Bu şəhərin əhalisi 16 milyard avronu heçə saydılar - VIDEO
Kiçik bir şəhərin sakinlərinə milyardlarla avro pul payladılar. Belçikada sağçı partiyalardan birinin qeyri-adi etiraz aksiyası bütün Avropada maraq oyadıb. Hökumətin yürütdüyü maliyyə siyasətinə qarşı çıxan Vlams Belanq partiyasının üzvləri Valoniya şəhərinə içi pulla dolu olan onlarla inkassator göndəriblər.
Kənardan 16 milyard avro daşıyan avtomobillər hər kəsin diqqətini cəlb edib. Üstəlik avroların paylanacağını eşidəndə sakinlərin gözləri parıldasa da, maşınlardakı milyardlarla avronun saxta olduğu üzə çıxıb. Sakinlər bu qədər saxta pulun yük maşınlarına yüklənərək Valoniyaya daşınmasını kədərlə qarşılayıb. Aksiyanın təşkilatçıları saxta pulların, hökumətin yürütdüyü saxta siyasətə işarə olduğunu deyiblər.
Maraqlıdır ki, hazırda Belçikada hakimiyyətdə olan partiya, 10 il əvvəl Valoniyaya eynilə bu cür pul daşımışdı. Verilən vədlərin yerinə yetirilmədiyinə diqqət çəkən aksiyaçılar isə məhz bu məqamı nəzərə alaraq eyni şəhərə 16 milyard saxta avro göndərməklə hökumətə mesaj ünvanlayıb.
atvxeber.az
BiG.Az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş