Bu il dünyasını dəyişən məşhur idmançılar - SİYAHI

Bu il dünyasını dəyişən məşhur idmançılar - SİYAHISon saatlarını yaşadığımız 2014-cü il bir çox idmançının həyatına son qoydu. Daha çox bədbəxt hadisələrlə yadda qalan "at ili"nin "qurbanları" yetərincə tanınmış simalar oldu.

Eysebio – "At ili" yaxşı başlamadı. 2014-cü ilin ilk günlərində, daha dəqiq desək, yanvarın 5-də əfsanəvi futbolçu Eysebio dünyasını dəyişdi. DÇ-1966-nın bürünc mükafatçısı, 11 qat Portuqaliya çempionu və bir çox turnirlərin qalibinin ölümü sürpriz oldu. 72 yaşında gözlərini əbədi yuman Eysebio təkcə Portuqaliyanın deyil, dünya futbolunun tarixində həmişəlik qalacaq.

Vüqar Həşimov – Bu ilin yanvarın 11-i Azərbaycan idmanı üçün kədərli gün oldu. Belə ki, şahmatçı, qrossmeyster Vüqar Həşimov beyin xərçəngindən dünyasını dəyişdi. O, müalicə olunduğu Almaniyanın Heydelberq klinikasında gözlərini yumdu.

Luis Araqones – 2014-cü ilin növbəti "qurbanı" AÇ-2008-də İspaniya yığmasını çempion etmiş Araqones oldu. Futbolçu kimi daha çox "Atletiko"dakı çıxışı ilə yadda qalan ispan məşqçi 76 yaşında dünyasını dəyişdi.

Maykon Pereyra – "Şaxtyor"da tam məşhurlaşmağa imkan tapmayan braziliyalı futbolçunun ölümü daha çox təəssüf doğurdu. 26 yaşlı Pereyra avtoqəza nəticəsində dünyasını dəyişdi.

Raisa Mixaylova – SSRİ-nin keçmiş qadın basketbolçusu olan Raisa Mixaylova da bu il gözlərini əbədiyyata yumdu. Üçqat Avropa və dünya çempionu 77 yaşında həyatla vidalaşdı.

Manuel Pastor Torres – Karyerası ərzində yalnız "Saraqosa" və Madrid "Real"ında oynamış Torres üçün də 2014-cü il sonuncu il oldu. O, martın 14-də, 84 yaşında dünyasını dəyişdi.

Tito Vilanova – Onun gec-tez öləcəyi məlum idi. Çünki xərçəng xəstəliyindən əziyyət çəkirdi. "Barselona"nın sabiq baş məşqçisi əməliyyatdan sonra çox yaşamadı. Aprelin 25-də həyatla vidalaşan Vilanovanın ömür kitabı 45 səhifədən ibarət oldu.

Fernandao – Libertadores Kubokunun qalibi futbolçu kimi o qədər də məşhurlaşa bilmədi. Avropada "Marsel"in heyətindəki çıxışı belə, onu ulduza çevirmədi. Amma ölümü ilə Fernandao futbol ictimaiyyətini məyus etdi. Braziliya yığmasında cəmi 1 oyun keçirən futbolçu 36 yaşında helikopter qəzasında faciəvi şəkildə dünyasını dəyişdi.

Alfredo di Stefano – Madrid "Real"ının əfsanəvi futbolçusunun iyulun 7-də ölüm xəbəri yayıldı. Karyerası ərzində 3 müxtəlif yığmanın (Argentina, Kolumbiya və İspaniya) formasını geyinən di Stefano 88 yaşında həyatla vidalaşdı.

Helen Cons – 1932-ci ildə keçirilən olimpiadada çempion olmuş Consun 100 yaşını qeyd etməsinə 2 ay, 2 günü çatmadı. Keçmiş qadın üzgüçü də bu il ölənlərin sırasına əlavə olundu.

Ələkbər Məmmədov – Siyahıda azərbaycanlı idmançının da adı var. Əfsanəvi futbolçu, Moskva "Dinamo"sunun heyətində 4 dəfə SSRİ çempionu adını qazanmış Ələkbər Məmmədov iyulun 28-də, 84 yaşında dünyasını dəyişdi.

Valentin Belkeviç – Avqustun 1-də daha bir tanınmış idmançının ölüm xəbəri yayıldı. Söhbət Azərbaycanda da legioner həyatı yaşamış, Kiyev "Dinamo"su və Belarus yığmasının sabiq futbolçusu Belkeviçdən gedir. Ölüm onu 41 yaşında yaxaladı.

ailem.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1452   Tarix: 02 yanvar 2015  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Bakıda dördəm doğulub - VİDEO

Bakıda dördəm doğulub. -ın xəbərinə görə, uşaqlardan 3-ü oğlan 1140 qr., 1350 qr., 1230 qr, biri qızdır 1120 qr. Zaqatala rayon sakinləri olan 30 yaşlı Ülviyyə Sofiyeva və 32 yaşlı Huseynbala Sofiyevin ailəsində dünyaya gələn uşaqlar onların ilk övladlarıdır. Qeysəriyyə əməliyyatı ilə doğulan uşaqları

15.09.2021 942
.

56 yaşında moda dünyasını silkələyən qadın kimdir? - FOTO

Markaların reklam kampaniyalarında baxanda elə təəssürat yaranır ki, yaşlı qadınlar bazardan kənarlaşdırılıb və bu dünyada onlara yer yoxdur. Uzun illər həqiqətən belə idi, dəb dünyasında yaş kriteriyaları və gənclik kultu hökm sürürdü. Sosial şəbəkələrin yaranması ilə xoşbəxtlikdən standartlar dəyişməy

15.09.2021 2086
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364