"ət-Təkəsur" surəsinin izahı

"ət-Təkəsur" surəsinin izahıMənbə: http://zikr.az

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. gömülməklə qəbirləri ziyarət etdiniz.
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
8. Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.
ət-Təkəsur (Çoxluğa hərislik) surəsinin izahı

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz
Bu ayədə "çoxluğa hərisliyiniz" dedikdə mal-dövlət və övlad çoxaltmağa olan hərislik nəzərdə tutulur. Uca Allah dünya həyatını axirətdən üstün tutan kəslərə xitab edərək belə demək istəyir: "Dünyaya, onun nemətlərinə və bər-bəzəyinə olan sevginiz və bunları çoxaltmağa olan hərisliyiniz sizi Allahı zikr etmək və Ona itaət etməkdən o qədər yayındırdı ki, nəhayət, dünyadan köçüb qəbirə gömüldünüz". Abdullah ibn əş-Şixxir rəvayət edir ki, bir dəfə mən Peyğəmbərin yanına gəldikdə o, "ət-Təkasur" surəsini oxuyurdu. O mənə dedi: "Adəm övladı (öyünərək): "Mal-dövlətim, mal-dövlətim!"– deyir. Halbuki sənin var-dövlətin, ey Adəm oğlu, ancaq yeyib ifraz etdiyindən, geyib köhnəltdiyindən və sədəqə verib qazandığından ibarətdir" (Səhih Muslim).
Peyğəmbər – sallallahu aleyhi və səlləm - demişdir: "Əgər Adəm övla­dı­nın bir vadi dolusu qızılı olsa, ikincisini də istəyər. Onun ağzını yalnız torpaq yuma bilər. Tövbə edənləri isə Allah bağışlayar" (Səhih əl-Buxari).

Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
Yəni, siz axirət yurduna qədəm qoyduqda dünya nemətlərinə olan hərisliyinizin sizə heç bir fayda vermədiyini mütləq biləcəksiniz. Sonra Uca Allah bunu ikinci dəfə vurğuluyaraq: "Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!" – deyə buyurur.
Əbu Zər rəvayət edir ki, Peyğəm­bər Bəqi qəbirista­nlığına tərəf getdi. Mən də onun dalınca getdim. O, arxaya çönüb məni gördükdə dedi: "Ey Əbu Zər!" Mən dedim: "Canım sənə fəda olsun, ya Rəsulallah! Buyur, əmrinə müntəzirəm". O dedi: "Bu dünyada var-dövlətini çoxaldanlar, Qiyamət günü savabı azaldanlardır. Yalnız buna bu qədər, ona bu qədər xərcləyənlər müstəsnadır..." (Səhih Ədəbul Mufrad).

Xeyr! Kaş ki, yəqin biləydiniz
Əgər bu deyilənləri yəqin bilsəydiniz, doğru yolda olmadığınızı və böyük səhv etdiyinizi mütləq görərdiniz. Sonra Uca Allah buyurur:

Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
Qiyamət günü hər kəs Cəhənnəmi öz gözləri ilə görüb onun həqiqət olduğuna şahid olacaq. Uca Allah buyurur: "Ən böyük fəlakətin gəldiyi zaman – o gün insan törətdiklərini xatırlayacaqdır. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir. Kim həddi aşmışsa, dünya həyatını axirətdən üstün bilmişsə, həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq" (ən-Nəziət, 34-41).

Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız
Uca Allah bəndələrinə bəxş etdiyi sağlamlıq, əmin-amanlıq, ruzi və başqa nemətlər barəsində Qiyamət günü sorğu-sual edəcək. Allah Elçisi buyurmuşdur: "Şübhəsiz ki, Qiyamət günü Allahın bəndədən nemətlər barəsində ilk olaraq soruşacağı: "Sənin bədənini sağlam etmədimmi və səni sərin su ilə bəsləmədimmi?"- deməsidir". (ət-Tirmizi, 3358).
Həmçinin demişdir: "Uca Allah Qiyamət günü buyuracaq: "Ey Adəm oğlu! Mən səni at və dəvə üstündə gəzdirdim, səni qadınlarla evləndirdim, səni qənimətlər­dən pay alan və itaət olunan başçı təyin etdim, bəs bunların şükrü hanı?"


