Müsəlmanları öldürənlər tutuldu

Müsəlmanları öldürənlər tutulduKeçmiş Yuqoslaviyada 1992-1995-ci illərdə baş verən müharibə zamanı cinayət törədən 10 bosniyalı serb təhlükəsizlik xidməti zabiti həbs olunub. Zabitlər aralarında qadın və uşaqlar olan 70-ə yaxın müsəlman bosniyalı mülki şəxsin qətlində və çoxlarının təqibində ittiham olunublar.

BiG.AZ saytı anspress.com saytına istinadən bildirir ki, müharibədən 20 il keçsə də, Bosniyada 100 min insanın ölümü və 2 milyon nəfərin didərgin düşməsinə səbəb olan münaqişədə törədilən hərbi cinayət araşdırılır.

Polis Şərqi Bosniyada 3 şəhərdə reyd aparıb. Nəticədə 10 sabiq yüksək rütbəli hərbçi və polis zabiti həbs edilib. Onlar insanlıq əleyhinə cinayətlərdə ittiham olunublar. Həmin şəxslər 1992-ci il iyulun 14-də Şərqi Zvornik şəhəri yaxınlığındakı kənddə yaşayan 120-ə yaxın bosniyalının təqibinin planlaşdırılması və icrasında təqsirləndiriliblər. İttihamçılar deyirlər ki, qurbanlar evlərindən zorla çıxarılaraq ayrı-ayrı yerlərə və həbsxanalara aparılıb, onlara cürbəcür işgəncələr verilib və kobud rəftar edilib. Bəzən saxlanan şəxslər qruplara ayrılaraq kütləvi şəkildə güllələniblər. 67-dən çox mülki şəxs öldürülüb.

Ümumiyyətlə, müharibə vaxtı Şərqi Bosniya bosniyalı serb ordusunun və etnik serb yarımhərbi qruplaşmaların qərargahı idi. Onlar bosniyalılar və xorvatlarla mübarizə apararaq Serbiyanı yaratdılar.

Xatırladaq ki, ayın əvvəlində Serbiya və Bosniyada 1993-cü ildə çoxu bosniyalı olan 20 nəfəri qətlə yetirdiklərinə görə, 15 sabiq serb yarımhərbi qüvvəsi və əsgərlər həbs olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1285   Tarix: 19 dekabr 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814