Putin istefa verə bilər

Putin istefa verə bilərRusiyanın ən tanınmış siyasətçilərindən biri olan Sergey Baburin yenidənqurma dövrünün populyar simalarındandır.

1990-cı ildən etibarən Rusiyanın siyasi elitasında özünəməxsus yeri və rolu olan, uzun müddət Dövlət Duması sədrinin müavini vəzifəsində çalışan S.Baburin saytının müxbirinin suallarını cavablandırıb.

-Bu gün Rusiyada nə baş verir?

-Rusiya iqtisadiyyatının indiki ağlamalı vəziyyəti dövlətin 20 il ərzində yürütdüyü antixalq siyasətinin birbaşa nəticəsidir. Oliqarxik iqtisadiyyat, sosial layihələrin rədd edilməsi, inflyasiya - bütün bunlar Rusiya iqtisadiyyatı üçün ağır nəticələr verib. Bunlar Rusiya iqtisadi sisteminin, Medvedyev hökumətinin və başda Nabiullina olmaqla Mərkəzi Bank rəhbərliyinin iflasa uğradığını da sübuta yetirir. Yeri gəlmişkən, Putin mətbuat konfransında dedi ki, Rusiyadakı inflyasiyaya görə təkcə Nabiullina məsuliyyət daşımır. Əgər prezident ilin sonuna qədər inqilabi kadr dəyişiklikləri etsə, buna təəccüblənmərəm. Bundan əlavə, mən belə hesab edirəm ki, əgər Putin baş nazir Medvedyevi və Nabiullinanı yaxın vaxtlarda işdən çıxarmasa, onda öz istefası barədə düşünməli olacaq.

-Bu böhran nədən başladı? Krımdan?

-Krımın məsələyə dəxli yoxdur. Bu böhran Rusiyanın üstünə çoxdan gəlirdi. Hələ Krımdan və neftin ucuzlaşmasından da əvvəl Rusiyada yük daşımalarının həcmi 50 faiz azalmışdı. Bu, nəyi göstərir? Öncə onu göstərir ki, Rusiyada iqtisadi proseslər sanksiyalarsız və Krımsız da zəifləmişdi. Rusiyada təşəkkül tapan oliqarxik kapitalizm uzun müddətdir dəyişmir. Bəzi oliqarxlar getsə də yerinə təzələri gəlib. Mahiyyət dəyişməyib yəni. İqtisadi böhran böyük ölçüdə oliqarxlar tərəfindən yetişdirilib. Onlar pulları Rusiyadan sürətlə çıxarırdılar. Üstəlik, neftdən böyük pullar əldə edən hökumət ölkəni neft iynəsindən qurtara bilmədi.

-Putinin istefasını da istisna etmədiniz. Nəyə əsasən belə deyirsiniz?

-Bir maraqlı detalı deyim. Medvedyevin adamları son vaxtlar Moskvada yaman fəallaşıb. Medvedyevin mütləq həll etməli olduğu məsələ aydındır. Ya Putin komandasını dəyişməlidir, ya da Medvedyevin komandası Putini devirəcək. Burada üçüncü yol yoxdur. Bu vəziyyət nə qədər belə davam etsə, Putinin öz prezidentlik müddətini uğurla başa vurmaq şansları da bir o qədər azalacaq.

-Putin mətbuat konfransında Qərbi ittiham edib dedi ki, qərblilər rus ayısını zəncirə vurmağa çalışırlar. Bu fikirlə razısınızmı?

-Qərbin Russiyanı cəzalandırmaq istəməsinə şübhə yoxdur. Amma Obamanın iradları mənə çatmır. Putin bütün addımlarını nəyə görə ABŞ-la razılaşdırmalıdır axı?! Rusiya 52-ci ştatdır bəyəm?! Rusiya öz maraqlarını əsas götürərək siyasət yürüdür. ABŞ-ın tətbiq etdiyi sanksiyaların heç bir beynəlxalq qüvvəsi yoxdur. Sanksiyaları yalnız BMT tətbiq edə bilər. ABŞ qaydaları pozur.

Amerikalılar hələ Qorbaçov dövründən Rusiyanın onların maraqlarına xidmət etməsinə vərdiş ediblər. Putin isə sadəcə müstəqil olduğunu göstərən kimi sanksiyalar başladı. Allaha şükür ki, Rusiya indi öz maraqlarına uyğun olan beynəlxalq münasibətlər sisteminə qayıdır.

-Amma Rusiya belə siyasətlə təkcə düşmən qazanmır, həm də müttəfiqlərini itirir. Hətta Lukaşenko da Rusiyadan üz döndərdi...