BiG.Az Telegramda izləyin instagramda izləyin
İslam   Baxılıb: 1733   Tarix: 29 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları:. Sübh azanı 03:57. Zöhr azanı 12:37. Əsr azanı 17:37. Məğrib azanı 19:59. İşa azanı 21:11. 26-cı günü

08.05.2021 2065
.

Uşaq doğulanda adına qurban kəsməyin və ətindən istifadə etməyin qaydası necədir?

Ailədə uşaq doğularkən kəsilən qurbana şəriətdə "əqiqə" deyirlər. Yaxşı olar ki, oğlan uşağından ötrü erkək, qız uşağından ötrü dişi heyvan kəsilsin. Əqiqə qurbanlığını uşağın yeddi günlüyündə kəsmək müstəhəbdir. Əqiqə heyvanı kəsdikdən sonra sümüklərini sındırmaq məsləhət deyil, yaxşı ola

29.11.2020 4235
.

Qədr gecəsində necə dua etmək lazımdır?

Qədr gecəsi elə fəzilətli gecədir ki, bəndənin istəkləri yerinə yetər və hacətləri həyata keçər. Bəs necə dua edək ki, bu dualarımız qəbul olsun?. Unikal.org xəbər verir ki, Həmmad ibni Osman nəql edir: "Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim və mənə buyurdu: "E

01.05.2021 4146
.

Ramazan ayı TƏQVİMİ 2020

Müsəlman dünyası Ramazan ayına qədəm qoyur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şura müqəddəs Ramazan ayının başlanması ilə bağlı fətva verib. Fətvada deyilir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının 2020-ci il üzrə hesablamaların

24.04.2020 6767
.

"Aşura" günü ilə bağlı əhaliyə ÇAĞIRIŞ

"Biz mömin insanlara çox hörmətlə yanaşırıq. Amma indiki epidemioloji vəziyyəti nəzərə alaraq, o cümlədən, "Aşura" günü dini mərasimlərdə kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı xahiş edirik". -ın verdiyi xəbərə görə, bunu Nazirlər Kabineti yanında operati

15.08.2020 3237
.

Din xadimləri dünya ictimaiyyətinə müraciət etdi

Din xadimləri dünya ictimaiyyətinə, dini liderlərə və beynəlxalq təşkilatlara müraciət ünvanlayıb. Bu barədə -a Qafqaz Müsəlmanları İdarəsi məlumat verib. Müraciət mətnində deyilir:. "Biz - Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri iyulun 12-də Ermənistan Silahlı Qüvvələrini

24.07.2020 2475
.

Onsuz həyatın mənası yoxdur...

Həyata məna qatan nədir?. İntiharların son zamanlarda aktual mövzuya çevrildiyini nəzərə alaraq, bir müddət öncə "İntihar etmək istəyən dostuma." başlıqlı bir məqalə yazmışdım. Oxuculardan birinin maraqlı sualı məni hazırkı yazını yazmağa vadar etdi. Cavab verməzdən öncə həmin şəxsə təşəkkürüm

25.12.2019 3836
.

Ramazanın 20-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 20-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 14-də imsak saat 03:40, iftar isə saat 20:04-dədir. Ramazan ayının 20-ci gününün duası:. "Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbul

02.05.2021 2822
.

Quran insanın sağlamlığına necə təsir edir?

Qurani-Kərim - elə bir möcüzəvi səma kitabıdır ki, həm insanın cisminə təsir edir, həm ruhuna. İnsan əlacı olmayan bir çox xəstəliklərdən Quran sayəsində şəfa tapa bilər. Qurana təvəssül etmək bütün bağlı qapıları açar. Quran insan qəlbinə təsir qoyma qabiliyyətinə malikdir. Fərqi yoxdur ki, həmin insa

01.01.2020 3882