kimi qeydiyyata alınıb. Qarabağda qul kimi işləməkdən imtina etdiyinə görə öldürülüb və 1992-ci ilin aprelində ailəsinə meyiti təhvil verilib.

Xocalı soyqırımının təşkilatçısı və iştirakçılarından biri olan general Manvel Qriqoryan panorama.am saytına açıqlamasında deyir: "Qarabağ müharibəsindən yüzlərlə azərbaycanlı əsirlə qayıtmışam, onlardan birini, 15 yaşlı yeniyetməni iki il Qarabağda, iki il Ermənistanda evində saxlayıb ona "Simon" adını vermişdim".

Erməni əsirliyində qul olan Azərbaycanlı girovlar - FOTO61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürüldüyünün şahidi olmuşdur.

İndi isə keçək əsas mətləbə.
Bu günlərdə google.az axtarış sistemində əsirlərlə bağlı yazı axtaran zaman təsadüfən "azinform.az" saytında belə xəbəri oxudum:
"Qonşu ölkələrdən birinin vətəndaşları Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Zod kəndi yaxınlığındakı ərazilərdə yerləşən mədənləri gəziblər. Ermənistanda mədənlərdə işləyən ac, səfil vəziyyətdə çox çoxlu insan görüblər. Dəmir məftillərlə çəpərlənmiş bölgədə işləyənlərin şəxsiyyəti ilə maraqlananlar heyrətə gəlib. Onlara rəhbərlik edən erməni, Zod qızıl mədənlərində işləyənlərin azərbaycanlı əsirlər olduğunu deyib."

Bu sözlər işğal altında olan Qarabağda yaşyan ermənilərin Gürcüstana turist kimi gələnləri bildirmiş və qeyd etmişlər ki, Ermənistan və Qarabağda çox azərbaycanlı əsir saxlanılır. Amma onlar bu adamları konkret saxlanma yeri açıqlamağa qorxurlar. Onların dediklərinə görə hazırda onların bir çoxu Kəlbəcər rayonunun Zod kəndi, Ağduzdağ və Tutxun qızıl yataqlarnda qul kimi işlədilir. O bildirib ki, əsir azərbaycanlıların bir qismi Kəlbəcərdə saxlanılır. "Bizə dedi ki, İrəvanda, Leninakanda, Gümrüdə də əsir azərbaycanlılar az deyil. Onlardan əsasən ağır fiziki işlərdə istifadə olunur. Təəssüf ki, fotoşəkillər çəkməyə imkan vermədilər. Yoxsa, gördüklərimizi lentə alıb, bütün dünyaya yayardıq".

Erməni əsirliyində qul olan Azərbaycanlı girovlar - FOTOZod kəndi yaxınlığında ermənilərin qızıl çıxartdığı bir yataq var, o da Zod aşırımının Azərbaycan yamacındadır. Coğrafi koordinatı belədir: 40°14’13.94″N, 45°58’3.85″E. Bura Hinaldağ cəbhə xəttindən cəmisi 8-9 kilometr məsafədədir. Həmin qızıl yatağı Qarabağı Ermənistanla birləşdirən əsas magistral yolun düz kənarındadır.

Biz bur barədə araşdırma aparırıq. Yazının ikinci hissəsində ətraflı məlumatlar qeyd ediləcək. Son olaraq qeyd edək ki, "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə konvensiyalarını kobud şəkildə pozduğunu təsdiqləyir. Əsir-döyüşən şəxslərə deyilir. Döyüşə qatılmayan, əsgər olmayan mülki əhali "girov" adlanır. Konvensiyayaya görə müharibə və münaqişələr zamanı mülki əhalinin girov götürülməsi qadağandır və girovlar dərhal geriyə qaytarılmalıdır.

Yazı "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası", Светлана Ганнушкина, Bernhard Clasen, Паата Захаришвили "Отчет о поездке в зону Карабахского конфликта18 – 31 октября 1998 года" və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin və beynəlxalq təşkilatların hesabatları əsasında hazırlanıb.

bizimyol.info


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5972   Tarix: 11 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447