-Yox, Lukaşenko üz döndərməyib. Lukaşenko sadəcə öz ölkəsini Rusiyadan yox, Medvedyevin liberal hökumətindən uzaqlaşdırmaq istəyir. O, Nabiullinanın rublun başına açdığı oyndan uzaq qalmağa çalışır. Düzdür, mən Lukaşenkonun çılğınlığına arada təəssüflənirəm. Amma başa düşürəm ki, o, Belarusu Rusiyada baş alıb gedən dərəbəylikdən qorumalıdır.

-Rusiya ilə Ukrayna arasında böyük müharibə ehtimalı nə dərəcədə realdır?

-Qərb bu iki ölkəni çoxdan bəri müharibəyə təhrik etsə də məncə, müharibə olmayacaq. Müharibə nə rus, nə də Ukrayna xalqının maraqlarına uyğun deyil. Ərəb və cənubi slavyan sivilizasiyalarını darmadağın edən Qərb indi də Şərqi Avropaya girişib. Biz Qərbin fitvasına gedib bir-birimizi qıra bilmərik. Əgər Ukrayna hakimiyyəti Donbasa müharibə üçün girsə, onda Donetsk və Luqansk Xalq respublikalarının tanınması məsələsi ciddi şəkildə qolyulacaq.

-Sizcə, bu geosiyasi savaşdan kim qalib çıxacaq?

-Kim daha ağıllı olsa - o. Məncə, əgər Putin hökuməti dəyişsə, onun bu savaşdan qalib çıxmaq şansları daha böyük olacaq.

-Bəs Medvedyevdən sonra hökumətə kim rəhbərlik edə bilər?

-Rusiya Təhlükəsizlik Şurasının sədri Sergey İvanov. Yaxud Sergey Stepaşin və ya Sergey Qlazyev. Onlar Rusiya iqtisadiyyatını böhrandan çıxarmağa qadir adamlardır.

-Bəs Rusiyada inqilabı mümkün sayırsınızmı?

-Təəssüf ki, rus xalqını artıq uzun illərdir inqilaba sürükləyirlər. Xalq buna inadla müqavimət göstərir. Amma sonsuza qədər müqavimət göstərmək də mümkün deyil.

-Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətini necə qiymətləndirirsiniz?

-Qərb bütün postsovet məkanındakı vəziyyəti qarışdırmaqda, suyu bulandırmaqda davam edəcək. Əmin olun ki, Qarabağa dair istənilən qərar Qərb tərəfindən süngü ilə qarşılanacaq. Qarabağ məsələsi Qərbə Azərbaycana və Ermənistana təzyiq vasitəsi kimi çox lazımdır. ABŞ-ın Azərbaycanı Rusiyadan qoparmaq istiqamətində hansısa nəticəyə nail olması da real məsələdir. Bununla belə ümidimi itirmirəm. Əminəm ki, iki ölkə arasındakı mehriban qonşuluq siyasəti qorunub saxlanacaq.

anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1379   Tarix: 30 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sumqayıtda ər-arvadın öldürülməsi ilə bağlı – "Bundan əvvəl də atasının başını daşla vurub yarıb"

Xəbər verildiyi kimi Sumqayıtdakı 41-ci məhəllədə yerləşən 18 saylı yataqxanada dəhşətli qətl hadisəsi baş verib. Belə ki, aprelin 19-da saat 3 radələrində 1962-ci il təvəllüdlü Hakim Məmmədov və həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zərifə Məmmədova oğlanları 200-ci il təvəllüdlü Fikrət Məmmədov tərəfində

19.04.2024 729
.

Azərbaycanda sayt rəhbəri həbs olundu

"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On

19.04.2024 269
.

Türkiyədə güclü zəlzələ oldu

Türkiyədə Egey dənizində İzmir şəhərində zəlzələ baş verib. BİG.AZ xəbər verir ki, zəlzələ 4,5 bal gücündə olub. Bu barədə AFAD məlumat yayıb. Qeyd edilib ki, zəlzələ yerin 6,97 kilometr dərinliyində baş verib

19.04.2024 417
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

Sosial medianın zərərli təsirlərindən necə qorunmalıyıq ?

"Təssüflər olsun ki, sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib.Son zamanlar cəzbedici, mistik platforma istifadəçilərini intihar və depresiyaya aparır.Az qala oradakı virtual dostlarımız ailə üzvlərimiz qədər yaxın olmağa başlayıb". Bu sözləri BİG.AZ-A deputat Ceyhun Məmmədo

19.04.2024 149
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 128
.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 338
.

"Artıq tək olmaq istəmirəm, gəncəm"- Aynur Dadaşova

Müğənni Aynur Dadaşova imicində kəskin dəyişiklik edib. O, 35 il sonra saçlarını kəsdirib və sarı rəngə boyadıb. -ın xəbərinə görə, Aynur Dadaşova saçları kimi həyatında da yenilik etmək istədiyini bildirib. "Yeni bir limana başlamaq istəyirəm. Artıq tək olmaq istməriməm. Gəncəm, hələ 50 yaşım yoxdur

18.04.2024 740
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

19.04.2024 342