"əl-Huməzə" surəsinin izahı

"əl-Huməzə" surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Hər bir qeybət edənin, tənə vuranın vay halına!
2. O kimsə ki, mal yığıb onu dönə-dönə sayır
3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır.
4. Xeyr! O, mütləq Hutaməyə atılacaqdır.
5. Sən haradan biləsən ki, Hutamə nədir?
6. Bu, Allahın qaladığı Oddur.
7. O Od ki, qalxıb ürəklərə çatacaq.
8. Həqiqətən, o Od onların üzərində qapanacaqdır.
9. Üstünə də uzun dirəklər bağlanmış olacaqdır. 
əl-Huməzə (Tənə edən) surəsinin izahı

Hər bir qeybət edənin (əl-huməzə), tənə vuranın (əl-luməzə) vay halına!
"Veyl" (vay halına!) xəbərdarlıq bildirən kəlmədir. Uca Allah bu ayədə "Veyl" (vay halına!) deyərək hər bir qeybət edəni və tənə vuranı Cəhənnəmin ağrılı-acılı əzabı ilə qorxudur. əl-Huməzə hərəkətlə, əl-luməzə isə sözlə tənə vuran deməkdir. Uca Allah buyurur:
"İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə (əl-huməzə), dedi-qodu yayana, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə, bunlardan sonra da başqasının adını mənimsəyən fırıldaqçıya – o adam var-dövlət və oğul-uşaq sahibi olsa belə" (əl-Qaləm, 10-14).

O kimsə ki, mal yığıb onu dönə-dönə sayır və elə güman edir ki, var-dövləti onu əbədi saxlayacaqdır
Burada mal-dövlətə düşkün olan, xəsislik edərək malından heç kəsə verməyən kəs nəzərdə tutlur. O, mal-dövlətə o qədər hərisdir ki, malını görməyəndə darıxır və səhər-axşam, tez-tez malına baş çəkib onu təkrar-təkrar sayır və onun azalmasından ehtiyat edir. O, mal-dövlətə sahib olduğuna görə ömrünün uzanacağını və heç vaxt ölməyəcəyini güman edir. 

Xeyr! O, mütləq Hutaməyə atılacaqdır
Allah təala "Xeyr!" deyərək onun fikirləşdiyini tamamilə inkar edir və o kimsənin mütləq Hutaməyə atılacağını söyləyir. əl-Hutamə sözü darmadağın edən deməkdir. Bəs görəsən o nədir?

Sən haradan biləsən ki, Hutamə nədir? Bu, Allahın qaladığı Oddur
Allahın qaladığı Cəhənnəm odu əzaba layiq görülən kəsləri yandırıb yaxacaqdır.  

O Od ki, qalxıb ürəklərə çatacaq
Qəlb, insanın köksündə yerləşməsinə və bədənin dərisi ilə onun arasında təbəqələrin olmasına baxmayaraq cəhənnəm odu onu yandıracaq. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: "Sizin istifadə et­di­yi­niz od Cəhənnəm odunun yetmiş hissəsindən biridir." Bir nəfər dedi: "Ya Rəsu­lullah, elə bu da bəs edər!" Peyğəmbər dedi: "Cəhənnəm odu dün­yadakı oddan altmış doqquz dəfə üstündür. Həm də bunların hər biri gör­düyünüz od qədər yandırıb-yaxandır." (əl-Buxari, 3265).

Həqiqətən, o Od onların üzərində qapanacaqdır
Yəni, o od qeybət edənlərin, tənə vuranların, mal-dövlət toplayıb xeyrə mane olanların üzərinə qalxaraq bağlanacaq və onların oradan xilas olma səyləri boşa çıxacaq. Uca Allah başqa bir ayədə belə buyurur: "Fasiqlərə gəldikdə isə, onların sığınacağı yer od olacaqdır. Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: "Yalan saydığınız odun əzabını dadın!"– deyiləcəkdir" (əs-Səcdə, 20).

