Daha bir əsgərimiz erməni gülləsinə tuş gələrək şəhid oldu.

Daha bir əsgərimiz erməni gülləsinə tuş gələrək şəhid oldu.Bayram günlərində Azərbayacan Ordusunu daha bir əsgərini itirib. Cəbhənin Tərtər istiqamətində Elnur Mübariz oğlu Məmmədov şəhid olub. Füzuli rayonundan məcburi köçkün olan 1991-ci il təvəllüdlü Elnur 2010-ci ilin yanvar ayında hərbi xidmətə çağrılıb. O da snayperlə vurulub.

Elnur Məmmədovun erməni silahlıları tərəfindən vurulması faktını Müdafiə Nazirliyinin nisbətən gec təsdiqləməsi şəhid ailəsinin narahatlığına səbəb olub.
Şəhidin anası Bahar Əliyevanın sözlərinə görə, 20 yaşlı oğlu Elnurun ömrünün bahar çağında dünyasını dəyişməsindən çox, onun ölümünün səbəblərinə aydınlıq gətirilməməsindən narahatdır. Ana iddia edir ki, oğlu səngərdə, döyüş zamanı düşmən snayperinin gülləsinə tuş gəlib.
E.Məmmədovun yaxın qohumu Beyrək Məmmədov Vətən uğrunda ölən əsgəri 200 manat verib dəfn etdiklərini bildirib. "Nə hərbi komissarlıqdan, nə də icra hakimiyyətindən gəliblər. Güllə iki qaşının ortasından dəyib beyinin arxasından çıxıb. Müdafiə Nazirliyi deyir olmayıb. Necə olmayıb? 21 mart saat 19-20 radələrində baş verib. Hərbi komissarlıq da qəbul edir".
Elnurun yaxınları iddia edir ki, Tərtər rayonundakı hərbi hissə baş verən hadisəni təsdiqləyib. Onların dediyinə görə, hərbi hissədən ailəyə atəşkəsin pozulması nəticəsində 1 nəfər əsgərin şəhid olduğu bildirilib. Müdafiə Nazirliyi isə məlumatı təsdiqləmir. Martın 22-də isə Elnurun meyiti və ölum kağızı ailəsinə verilib.
Elnurun ölüm kağızında onun başını dəlib keçən güllə yarası, beyin qapağının dağılması, kəllə qapağının çoxqəlpəli sınığı nəticəsində dünyasını dəyişdiyi göstərilir. Ailə üzvlərinin bildirdiyinə görə, hərbi xidmətdə olduğu müddətdə oğullarının əsgər yoldaşlarından və ya hərbi hissədəki komandirlərindən heç bir narazılığı olmayıb və heç şübhəsiz ki, Elnura dəyən güllə düşmən snayperindən çıxıb. Məhz buna görə də onlar Elnur Məmmədovun şəhid kimi tanınmasını tələb edirlər.

Müdafiə Nazirliyi martın 21-də Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində 20 yaşlı Məmmədov Elnur Mübariz oğlunun şəhid olması faktını təsdiqlədi.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin cəbhə xəttində atəşkəsi pozması nəticəsində bayram günlərində Azərbaycan Ordusunun daha bir hərbçisi şəhid olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
1986-cı il təvəllüdlü Samir Hidayət oğlu Ağayev Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi yaxınlığında erməni hərbçilərinin açdığı atəş nəticəsində həlak olub.

Allah şəhidlərə rəhmət eləsin! Amin!


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5985   Tarix: 26 mart 2011  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Kürdə batan azyaşlı qız ürəyindən əməliyyat olunubmuş - VİDEO

Kürdə batan ata və qızı ilə bağlı yeni detallar məlum olub. "Azad Azərbaycan" Televiziyasında (ATV) yayımlanan süjetdə bildirilib ki, itkin düşən 6 yaşlı Səma üç il əvvəl ürəyindən əməliyyat olunub. "Bu səbəbdən də valideynləri hər zaman ona diqqət edirdilər. Ailədə onun nazı ilə oynayırdılar"

18.04.2024 682
.

Bakıda 29 dərəcə isti olacaq

Aprelin 20-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-18 isti

15:21 89
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 546
.

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır

Bakı Fransız Liseyi fəaliyyətini dayandırır. "Report" xəbər verir ki, bununla bağlı liseydə təhsil alan uşaqların valideynlərinə məktub göndərilib. Təhsil müəssisəsinin rəhbərliyi adından göndərilən məktubda orada təhsilin tədris müddəti bitənə qədər davam edəcəyi qeyd olunub. Yeni tədris ilində

14:28 182
.

Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO

"Hazırda məktəblərdə servis xidmətinin yaradılması məsələsi müzakirə olunmur". Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirilən hesabat tədbirində deyib. "Bizim istəyimiz və arzumuz ondan ibarətdir ki, bütün vətəndaşları öz evlərini

18.04.2024 505
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 294
.

Robot tozsoran partladı - VİDEO

Türkiyənin Kocaeli şəhərində robot tozsoran partlayıb. BİG.AZ xəbər verir ki, hadisənin baş vermə səbəbi məlum deyil. Evə yanğınsöndürənlər cəlb olunub. Yanğın söndürülüb

18.04.2024 546
.

Gecə körpüyə çıxıb intihar etmək istədi - Video

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb. "Qafqazinfo" xəbər verir ki, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu Qara Qarayev prospektində 1 nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

10:47 428
.

"Ermənistan rəhbərliyinin addımını dəstəkləyən kəslər, Azərbaycanın da bu kimi addımlar atacağı təqdirdə səssizliyini qorusun"

"İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin son 1 ayda açıqlamaları Bakı və Tehran arasında hazırda mülayimləşməyə gedən münasibətlərə xələl gətirir. İlin günün bu vaxtında hazırda Azərbaycanla İran arasında nəqliyyat - kommunikasiya və sərhədyanı ərazilərdə başladılan yeni əməkdaşlıq trendlər

18.04.2024 264