Üstünə də uzun dirəklər bağlanmış olacaqdır
Hər tərəfdən onun üzərinə uzun dirəklər bərkidiləcək ki, onu yarıb keçməyə və oradan çıxmağa imkan tapılmasın. 
Uca Allah Qurani-Kərimi sadəcə oxumaq üçün deyil, onun mənasını başa düşmək və ondan ibrət almaq üçün insanlara nazil etmişdir. Uca Allah bu surədə insanlara söz və hərəkəti ilə tənə vuranları, mal-dövlətə həris olub Allaha və axirət gününə iman gətirməyənləri xəbardar edir ki, bu sifətlərə sahib olan hər bir kəs tövbə etsin və özünü cəhənnəm odunda çıxılmaz əzaba düçar etməsin.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 2257   Tarix: 06 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Məscidlər açılır? - Hacı Şahin DANIŞDI

Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra məscid və ziyarətgahların fəaliyyəti ilə bağlı qadağa hələ də qüvvədədir. Oktyabr ayının əvvəlindən məscidlərin fəaliyyətinə müəyyən şərtlərlə icazə verilməsi gözlənilir. Operativ Qərargah qonşu ölkələrdəki praktikadan istifadə edərək məscid v

18.09.2020 3732
.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi?

Əgər ailədə pul qazanan yalnız kişidirsə, qadın icazəsiz onun pulundan götürə bilməz. Bu, düzgün hərəkət deyil və halal sayılmır. Ailə hər şeydən əvvəl qarşılıqlı anlaşma, düzgünlük, səmimiyyət üzərində qurulmalıdır. Ailə üzvlərinin bir-birinin mülkünə icazəsiz müdaxilə etmələri yanlış hərəkətdir. Əlbəttə

02.02.2020 3775
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs həbs olundu

Türkiyədə sosial şəbəkələrdə İslamı və Məhəmməd peyğəmbəri təhqir edən şəxs saxlanılıb. BİG.AZ-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, İstanbul Baş Prokurorluğunda Məhəmməd peyğəmbərin, təhqiramiz olduğu təsbit olunan karikaturası ilə əlaqədar istintaq başladılıb. "Peyğəmbərimiz

16.07.2020 3594
.

Fitrə zəkatı necə çıxarılmalıdır? - VİDEO

Fitrə zəkatı daxili və mənəvi dünyanın təmizliyinə dəlalət edir. Fitrə özəlliklə Ramazan ayının son günü, bayram namazına qədər çıxarılmalıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, fitrə verərkən həmin insana "bu firtədir" demək də məqsədəuyğun sayılmır. "81 qram qızıldan artıq imkanı ola

23.05.2020 3532
.

İran Ərbəin gününə həsr olunan tədbirləri LƏĞV EDİR

İranda cari il oktyabrın 8-nə təsadüf edən Ərbəin günü (Aşura mərasimindən qırx gün sonra) keçirilən ənənəvi matəm tədbirləri ləğv olunur. "Report"a istinadən xəbər verir ki, bu barədə prezident Həsən Ruhani dövlət televiziyasında canlı yayımlanan çıxışı zamanı məlumat verib. "Bu il he

26.09.2020 2436
.

Bu ölkədə Ramazan ayında məscidlər BAĞLI OLACAQ

Koronavirus bütün dünyanı bürüyüb qorxuya saldığı bir dövrdə qarşıdan gələn mübarək Ramazan ayı ilə bağlı müzakirələr aparılır. Bəziləri oruc tutmağın zərərli olduğunu iddia etdiyi halda, digərləri, əksinə, düzgün tutulan orucun insanın immun sistemini gücləndirdiyini və beləliklə, koronavirusa qarş

23.04.2020 3174
.

Həccə gedə bilməyənlərin pulları qaytarılır

Həcc ziyarətinə getmək üçün sənəd verənlərin səfər üçün ödədidyi məbləğ geri qaytarılır. Qafqaz Müsəlmanları İdarəsindən -a verilən məlumata görə, hazırda pulunu geri almayan çox az adam qalıb. Qeyd edək ki, bu il koronavirus pandemiyası səbəbindən Həcc ziyarəti xaricdən getmək istəyənlər üçün mümkü

06.08.2020 2390